| 
								
								 Bu  
								günlərdə   Naxçıvan  Muxtar Respublikasında  
								ali  və  orta  ixtisas təhsili müəssisələrinin 
								tələbələri arasında kompüter müsabiqəsi 
								keçirilmişdir. Müsabiqədə komandalar 
								informasiya-kommunikasiya texnologiyaları 
								sahəsindəki bilik və bacarıqlarını sınamışlar. 2 
								turdan ibarət müsabiqənin komanda  hesabında  
								qalibi 632 balla Naxçıvan Dövlət Universitetinin 
								komandası olmuşdur. Şəxsi  birincilikdə  isə 100 
								maksimal baldan 84 bal toplayaraq birincilik 
								qazanan  NDU-nun IV kurs tələbəsi Cəmil Əliyev 
								olmuşdur. 
								
								Qalib komandaya Naxçıvan MR Gənclər və İdman 
								Nazirliyinin, eləcə də Naxçıvan MR Kompüter 
								təlim-tədris və İnternet mərkəzinin Fəxri 
								fərmanları təqdim olunmuşdur.  
								
								
								Nərmin CƏFƏROVA |