Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

19 Mart 2010 - ¹11

 

Azərbaycan nümayəndə heyəti Boloniya prosesinə qoşulmuş ölkələrin yubiley konfransında iştirak edib

Bookmark and Share

Martın 11-12-də Budapeşt və Vyanada Boloniya prosesinə qoşulmuş ölkələrin təhsil nazirlərinin konfransı keçirilmişdir.

1999-cu ildə əsası qoyulan Boloniya prosesinin 10 illik yubileyinə həsr edilmiş konfransda prosesə qoşulmuş 47 ölkənin təhsil nazirləri qatılmışlar. Konfransda Azərbaycanı təhsil naziri Misir Mərdanovun rəhbərliyi ilə Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla, Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev, Beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Azad Axundov və Bakı Slavyan Universitetinin 3-cü kurs tələbəsi Hikmət Babayevdən ibarət nümayəndə heyəti təmsil etmişdir.

İki gün davam edən konfransda Boloniya prosesinin əsas hədəfi olan Avropa Ali Təhsil Məkanı və proses çərçivəsində Avropada həyata keçirilən təhsil islahatları ətrafında fikir mübadiləsi aparılmış, çıxış və məruzələr dinlənilmişdir.

Konfransda Boloniya prosesinin şərtlərini yerinə yetirən Qazaxıstan Avropa məkanında ən nüfuzlu təhsil prosesinə yeni üzv kimi qəbul edilmişdir.

Təhsil naziri Misir Mərdanov AzərTAc-ın xüsusi müxbiri ilə söhbətində bildirmişdir ki, 1999-cu ildə start götürən Boloniya prosesinin əsas mahiyyəti Avropada ümumi ali təhsil məkanının yaradılmasına nail olmaqdır. Avropa Şurasının Mədəniyyət Konvensiyasını imzalayan və Boloniya prosesinin prinsiplərini öz təhsil sisteminə tətbiq etməyə hazır olan bütün ölkələr bu prosesə qoşula bilər. Avropaya inteqrasiyanı əsas hədəf götürən Azərbaycan artıq 2005-ci ildən Boloniya prosesinə qoşulmuşdur. Proses çərçivəsində Avropada ali təhsil proqramlarının yaxınlaşdırılması, yeni tədris modullarının hazırlanması, tələbə və müəllim heyətinin mobilliyinin təmin edilməsi, biliyin qiymətləndirilməsində kredit sisteminə keçid və digər məsələlər ön planda dayanır.

Təhsil Nazirliyi Boloniya prosesinin Azərbaycanda uğurla həyata keçirilməsi üçün Avropa Şurasının Mədəniyyət, Elm və Təhsil Komitəsi, YUNESKO və Avropa İttifaqının Təhsil Komissiyası ilə sıx əməkdaşlıq edir. Azərbaycan Ümumavropa təhsil sisteminə inteqrasiyanın tərkib hissəsi olan Boloniya prosesində iştirakını bundan sonra da uğurla davam etdirəcəkdir.

Qeyd edək ki, konfransın sonunda Budapeşt-Vyana Bəyannaməsi qəbul edilmişdir. Boloniya prosesinə qoşulmuş ölkələrin təhsil nazirlərinin növbəti, sayca yeddinci konfransı 2012-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcəkdir.  

AzərTAc

 
  Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

 

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
19 Mart 2010 - ¹11
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik 
 
Üzeyir Hacıbəyovun 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan nümayəndə heyəti Boloniya prosesinə qoşulmuş ölkələrin yubiley konfransında iştirak edib
 
Qrant Sazişi imzalandı
 
Azərbaycanın təhsil işçiləri Türkiyədə beynəlxalq seminarda təqdimatla çıxış ediblər
 
Fənn olimpiadalarının yekun turu keçirildi
 
Marneulidəki məktəb binası Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunub
 
Kaliforniya məktəblərində "Novruz" mövzusunda xüsusi dərslər keçilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Aybəniz Vəkilovanın Səməd Vurğunla bağlı xatirələri
 
Naxçıvan Özəl Universitetində Novruz şənliyi
 
Azərbaycan Dillər Universitetindən əsgərlərə Novruz sovqatı
 
"Novruz bayramında ikiqat sevinirəm” Əməkdar müəllimlə bayramqabağı söhbət
 
Məktəblilər Novruz bayramı haqqında nə bilirlər?
 
"Məktəb mənim işim, evim və istirahət yerimdir"
 
"Üzeyir bəy dərsdə tələbkar, həm də çox zarafatcıl idi"
 
177 nömrəli məktəbdə Novruz şənliyi
 
Taksonomiyalardan standartlara
 
Təhsil müəssisələrinin akkreditasiyası hər beş ildə bir dəfə həyata keçiriləcək
 
Novruzu anamla birgə keçirmək istəyirəm
 
"Təhsil sistemində psixoloji xidmətin təkmilləşdirilməsi" mövzusunda  elmi-praktik konfrans
 
Qələbənin 65 illiyinə həsr edilmiş tədbir
 
Kamallı kəndində 220 yerlik yeni məktəb binası tikilir
 
Yubilyar minnətdarlıq etdi
 
Nobel və onun vəsiyyəti ilə verilən mükafat
 
Mütəxəssislər yeni fənn kurikulumlarına əsasən keçilən dərsləri yüksək qiymətləndirdilər
 
"İntellekt marafonu - 2010"un seçim turu keçirildi
 
Tələbələr arasında informatika üzrə respublika olimpiadası keçirilir
 
"Ən yaxşı tələffüz edən tələbə" müsabiqəsi keçirildi
 
Narkomanlığa "yox" deyək
 
Nəriman Həsənzadənin Nizami poeması
 
İxtisasartırma kursunun növbəti buraxılışı
 
"Regionlarda informasiya mədəniyyətinin formalaşdırılması" mövzusunda "dəyirmi masa"
 
Sumqayıt məktəblilərinin növbəti  şeirlər məcmuəsi çapdan çıxıb
 
"Bir şagird - bir kompüter" layihəsi üzrə İKT-nin imkanlarından tam istifadə olunur
 
"Bu kabineti kiçik bir tarix muzeyi də adlandırmaq olar"
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Qubadakı kütləvi məzarlıqda "Soyqırımı memorial kompleksi" ucaldılacaq
 
Azərbaycan ali məktəblərində təhsil alan ARDNŞ təqaüdçüləri magistraturada oxumaq üçün Fransaya göndəriləcəkdir
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri  üçün kimya fənni kurikulumu (VII-XI siniflər)
 
Məktəbin kitabxanasında işlər yaxşı təşkil olunub
 
Alimin yubileyi qeyd edilib
 
Sinif müəllimləri üçün əlavə vəsait
 
Şagirdlər İKT-dən istifadə bacarıqlarını artırırlar
 
Məktəbli rəssamın fərdi sərgisi
 
Dahilərin həyatından
 
Albert Eynşteynin sirri
 
Boks üzrə açıq respublika birinciliyi
 
İdman  məktəbinin  son  nailiyyətləri
 
Dünya universitetləri: Toronto Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov