Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 Aprel 2010 - ¹16

 

Mənəvi dəyərlərimizə hörmət tərbiyə edək

Bookmark and Share

Naxçıvan şəhərindəki parkda bir ağsaqqalla oturub dərdləşirdik. Əlində radiosu var idi. Söhbət indiki gənc nəsildən düşdü. Mən gənclərdəki ədəb-ərkandan, səmimiyyətdən, mənəvi dəyərlərimizə olan hörmətdən ağızdolusu söhbət açdım. Elə bil ağsaqqalın yaralı yerinə toxunub, dərdini təzələdim: 

- Evdə oturub "Ovqat" verilişinə baxırdım. Bu zaman universitet tələbəsi olan nəvəm gəldi. Xanəndəni görəndə, muğamı eşidəndə elə bil nəvəmin allergiyası qalxdı:

- "İndi belə "geridə qalmış", köhnəlik yağan musiqilərə səndən başqa heç kəs qulaq açmır", - deyib kanalı dəyişdi.

Elə bir tükürpədici musiqiyə qulaq asdı ki, məəttəl qaldım. Ortalıqda bir dəstə yarıçılpaq oğlan, qız musiqinin təsiri altında bədənlərini eybəcər hala salmaqla oynayırdılar. Bizim televizorun səsi bütün məhəllədə eşidilirdi.

- Ay bala, indi şəhərin 90 faizi elə öz televiziyalarımızda olan "Səhər" proqramlarına baxırlar. Biz muğam və mahnılarımızla yaşamış, boy atmış, bu günə gəlib çıxmışıq. Sevincimizi musiqimizlə bölmüş, kədərimizi onlarla unutmuşuq. Bizi "Uzundərə", "Tərəkəmə", "Xan çobanı", "Heyvagülü", "Süleymani" kimi oyun havalarımız oynatmış, muğamlarımız bizi düşündürmüş, cəngilər isə bizi Vətən, torpaq uğrunda döyüşə səsləmişdir. Nəvəmə çox belə ibrətamiz nəsihətlər verdim. Nə dindi, nə televizorun səsini azaltdı, nə də ki mənim sözlərimə məhəl qoydu. Mən də televizordan - o zəhləm gedən musiqidən qaçıb bura gəlmişəm.

Bəşəriyyətin min illər bundan əvvəl yaratdığı ailə mədəniyyəti, zövq, ağsaqqala hörmət kimi mənəvi xüsusiyyətlərinin belə kobud şəkildə gələcəyin diplomlusu tərəfindən pozulması bu gün hamını narahat etməlidir. Belə hallar yüzlərlə ailədə olduğundan və bundan minlərlə insan mənəvi sarsıntı keçirdiyindən, qarşısının alınması vacibdir.

Belə mənəviyyatsız gənclərin hərəkətlərinə görə bilavasitə ailə, xüsusən ata, ana və adını çəkmədiyimiz baba da günahkardır. Ancaq biz müəllimlər də yaxamızı kənara çəkməməliyik.

Əgər orta məktəbdə, sonra isə ali məktəbdə müəllimlər şagird və tələbələrə mənəviyyat - xalqımızın musiqisi, incəsənəti, adət-ənənəsi haqqında söhbətlər etsələr, gənclər belə musiqi qulaq asmazlar. Hər gün dünyada minlərlə insan zövqünü oxşayan musiqilər yaranır. Öz musiqimizi sevməklə yanaşı belə musiqiləri də dinləmək böyük intellekt sahibinə yaraşan işdir. Gənclərə öz sözlərimi yox, böyük rus bəstəkarı Dmitri Şostakoviçin Azərbaycan muğamına, mahnılarına qulaq asdıqdan sonra dediyi "Əla bəstəkarlıq məktəbi" qiymətini xatırladıram.

Hər kəs özü üçün daha əziz, daha şirin olan şəxsi zövqünü gərək başqaları üçün məcburi, yeganə və dəyişməz zövq hesab etməsin. Əgər mən özümü mədəni adam hesab edirəmsə, başqalarının mənəvi aləminə, zövqünə hörmətlə yanaşmalıyam. Bir çoxları, əvvəl qeyd etdiyimiz kimi, başqalarının mənəvi aləminə həqarətlə baxır, bununla da onların könlünə toxunurlar.

