| 
								
								 Bakı 
								İdman Sarayında iki dəfə Sovet İttifaqı 
								Qəhrəmanı Həzi Aslanovun xatirəsinə həsr edilmiş 
								cüdo üzrə XXXIII beynəlxalq turnir 
								keçirilmişdir. Bakı şəhəri 9 nömrəli 
								Uşaq-Gənclər İdman Məktəbinin gənc cüdoçusu, 
								beynəlxalq turnirin ötənilki qalibi Günay 
								Əliməmmədli bütün rəqiblərini məğlub edərək 
								birinci yerə sahib çıxmışdır. 
								
								Məktəbin digər yetirməsi Türkan Sadıxova 63 kq. 
								çəki dərəcəsində yalnız yarımfinalda uduzaraq 
								III yeri qazanmışdır. Oğlanların yarışında isə 
								məktəbin yetirmələri Fəqan Şəkərəliyev 81 kq., 
								Amil Məmmədli isə 90 kq. çəki dərəcələrində III 
								yerə layiq görülmüşlər. 
								
								Uşaq-Gənclər İdman Məktəbi  daha bir qələbə 
								qazanmışdır. Ümummilli lider Heydər Əliyevin 
								anadan olmasının 87-ci ildönümü ilə əlaqədar 
								Təhsil Nazirliyinin keçirdiyi futbol üzrə 
								yarışın zona birinciliyində məktəbin futbol 
								komandası I yerin qalibi olmuşdur. 
								
								
								Sifai SƏFƏROVA |