Görüşdə
Azərbaycanla Türkiyə arasında təhsil sahəsində
mövcud olan əlaqələrdən və qarşılıqlı tələbə
mübadiləsi məsələlərindən söhbət açılıb. Ali
təhsil sahəsində tədris proqramlarının
uyğunlaşdırılmasının zəruriliyi, ortaq
dərsliklərin hazırlanması və daha çox ehtiyac
duyulan ixtisaslar üzrə müəllimlərin Türkiyədən
Azərbaycana səfərlərinə diqqətin artırılmasına
dair fikir mübadiləsi aparılıb. Bütün bunların
Azərbaycan ali təhsil sisteminin inkişafına
müsbət təsir göstərəcəyi bildirilib, qardaş
ölkələr olan Azərbaycanla Türkiyənin təhsil
sahəsində də əməkdaşlığının ən yüksək səviyyəyə
çatdırılacağına əminlik ifadə olunub.
Görüşdə Təhsil Nazirliyinin müvafiq şöbə və
struktur rəhbərləri, Azərbaycan Tibb
Universitetinin rektoru Əhliman Əmiraslanov
iştirak ediblər.
Görüşün sonunda qarşılıqlı olaraq xatirə
hədiyyələri təqdim olunub. |