2010-cu ildə ölkəmizin zəngin ənənələrə malik
ali təhsil müəssisələrindən olan Azərbaycan Tibb
Universitetinin yaradılmasının 80 illiyi tamam
olur.
Ötən illər ərzində respublikamızda təbabətin ən
müxtəlif sahələrində yüksək hazırlığa malik
kadrların yetişdirilməsində və mötəbər elmi
mərkəz kimi tədqiqatların aparılmasında
əhəmiyyətli rol oynamış Azərbaycan Tibb
Universiteti milli səhiyyənin inkişafına layiqli
töhfələr vermişdir.
Respublikamızda təbabət sahəsində xidmətlərini
nəzərə alaraq, Azərbaycan Tibb Universitetinin
80 illik yubileyinin dövlət səviyyəsində
keçirilməsini təmin etmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə
birlikdə Azərbaycan Tibb Universitetinin 80
illik yubileyinə həsr olunmuş tədbirlər planını
hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 aprel 2010-cu il |