| 
								
								Azərbaycan Memarlıq və İnşaat Universitetində 
								(AMİU) bu ali məktəbin Avstriyanın "Hers" 
								şirkəti ilə birgə hazırladığı istilik sistemləri 
								laboratoriyası istifadəyə verilmişdir. 
								 
								
								Açılış mərasimində AMİU-nin rektoru Gülçöhrə 
								Məmmədova çıxış edərək laboratoriyanın 
								yaradılması üçün göstərdiyi dəstəyə görə "Hers" 
								şirkətinə təşəkkürünü bildirmişdir.  
								
								Sonra yeni laboratoriya barədə məlumat 
								verilmişdir. Qeyd edilmişdir ki, onun 
								yaradılmasında ən müasir cihazlardan istifadə 
								olunmuşdur.  
								
								Digər çıxış edənlər də laboratoriyadan səmərəli 
								istifadə olunacağına əminliklərini söyləmiş, 
								müəllim və tələbələrə təhsildə uğurlar 
								arzulamışlar.   
								
								
								AzərTAc |