Müəllimlər çalışmalıdırlar ki, şagirdlər başqasının düşüncəsinə nifrətlə yanaşıb, onun şəxsiyyətini təhqir etməsinlər.

İncəsənətdə, məişətin təşkilində, geyimdə, əyləncə mədəniyyətində mənəvi zövq məsələləri daha qabarıq şəkildə meydana çıxır. Çox zaman isə gənc nəsil ilə yaşlı nəslin fikirləri üst-üstə düşmür. Məktəb şagirdləri elə ruhda tərbiyə etməlidir ki, gənc nəsil yaşlı nəslə hörmətlə yanaşsın.

Minlərlə azarkeş stadionda, on və yüz minlərlə insan isə televizorun qarşısında 22 kişinin topla necə oynadığına diqqət kəsilir. Adamların çoxu isə belə hesab edirlər ki, bu, cansıxıcı və heç kəsə xeyir verməyən bir əyləncədir. Biri hər hansı futbol klubuna pərəstiş edirsə, digərlərinin başqa klubları izləməsini nifrətlə qarşılamamalıdır.

Ailə üzvlərinin hamısı televizora  baxmaq istəyir. Çox vaxt isə ailənin bir gənc üzvü heç kəsə məhəl qoymadan guya daha yaxşı bir veriliş axtarırmış kimi dəfələrlə kanalları aşağıdan-yuxarı, yuxarıdan-aşağı dəyişir. Nəticədə ailə heç bir verilişə baxa bilmir, hamının - xüsusən məktəbli, tələbə və müəllimlərin qiymətli vaxtı itir. Belə gənclər unudurlar ki, onlara güzəştə gedənlər hardasa öz milli proqramlarına, xəbərlərə, kinolara baxa bilərlər. Axı, onların da bütün günü işlə məşğul olduğu bir vaxtda dincəlməyə, mənəvi aləminə rahatlıq gətirməyə haqqı var. Etiraf edək ki, belə halda güzəştə gedən yaşlı nəsil, günah işlədən isə gənclər olur.

Cəmiyyətimiz inkişaf edir, yeni-yeni musiqi janrlarına qulaq asırıq. Ancaq bu o demək deyil ki, bizim min illərdən bəri gələn, bütün xalqımızın canına, qanına hopmuş, hər dəfə qulaq asanda bizi riqqətə gətirən muğamlarımızdan, tarımız, kamanımız, sazımızdan əl çəkməliyik. Oxucu bilməlidir ki, indi dünyanın ayrı-ayrı ölkələrində dinlənilən musiqi janrlarının kökündə bizim muğamımız və aşıq musiqimiz dayanır.

Baba öz nəvəsinin dinlədiyi və onun zəhləsini tökən musiqiyə həqarətlə baxmadı. Oğulun, nəvənin borcu odur ki, babanın sevdiyi, elə onun özünün də sevdiyi musiqiyə hörmətlə  yanaşsın. Bu qəbildən olan gənclər bilməlidirlər ki, muğam, mahnı, aşıq musiqisi bizim xalqımızın ürəyindən olan bir incəsənət növüdür.

İnkişaf edən cəmiyyətdə mənəvi tələbat məsələləri - zövqlər, adət-ənənələr, fikirlər arasında fərqlər həmişə qalacaq. Yaşlı və cavan nəsillərin mənəvi məsələlərdə birgə olması, fikir ayrılığı yaranmaması üçün cavan nəsil öz hərəkətlərini 20-30 yaş böyüklərin səviyyəsinə uyğunlaşdırması, yaşlı nəsil isə əksini etməyi bacarmalıdır. Müəllimlər isə bu səviyyəni gözləməyi şagirdlərə aşılamalıdır.

İnsanların hər birinə aid olan fərdi zövqlərlə yanaşı, bir qrup vətəndaşı, bəzən isə bütöv xalqları birləşdirən zövqlər də vardır. Bu isə memarlıq və incəsənət formalarını, geyimi, mətbəxi - bütövlükdə isə mənəvi tələbat məsələlərini əhatə edir. Heç bir Azərbaycan vətəndaşının ixtiyarı yoxdur ki, hamının ürəyindən olan muğamımızı, xalq mahnılarımızı, milli yeməklərimizi, geyim vasitələrimizi təhqir etsin. Bu sahədə müəllimlər, təhsil işçiləri həlledici və aparıcı sima olmalıdır.

Ölkəmizdə yaşayan, ölkəmizə gələn başqa xalqların dilimizə, incəsənətimizə, adət-ənənəmizə böyük hörmətlə yanaşmalarının hər yerdə şahidi oluruq. Öz vətəndaşımızdan milli mənəvi dəyərlərimizə hörmət etməyi gözləmək, onu yaşatmaq və gələcək nəsillərə çatdırmaq hamımızın borcudur. 

Yunis QULİYEV,
Şahbuz rayonundakı
A.Quliyev adına Kükü kənd orta
məktəbinin ali dərəcəli müəllimi

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Pedaqoji yazılar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
30 Aprel 2010 - ¹16
Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğv olunması barədə  Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
Azərbaycanın 42 məktəblisi ABŞ-da təhsil alacaq
 
Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi yad olundu
 
"Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında"
 
Aprelin 29-da Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyənin Yıldız Texniki Universitetinin rektoru İsmayıl Yüksək və Qazi Universitetinin rektoru Rza Ayxanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Ramiz Məmmədzadənin 80 yaşı qeyd olundu
 
"Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası"
 
"Azərbaycanda himayədar qayğı sisteminin yaradılması" mövzusu müzakirə edildi
 
Moskvada elmi-praktik konfrans keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Zirvəyə gedən yolda...
 
Malayziya, Tailand və Polşa məktəblilərinin Azərbaycanla bağlı təəssüratları
 
İngilis dilində tamaşanın nümayişi olub
 
"Atam deyirdi ki, oğlumun barmaqlarından musiqi damır" Korifey sənətkarımız Niyazidən otuz il əvvəl alınmış müsahibə
 
Əli Sultanlı yaddaşlarda necə qalıb
 
"Atam həmişə təhlükəsizlik orqanları tərəfindən təqib edilib" Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı ilə söhbət
 
Filologiyada yaşanmış ömür
 
Təhsilin maliyyələşdirilməsinin beynəlxalq aspektləri və Azərbaycanda orta təhsilin adambaşına maliyyələşdirilməsi məsələləri
 
Bakıda 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı oldu
 
"Vətəndə qalan uşaqlığım"
 
Seyid  Əzim Şirvani yaradıcılığının orta məktəblərdə öyrənilməsi
 
Kövrək xatirələr
 
Olimpiada qalibləri mükafatlandırıldılar
 
Magistrantların V elmi konfransı
 
"Azərbaycanlı gənclər xaricdə təhsil almağa böyük maraq göstərirlər" Həmyerlimiz Voronej Dövlət Texnologiya Akademiyasının  kafedra müdiri, professor Səbuhi Niftəliyev redaksiyamızın qonağıdır
 
Müasir təhsilin aktual problemi
 
Kurikulum islahatı və müasir dərs
 
Müəllim məsuliyyəti
 
Türkçülük, dövlətçilik mövqeyindən yazılmış kitab
 
Koreyalı qonaqlar Naxçıvan Dövlət Universitetində
 
"Xatun" bədii-musiqili məclisi keçirilib
 
Ədəbi-bədii kompozisiya
 
Milli mətbuatımızın şanlı səhifəsi
 
Musiqi Kolleci tələbələrinin hesabat konserti
 
İxtisasartırmanın kurikulum çərçivəsində təkmilləşdirilməsi zəruridir
 
"Mənim könlüm deyir ki..."
 
Mənəvi dəyərlərimizə hörmət tərbiyə edək
 
"Oxşar dəyərlərin gen qaynağı - geneoloji nəzəriyyə" Folklorumuzun fəlsəfəsi
 
Respublika elmi konfransı
 
Azərbaycan Mətbuat Şurasının "Qara siyahı"sı
 
Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə! Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!
 
Kompüter müsabiqəsinə yekun vuruldu
 
Məktəblilərimiz daha 7 medal gətirdilər
 
Uşaq-Gənclər İdman Məktəbinin yeni qələbələri
 
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışları keçirilib
 
Dünya universitetləri: Bristol Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov