Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

19 Mart 2010 - ¹11

 

Maraq dünyamız

Dahilərin həyatından

Bookmark and Share

Albert Eynşteyn fikirli halda küçədə bir dostu ilə rastlaşır və onu evinə qonaq çağırır:

-Axşam bizə gələrsiniz, professor Stimson da bizdə olacaq.

- Elə Stimson mən özüməm də!?-deyə dostu təəccüblənir.

- Bunun fərqi yoxdur, hər halda gəlin.


 

Kimyaçı alim Aleksandr Butlerov cavanlıqda qeyri-adi fiziki gücə malik olub. Bir dəfə öz dostunun yanına gələn alim evdə heç kimi tapmır. Otaq peçinin yanında od qarışdırmaq üçün olan qalın dəmiri "B" hərfi kimi əyib çıxıb gedir.

Əlbəttə, Butlerovun dostu kimin gəldiyini dərhal başa düşür...


 

Kibernetikanın atası sayılan Robert Viner özünün huşsuzluğu ilə məhşur imiş. Ailəsi yeni mənzilə köçərkən onun həyat yoldaşı təzə evin ünvanı yazılmış vərəqi onun cibinə qoyur. Xanım gözəl bilirdi ki, başqa cür onun əri evi tapa bilməyəcək. Lakin buna baxmayaraq, elə birinci gün işdə ağlına yaxşı bir ideya gələn Viner, cibindəki həmin kağızın üzərinə tez-tələsik nəsə cızma-qara edir və dərhal da yazdığı düsturların səhvini başa düşüb kağızı zibil yeşiyinə tullayır.

Axşam heç bir şey olmamış kimi özünün köhnə ünvanına yollanan alim evdə artıq heç kimin yaşamadığını görərkən özünü itirmiş halda küçəyə çıxır. Birdən özünə gəlib yaxınlıqda dayanmış bir qıza yaxınlaşıb deyir:"Bağışlayın, yəqin siz məni tanıyırsınız. Mən professor Vinerəm və mənim ailəm bu yaxınlarda buradan köçmüşdür. Siz deyə bilməzsiniz ki, hara köçüblər?".Qız ona diqqətlə qulaq asdıqdan sonra cavab verir:"Doğrudur, atacan, anam da elə bilirdi ki, sən unudacaqsan və məni bura sənin dalınca göndərdi".


 

İngilis alimi Çarlz Darvini onun şərəfinə verilən nahara dəvət edirlər. Onun yanında əyləşən  qəşəng, gənc bir qadın soruşur:

- Cənab Darvin, siz iddia edirsiniz ki, insan meymundan əmələ gəlib. Bu fikir mənə də aiddir?

-Əlbəttə, amma siz adi meymundan yox, çox cazibədar və qəşəng meymundan əmələ gəlmisiniz.

 


 

 

Dahi fizik-alim Henri Hers uşaqlıqda bütün fənlərdən yüksək biliyə malik idi: həm ədəbiyyat, həm dilləri öyrənməkdə gözəl nailiyyətlər əldə edən Hers tokar dəzgahında da məharət nümayiş etdirirmiş. Çox illər sonra onun tokar işi üzrə müəllimi  dünya şöhrəti qazanan alim haqqında eşidərkən təəssüflə bildirir: "Çox heyif, o uşaqdan əla tokar çıxardı".

 


Bir dəfə məşhur ingilis fiziki Rezerford axşam vaxtı öz laboratoriyasına gəlir. Vaxtın gec olmasına baxmayaraq, onun tələbələrindən biri iş başında olur. O, soruşur:

- Bu vaxtı siz burada nə edirsiniz?

- İşləyirəm.

- Bəs gündüz nə edirsiniz?

- Əlbəttə ki, işləyirəm.

- Səhər tezdən də işləyirsiniz?

- Bəli, professor, səhərlər də işləyirəm,- deyə təriflənəcəyini gözləyən şagird razı halda cavab verir.

Rezerford tutularaq gərginləşmiş halda soruşdu:

- Qulaq asın, bəs siz nə vaxt düşünürsünüz.


Məşhur danimarkalı fizik Nils Bor özünün kənddəki evinin kandarından nal asmışdı. El arasında deyilənə görə, nal xoşbəxtlik gətirir.

Onun qonaqlarından biri təəccüblə fizikdən soruşur:

-Yəni sizin kimi dahi alim doğrudanmı qapı üstündən asılmış nalın xoşbəxtlik gətirdiyinə inanırsınız?

- Eh, - Bor dərindən nəfəs alaraq, - əlbəttə inanmıram... Qəribəsi odur ki, nal ona inanmayanlara da xoşbəxtlik gətirir.


