Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 Aprel 2010 - ¹16

 

Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv olunması barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

Bookmark and Share

 1996-cı ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış, 2002-ci ildə Rusiya Federasiyası Elm və Təhsil  Nazirliyi tərəfindən lisenziyalaşdırılmış (2007-ci ildə təkrar lisenziyalaşdırılmışdır) Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 19.11.2007-ci il tarixli, 031973 N-li xüsusi razılıq (lisenziya) verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr 2002-ci il tarixli, 782 N-li fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"ın IV bəndinə və Təhsil Nazirliyinin 30.12.2002-ci il tarixli 1226 N-li əmrinə uyğun olaraq təhsil müəssisələrində mütəmadi olaraq lisenziya tələblərinə və şərtlərinə riayət olunması vəziyyəti araşdırılmalıdır. Buna uyğun olaraq Təhsil Nazirliyinin 08.04.2010-cu il tarixli 398 N-li əmri ilə Moskva Dövlət Açıq Universitetinin Bakı filialında lisenziya tələblərinə və şərtlərinə riayət olunması, eləcə də filialda tədris prosesinin təşkili vəziyyətini araşdırmaq məqsədi ilə İşçi qrupu yaradılmışdır.

İşçi qrupu tərəfindən aparılan araşdırmalar zamanı lisenziya verilən vaxtdan sonra MDAU-nun Bakı filialının maddi-texniki bazasının və tədris-metodiki təminatının inkişaf etdirilmədiyi, əksinə, daha da zəiflədiyi, filialda tədris prosesinin təşkili, o cümlədən fənlərin proqramlara və dərs cədvəlinə uyğun tədrisi, kafedraların işinin təşkili, elmi-pedaqoji kadrların seçilib yerləşdirilməsi və dərs yükünün planlaşdırılması, sənədləşmə işinin aparılması, tədris qrupları və birləşmələrin komplektləşdirilməsi və s. tədris-təşkilati məsələlərdə ciddi pozuntulara yol verildiyi, mövcud normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkar olunmuşdur. Qeyd olunan pozuntu və çatışmazlıqlar İşçi qrupunun arayışında geniş şəkildə əks olunmuşdur.

İşçi qrupunun arayışı Təhsil Nazirliyi Lisenziya Komissiyasının 24.04.2010-cu il tarixli iclasında filial rəhbərliyinin iştirakı ilə müzakirə olunmuşdur. Lisenziya Komissiyasının yekdil qərarı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş 19.11.2007-ci il tarixli, 031973 N-li xüsusi razılığın (lisenziya) ləğv olunması barədə qərar qəbul olunmuşdur. Qeyd olunanları nəzərə alaraq  

ƏMR EDİRƏM: 

1. Təhsil Nazirliyinin 08.04.2010-cu il tarixli 398 N-li əmri ilə yaradılmış İşçi  qrupunun arayışı və Lisenziya Komissiyasının 24.04.2010-cu il tarixli iclasının qərarı nəzərə alınsın.

2. Cari tədris ilinin başa çatmasına az müddət qaldığını nəzərə alaraq, tələbələrin təhsil hüquqlarını, imtahan-məqbul sessiyaları və buraxılış yekun attestasiyasının başa çatdırılmasını, cari ildə filialı bitirəcək məzunlara Rusiya Federasiyası  Elm və Təhsil Nazirliyi tərəfindən diplomların verilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verdiyi 19.11.2007-ci il tarixli, 031973 N-li lisenziya 01.09.2010-cu il tarixdən ləğv olunsun.

3. MDAU-nun Bakı filialına (M.Salahov) tapşırılsın:

3.1. 01.09.2010-cu il tarixə qədər tələbə qəbulunun aparılması, tələbələrin bərpa və köçürülməsi halları istisna olmaqla qanunvericiliyə uyğun tədrisin təşkilini (imtahan-məqbul sessiyasının, buraxılış yekun dövlət attestasiyasının təşkili, məzunlara diplomların verilməsi və s.) təmin etsin.

3.2. 01.09.2010-cu il tarixə qədər filialda təhsil alan, təhsili başa çatan, hazırda müxtəlif səbəblərdən təhsilində fasilə yaranan şəxslər barədə məlumatı və onların qiymət kitabçalarından çıxarışları Təhsil Nazirliyinə təqdim etsin.

