Sumqayıt məktəblilərinin "Qanadlandıq uçmağa"
adlı növbəti şeirlər məcmuəsi çapdan çıxmışdır.
Bu, məcmuənin 11-ci buraxılışıdır. Hər şeir gənc
rəssamlar tərəfindən illüstrasiya edilmişdir.
"Təfəkkür" liseyinin məzunu Məhərrəm Səfizadə,
25 nömrəli məktəbin 11-ci sinif şagirdi Elvin
Əmirov, 33 nömrəli məktəbin şagirdi Abbas
Namiqoğlunun şeirləri ilə oxucular artıq
tanışdırlar.
Nəfis şəkildə tərtib olunmuş məcmuə "Zərdabi
nəşriyyat-poliqrafiya" nəşriyyatında 500 nüsxə
ilə çap edilmişdir. Hər il martın 21-də qeyd
olunan Beynəlxalq Poeziya Günündə və Novruz
bayramında şəhər təhsil şöbəsi Azərbaycan
Yazıçılar Birliyi ilə birlikdə "Qanadlandıq
uçmağa" məcmuəsinin təqdimatını keçirir.
Qeyd edək ki, almanaxın yubiley buraxılışı
Sumqayıtın 60 illiyinə həsr olunmuşdu.
AzərTAc |