Kimyaçı və bəstəkar Aleksandr Borodin çox dağınıq fikirli adam imiş. Bir gün o, dostlarını evinə qonaq çağırır. Məclisin ən qızğın vaxtı birdən Borodin ayağa qalxır, tez gedib paltosunu geyir və sağollaşıb çıxmağa hazırlaşır ki, qonaqlar soruşurlar:

- Hara belə, Aleksandr Porfiryeviç?

-Sağlıqla qalın, mənim vaxtım yoxdur, evdə olmalıyam. Səhər mühazirəm var.

Yalnız şaqqanaqla gülən dostlarını gördükdə Borodin başa düşür ki, o, öz evindəymiş.

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
19 Mart 2010 - ¹11
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik 
 
Üzeyir Hacıbəyovun 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan nümayəndə heyəti Boloniya prosesinə qoşulmuş ölkələrin yubiley konfransında iştirak edib
 
Qrant Sazişi imzalandı
 
Azərbaycanın təhsil işçiləri Türkiyədə beynəlxalq seminarda təqdimatla çıxış ediblər
 
Fənn olimpiadalarının yekun turu keçirildi
 
Marneulidəki məktəb binası Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunub
 
Kaliforniya məktəblərində "Novruz" mövzusunda xüsusi dərslər keçilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Aybəniz Vəkilovanın Səməd Vurğunla bağlı xatirələri
 
Naxçıvan Özəl Universitetində Novruz şənliyi
 
Azərbaycan Dillər Universitetindən əsgərlərə Novruz sovqatı
 
"Novruz bayramında ikiqat sevinirəm” Əməkdar müəllimlə bayramqabağı söhbət
 
Məktəblilər Novruz bayramı haqqında nə bilirlər?
 
"Məktəb mənim işim, evim və istirahət yerimdir"
 
"Üzeyir bəy dərsdə tələbkar, həm də çox zarafatcıl idi"
 
177 nömrəli məktəbdə Novruz şənliyi
 
Taksonomiyalardan standartlara
 
Təhsil müəssisələrinin akkreditasiyası hər beş ildə bir dəfə həyata keçiriləcək
 
Novruzu anamla birgə keçirmək istəyirəm
 
"Təhsil sistemində psixoloji xidmətin təkmilləşdirilməsi" mövzusunda  elmi-praktik konfrans
 
Qələbənin 65 illiyinə həsr edilmiş tədbir
 
Kamallı kəndində 220 yerlik yeni məktəb binası tikilir
 
Yubilyar minnətdarlıq etdi
 
Nobel və onun vəsiyyəti ilə verilən mükafat
 
Mütəxəssislər yeni fənn kurikulumlarına əsasən keçilən dərsləri yüksək qiymətləndirdilər
 
"İntellekt marafonu - 2010"un seçim turu keçirildi
 
Tələbələr arasında informatika üzrə respublika olimpiadası keçirilir
 
"Ən yaxşı tələffüz edən tələbə" müsabiqəsi keçirildi
 
Narkomanlığa "yox" deyək
 
Nəriman Həsənzadənin Nizami poeması
 
İxtisasartırma kursunun növbəti buraxılışı
 
"Regionlarda informasiya mədəniyyətinin formalaşdırılması" mövzusunda "dəyirmi masa"
 
Sumqayıt məktəblilərinin növbəti  şeirlər məcmuəsi çapdan çıxıb
 
"Bir şagird - bir kompüter" layihəsi üzrə İKT-nin imkanlarından tam istifadə olunur
 
"Bu kabineti kiçik bir tarix muzeyi də adlandırmaq olar"
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Qubadakı kütləvi məzarlıqda "Soyqırımı memorial kompleksi" ucaldılacaq
 
Azərbaycan ali məktəblərində təhsil alan ARDNŞ təqaüdçüləri magistraturada oxumaq üçün Fransaya göndəriləcəkdir
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri  üçün kimya fənni kurikulumu (VII-XI siniflər)
 
Məktəbin kitabxanasında işlər yaxşı təşkil olunub
 
Alimin yubileyi qeyd edilib
 
Sinif müəllimləri üçün əlavə vəsait
 
Şagirdlər İKT-dən istifadə bacarıqlarını artırırlar
 
Məktəbli rəssamın fərdi sərgisi
 
Dahilərin həyatından
 
Albert Eynşteynin sirri
 
Boks üzrə açıq respublika birinciliyi
 
İdman  məktəbinin  son  nailiyyətləri
 
Dünya universitetləri: Toronto Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov