| 
								
								Azərbaycan Dillər Universitetində I kurs 
								tələbələrinin ifasında məşhur fransız dramaturqu 
								Rober Tomanın "Səkkiz qadın" əsərinin İngilis 
								dilində səhnələşdirilmiş tamaşasının nümayişi 
								olub. Tamaşa Xarici dillərin tədrisi metodikası 
								kafedrasının müdiri, professor Gülnar 
								Hüseynzadənin təşkilatçılığı və kafedranın 
								əməkdaşı Günel Qasımovanın bədii rəhbərliyi ilə 
								səhnələşdirilib. Tamaşadan öncə ADU-nun  
								rektoru, millət vəkili, professor Səməd Seyidov 
								iştirakçıları salamladıqdan sonra universitetdə 
								keçirilən tədbirlər barədə danışıb. Tələbələrin 
								öz istedadlarını müxtəlif sahələrdə inkişaf 
								etdirdiyini deyib və öyrəndikləri dilin 
								tarixini, mədəniyyətini, adət-ənənələrini 
								araşdırmağın əhəmiyyətli olduğunu vurğulayıb. 
								Tədbirin təşkilatçısı professor Gülnar 
								Hüseynzadə, Azərbaycan Teatr Xadimləri 
								İttifaqının rəhbəri, xalq artisti, rejissor 
								Azərpaşa Nemət  çıxış edərək dilin daşıyıcısı 
								olan xalqın mədəniyyətinə yiyələnməyin 
								zəruriliyini, dil və mədəniyyəti bir arada 
								öyrənməyin vacibliyini Dillər Universitetində 
								bütün mədəniyyət növlərinin bir araya 
								gəlməsindən və  hər növ incəsənət sahəsinin   
								mövcudluğundan zövq aldıqlarını bildirərək 
								rektor Səməd Seyidov başda olmaqla tədbir 
								iştirakçılarına təşəkkür edib və uğurlar 
								arzulayıblar. 
								
								Sonra tamaşanın nümayişi olub.  
								
								
								Nizami MİRZƏ |