Azərbaycan Müəllimlər İnstitutunda hər il
ümummilli lider Heydər Əliyevin doğum gününə
həsr olunmuş idman yarışlarının keçirilməsi
artıq ənənə halını alıb. Bu günlərdə Mülki
Müdafiə, tibbi biliklərin əsasları və fiziki
tərbiyə kafedrasının təşkilatçılığı ilə ulu
öndər Heydər Əliyevin anadan olmasının 87-ci
ildönümünə həsr olunmuş voleybol və dama
yarışları keçirildi.
Final mərhələsinin təntənəli açılış mərasimində
institutun rektoru, professor Aqiyə Naxçıvanlı
çıxış edərək yarışın məqsəd və məramını
açıqladı.
Sonra Mülki Müdafiə, tibbi biliklərin əsasları
və fiziki tərbiyə kafedrasının müdiri, professor
Məmmədhənifə Qurbanov yarışın təşkilati
işlərindən danışdı. Azərbaycan Respublikasının
Dövlət himni səsləndikdən sonra yarış başlandı.
Voleybol üzrə yarışda pedaqoji fakültənin
qızlardan ibarət komandası, pedaqogika və
filologiya fakültəsinin isə oğlanlardan ibarət
komandası qələbə qazandı.
Dama idman oyunu üzrə yarışda isə pedaqoji
fakültənin I kurs tələbəsi Töhfə Əliyeva qələbə
qazanaraq birinci oldu. Qaliblər diplom, kubok
və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.
R.ZİYADOV |