4. Akkreditasiya şöbəsi (H.Zərbəliyev) və Hüquq sektoru (E.Həsənov) "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"ın 5.5 bəndinə uyğun olaraq 3 gün müddətində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilən 19.11.2007-ci il tarixli, 031973 N-li lisenziyanın ləğv olunması barədə onun sahibinə, dövlət vergi xidməti orqanlarına, Ədliyyə Nazirliyinə, Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin Elm və Təhsil Sahəsinə nəzarət üzrə Federal Xidmətə və Moskva Dövlət Açıq Universitetinin rəhbərliyinə məlumat hazırlasınlar.

5. Təhsil Nazirliyi Aparatı (İ.Pirməmmədov) və Ali və orta ixtisas təhsili şöbəsi (İ.Mustafayev) mövcud qanunvericiliyin tələbləri gözlənilməklə bu filiala qəbul olunub hazırda təhsil alan və ya təhsili müəyyən səbəblərdən yarımçıq qalmış tələbələrin gələcək təhsilləri ilə bağlı təkliflər hazırlasınlar.

6. Nazirliyin müvafiq şöbələri bu əmrdən irəli gələn digər tədbirləri həyata keçirsinlər.

7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
27 aprel 2010-cu il

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Qanunvericilik" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
30 Aprel 2010 - ¹16
Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv olunması barədə  Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
Azərbaycanın 42 məktəblisi ABŞ-da təhsil alacaq
 
Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi yad olundu
 
"Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında"
 
Aprelin 29-da Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyənin Yıldız Texniki Universitetinin rektoru İsmayıl Yüksək və Qazi Universitetinin rektoru Rza Ayxanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Ramiz Məmmədzadənin 80 yaşı qeyd olundu
 
"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası"
 
"Azərbaycanda himayədar qayğı sisteminin yaradılması" mövzusu müzakirə edildi
 
Moskvada elmi-praktik konfrans keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Zirvəyə gedən yolda...
 
Malayziya, Tailand və Polşa məktəblilərinin Azərbaycanla bağlı təəssüratları
 
İngilis dilində tamaşanın nümayişi olub
 
"Atam deyirdi ki, oğlumun barmaqlarından musiqi damır" Korifey sənətkarımız Niyazidən otuz il əvvəl alınmış müsahibə
 
Əli Sultanlı yaddaşlarda necə qalıb
 
"Atam həmişə təhlükəsizlik orqanları tərəfindən təqib edilib" Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə söhbət
 
Filologiyada yaşanmış ömür
 
Təhsilin maliyyələşdirilməsinin beynəlxalq aspektləri və Azərbaycanda orta təhsilin adambaşına maliyyələşdirilməsi məsələləri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
"Vətəndə qalan uşaqlığım"
 
Seyid  Əzim Şirvani yaradıcılığının orta məktəblərdə öyrənilməsi
 
Kövrək xatirələr
 
Olimpiada qalibləri mükafatlandırıldılar
 
Magistrantların V elmi konfransı
 
"Azərbaycanlı gənclər xaricdə təhsil almağa böyük maraq göstərirlər" Həmyerlimiz Voronej Dövlət Texnologiya Akademiyasının  kafedra müdiri, professor Səbuhi Niftəliyev redaksiyamızın qonağıdır
 
Müasir təhsilin aktual problemi
 
Kurikulum islahatı və müasir dərs
 
Müəllim məsuliyyəti
 
Türkçülük, dövlətçilik mövqeyindən yazılmış kitab
 
Koreyalı qonaqlar Naxçıvan Dövlət Universitetində
 
"Xatun" bədii-musiqili məclisi keçirilib
 
Ədəbi-bədii kompozisiya
 
Milli mətbuatımızın şanlı səhifəsi
 
Musiqi Kolleci tələbələrinin hesabat konserti
 
İxtisasartırmanın kurikulum çərçivəsində təkmilləşdirilməsi zəruridir
 
"Mənim könlüm deyir ki..."
 
Mənəvi dəyərlərimizə hörmət tərbiyə edək
 
"Oxşar dəyərlərin gen qaynağı - geneoloji nəzəriyyə" Folklorumuzun fəlsəfəsi
 
Respublika elmi konfransı
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Kompüter müsabiqəsinə yekun vuruldu
 
Məktəblilərimiz daha 7 medal gətirdilər
 
Uşaq-Gənclər İdman Məktəbinin yeni qələbələri
 
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışları keçirilib
 
Dünya universitetləri: Bristol Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov