| 
								
								Bakı Dövlət Universitetinin rektoru, akademik 
								Abel Məhərrəmov, tədris işləri üzrə prorektor, 
								professor Vüsət Əfəndiyev, Nanomaterialların 
								kimyəvi fizikası kafedrasının müdiri, dosent 
								Məmmədəli Ramazanov, Beynəlxalq münasibətlər və 
								beynəlxalq hüquq fakültəsinin dekan müavini Amil 
								Məhərrəmov 23-24 aprel tarixində Moskva Dövlət 
								Universitetində Avrasiya Universitetlər 
								Assosiasiyasının təşkil etdiyi "Universitetlər 
								və Cəmiyyət. 
								
								XXI əsrdə universitetlərin əməkdaşlığı və 
								inkişafı" adlı 3-cü beynəlxalq elmi-praktik 
								konfransda iştirak etmişlər. MDU-nun rektoru, 
								Avrasiya Universitetləri Assosiasiyasının 
								prezidenti, akademik Viktor Sadovniçi 
								bildirmişdir ki, tədbir 2009-cu ilin noyabr 
								ayında qəbul olunmuş Bakı Bəyannaməsinə əsasən, 
								ilk dəfə Avrasiya Universitetlər Assosiasiyası, 
								Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyası 
								və Xəzər Regionu Ölkələri Universitetləri 
								Assosiasiyasının birgə iştirakı ilə həyata 
								keçirilir.  
								
								Tədbirdə Prezident cənab İlham Əliyevin konfrans 
								işitrakçılarına təbrik məktubu oxunmuşdur.
								 
								
								Elmi-praktik konfransın plenar iclasında rektor, 
								akademik Abel Məhərrəmov "Azərbaycanda 
								universitet təhsilinin və elminin inkişafının 
								perspektivləri və əhatəsi" mövzusunda məruzə 
								etmişdir.  
								
								Konfransda rektor, akademik Abel Məhərrəmova 
								Avrasiya Universitetlər Assosiasiyasının ən ali 
								mükafatı - "Avrasiya əməkdaşlığında töhfələrinə 
								görə" medalı və diplomu təqdim olunmuşdur. Eyni 
								zamanda Qara Dəniz Hövzəsi Universitetləri 
								Assosiasiyası ilə əməkdaşlıqda səmərəli 
								fəaliyyətə görə də akademik Abel Məhərrəmov 
								mükafata layiq görülmüşdür.  
								
								Tədbir universitetlərin cəmiyyətdəki əv 
								
								əzolunmaz rolu barədə qətnamənin qəbulu ilə başa 
								çatmışdır.  
								
								
								BDU-nun Mətbuat xidməti  |