Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 Aprel 2010 - ¹16

 

Olimpiada qalibləri mükafatlandırıldılar

Bookmark and Share

Bu günlərdə Rusiya İnformasiya Mədəniyyət Mərkəzində 1941-1945-ci illər müharibəsində qələbənin 65-ci ildönümünə həsr olunan məktəblilərin  rus dili və ədəbiyyatı olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi və Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin  birgə tədbirlər planı çərçivəsində keçirilən olimpiadaya Bakı və Sumqayıt şəhərlərinin, eləcə də respublikanın bir sıra bölgələrinin məktəblərindən 100-ə yaxın IV-VII sinif şagirdləri qatılıb. Ən yüksək nəticələr göstərmiş məktəblilər olimpiadanın qalibləri seçilib.

Mərasimi Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin rəhbəri Ənvər Şeyxov açaraq olimpiadanın əhəmiyyətinə toxundu. Şagirdlərin rus dilinə olan  marağının artmasından, həmin dildə mükəmməl danışaraq fikirlərini sərbəst çatdırmalarından razılıq  hissi ilə danışan Ə.Şeyxov bütün qaliblərə uğurlar arzuladı.

Çıxış üçün söz alan Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin böyük müşaviri Vladimir Pozdorovkin Azərbaycanla Rusiya arasındakı dostluq əlaqələrindən, ölkələrimizin təhsil sahəsindəki əməkdaşlığından danışdı. Olimpiadada yaxşı nəticələri ilə fərqlənən azərbaycanlı şagirdləri təbrik edən V.Pozdorovkin onlara uğurlarının davamlı olmasını arzu etdi. Daha sonra çıxış edənlərdən Təhsil Nazirliyinin əməkdaşları Sevil Məmmədova, Natiq Əliyev, olimpiadanın keçirilməsinə sponsorluq etmiş "VTB-Azərbaycan" bankının maliyyə məsələləri üzrə direktoru Şahin Mirzəyev məktəblilərə ən xoş istəklərini çatdırdılar.

Təbrik çıxışlarından sonra olimpiadada I-II-III yerlərə layiq görülən şagirdlərə fəxri fərman və hədiyyələr, rus dili və ədəbiyyatı  müəllimlərinə isə uşaqları yüksək səviyyədə hazırlaşdırdıqlarına görə təşəkkür məktubları təqdim olundu.

Tədbir Bakıdakı 145 nömrəli orta məktəbin şagirdlərinin hazırladıqları ədəbi- bədii kompozisiya ilə sona çatdı. 

Samirə KƏRİMOVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
30 Aprel 2010 - ¹16
Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv olunması barədə  Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
Azərbaycanın 42 məktəblisi ABŞ-da təhsil alacaq
 
Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi yad olundu
 
"Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında"
 
Aprelin 29-da Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyənin Yıldız Texniki Universitetinin rektoru İsmayıl Yüksək və Qazi Universitetinin rektoru Rza Ayxanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Ramiz Məmmədzadənin 80 yaşı qeyd olundu
 
"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası"
 
"Azərbaycanda himayədar qayğı sisteminin yaradılması" mövzusu müzakirə edildi
 
Moskvada elmi-praktik konfrans keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Zirvəyə gedən yolda...
 
Malayziya, Tailand və Polşa məktəblilərinin Azərbaycanla bağlı təəssüratları
 
İngilis dilində tamaşanın nümayişi olub
 
"Atam deyirdi ki, oğlumun barmaqlarından musiqi damır" Korifey sənətkarımız Niyazidən otuz il əvvəl alınmış müsahibə
 
Əli Sultanlı yaddaşlarda necə qalıb
 
"Atam həmişə təhlükəsizlik orqanları tərəfindən təqib edilib" Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə söhbət
 
Filologiyada yaşanmış ömür
 
Təhsilin maliyyələşdirilməsinin beynəlxalq aspektləri və Azərbaycanda orta təhsilin adambaşına maliyyələşdirilməsi məsələləri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
"Vətəndə qalan uşaqlığım"
 
Seyid  Əzim Şirvani yaradıcılığının orta məktəblərdə öyrənilməsi
 
Kövrək xatirələr
 
Olimpiada qalibləri mükafatlandırıldılar
 
Magistrantların V elmi konfransı
 
"Azərbaycanlı gənclər xaricdə təhsil almağa böyük maraq göstərirlər" Həmyerlimiz Voronej Dövlət Texnologiya Akademiyasının  kafedra müdiri, professor Səbuhi Niftəliyev redaksiyamızın qonağıdır
 
Müasir təhsilin aktual problemi
 
Kurikulum islahatı və müasir dərs
 
Müəllim məsuliyyəti
 
Türkçülük, dövlətçilik mövqeyindən yazılmış kitab
 
Koreyalı qonaqlar Naxçıvan Dövlət Universitetində
 
"Xatun" bədii-musiqili məclisi keçirilib
 
Ədəbi-bədii kompozisiya
 
Milli mətbuatımızın şanlı səhifəsi
 
Musiqi Kolleci tələbələrinin hesabat konserti
 
İxtisasartırmanın kurikulum çərçivəsində təkmilləşdirilməsi zəruridir
 
"Mənim könlüm deyir ki..."
 
Mənəvi dəyərlərimizə hörmət tərbiyə edək
 
"Oxşar dəyərlərin gen qaynağı - geneoloji nəzəriyyə" Folklorumuzun fəlsəfəsi
 
Respublika elmi konfransı
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Kompüter müsabiqəsinə yekun vuruldu
 
Məktəblilərimiz daha 7 medal gətirdilər
 
Uşaq-Gənclər İdman Məktəbinin yeni qələbələri
 
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışları keçirilib
 
Dünya universitetləri: Bristol Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov