Bakıdakı 164 nömrəli orta məktəbdə "Qadın və
Bahar" mövzusunda ədəbi-bədii kompozisiya
keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin
ingilis dili müəllimi Gülsüm Axundova qadın və
bahar haqqında, füsunkar bahara bənzəyən bu
müqəddəs varlığın zərifliyindən və təbiətdən söz
açdı. Aparıcılar Tural, Aydan, Fikrət
müdriklərin ana haqqında söylədikləri
kəlamları xatırlatdılar. Altıncılar
C.Cabbarlının "Ana" şeirini ingilis dilində
söylədilər. Sonra şagirdlərin ifasında ana ilə
təbiətin müqayisəsini, ananın təbiət qədər
gözəl və zərif olduğunu göstərən kompozisiya
nümayiş olundu. Ekranda göstərilən kliplər,
səhnəciklər alqışlarla qarşılandı.
Tədbirdə çıxış edənlər müstəqil
dövlətimizin fəal qurucularından olan
qadınlarımızın fədakarlığından, ümumxalq
məhəbbəti qazanmış Heydər Əliyev Fondunun
prezidenti, millət vəkili Mehriban xanım
Əliyevanın şəxsində çağdaş Azərbaycan qadınının
ucalığından söz açdılar.
Sonda məktəbin direktoru Kəmalə Qədirova
iştirakçılara bahar təravəti, bahar ovqatı
arzuladı. Bahar, qadın və ana gözəlliyinin
tükənməzliyindən bəhs etdi. İngilis dili
müəllimləri Gülsüm Axundova və Samirə
Əzizovanın təşkilatçılığı ilə hazırlanan
tədbiri çox yüksək dəyərləndirdi, onlara dərin
təşəkkürünü bildirdi.
Sifai SƏFƏROVA |