Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

19 Mart 2010 - ¹11

 

Məktəblilər Novruz bayramı haqqında nə bilirlər?

Bookmark and Share

Paytaxtımızın bir neçə  orta məktəbində oxuyan  şagirdlərlə bayramqabağı söhbətlərimizdə bu suala cavab axtardıq. 35 nömrəli orta məktəbin VI sinif şagirdi Fatimə Xaspoladova  Novruz bayramını bütün bayramlardan çox sevdiyini dedi. Bildirdi ki, bu bayram xalqımıza zərdüştlük dövründən gəlib çıxıb. Xalqımız həmin dövrlərdə oda, suya, torpağa sitayiş edib və onları hər şeydən üstün tutublar. Novruz bayramında süfrələrə şəkərbura, paxlava, qoğal,  yeddi rəngə boyanmış yumurtalar, səməni  düzülür. 

Məktəbin  IV sinif şagirdi Səbinə Məmmədli isə çərşənbələr haqqında məlumat verərək dedi ki,   bayramda dörd çərşənbə var:  su çərşənbəsi,  od çərşənbəsi,  yel çərşənbəsi  və   torpaq çərşənbəsi.   Hər bir çərşənbə öz xarakterik xüsusiyyətləri ilə  həyatımıza yenilik, xoş əhvali-ruhiyyə gətirir.

14 nömrəli orta məktəbin şagirdlə

ri də Novruz bayramı haqqında maraqlı  danışdılar.  Novruz adət-ənənələri haqqında məlumat verən IV sinif şagirdi Səməd Allahverənov   bayram axşamlarında hər bir ailədə şadyanalıq, xoş  sözlər danışıldığını söylədi və qeyd etdi ki, bu bayramda  süfrələr bəzədilir, yeddi cür təam bişirilir, subay qızlar bir yerə yığılır, fala baxır və  qapı pusurlar.

II sinif şagirdi Həsən Səfərəliyevin  ən çox sevdiyi adət isə  bayram tonqallarının yandırılmasıdır.  Bu vaxt  Kosa və Keçəlin də  tonqal başına gəlişi bayramı daha da maraqlı, yaddaqalan edir.

Sonra 244 nömrəli orta  məktəbin IV sinif şagirdi Nihad Zeynalov  bizə Novruz bayramı haqqında məlumat verərək papaq atmaqdan çox xoşu gəldiyindən söhbət açdı. Dedi ki, elə çərşənbə axşamı qonşu uşaqlarla başqa məhəlləyə papaq atmağa getmişdim, onlar mənə bir evin qapısını göstərdilər ki, burada yaşayanlar papaqların içini ağzına kimi doldururlar. Mən də inanıb həmin evin pəncərəsindən içəri  papaq atdım. Müəyyən vaxt gözlədim, lakin papaqdan xəbər çıxmadı. Heç demə, ev yiyəsi evdə yox imiş. Bu anda  dostlarım mənə baxıb gülə-gülə dedilər ki, biz də papaqsız qalmışıq. İndi sən də düşdün bizim vəziyyətimizə, gəlin gedəyin tonqal üstündən hoppanmağa!!!

Nəhayət , 267 nömrəli məktəbin III sinif şagirdi Aysu Hüseynzadə də Novruz bayramının adətlərindən və ən sevimli işi - yumurta bəzəmək və səməni cücərtməkdən xeyli danışdı.

Nəticədə məktəblilərlə aparılan söhbətlərdən şad olduq və biz də onların bayramlarını təbrik edib  şadyanalıqla ayrıldıq.

Rəşad ZİYADOV

 
  Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

 

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
19 Mart 2010 - ¹11
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik 
 
Üzeyir Hacıbəyovun 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan nümayəndə heyəti Boloniya prosesinə qoşulmuş ölkələrin yubiley konfransında iştirak edib
 
Qrant Sazişi imzalandı
 
Azərbaycanın təhsil işçiləri Türkiyədə beynəlxalq seminarda təqdimatla çıxış ediblər
 
Fənn olimpiadalarının yekun turu keçirildi
 
Marneulidəki məktəb binası Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunub
 
Kaliforniya məktəblərində "Novruz" mövzusunda xüsusi dərslər keçilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Aybəniz Vəkilovanın Səməd Vurğunla bağlı xatirələri
 
Naxçıvan Özəl Universitetində Novruz şənliyi
 
Azərbaycan Dillər Universitetindən əsgərlərə Novruz sovqatı
 
"Novruz bayramında ikiqat sevinirəm” Əməkdar müəllimlə bayramqabağı söhbət
 
Məktəblilər Novruz bayramı haqqında nə bilirlər?
 
"Məktəb mənim işim, evim və istirahət yerimdir"
 
"Üzeyir bəy dərsdə tələbkar, həm də çox zarafatcıl idi"
 
177 nömrəli məktəbdə Novruz şənliyi
 
Taksonomiyalardan standartlara
 
Təhsil müəssisələrinin akkreditasiyası hər beş ildə bir dəfə həyata keçiriləcək
 
Novruzu anamla birgə keçirmək istəyirəm
 
"Təhsil sistemində psixoloji xidmətin təkmilləşdirilməsi" mövzusunda  elmi-praktik konfrans
 
Qələbənin 65 illiyinə həsr edilmiş tədbir
 
Kamallı kəndində 220 yerlik yeni məktəb binası tikilir
 
Yubilyar minnətdarlıq etdi
 
Nobel və onun vəsiyyəti ilə verilən mükafat
 
Mütəxəssislər yeni fənn kurikulumlarına əsasən keçilən dərsləri yüksək qiymətləndirdilər
 
"İntellekt marafonu - 2010"un seçim turu keçirildi
 
Tələbələr arasında informatika üzrə respublika olimpiadası keçirilir
 
"Ən yaxşı tələffüz edən tələbə" müsabiqəsi keçirildi
 
Narkomanlığa "yox" deyək
 
Nəriman Həsənzadənin Nizami poeması
 
İxtisasartırma kursunun növbəti buraxılışı
 
"Regionlarda informasiya mədəniyyətinin formalaşdırılması" mövzusunda "dəyirmi masa"
 
Sumqayıt məktəblilərinin növbəti  şeirlər məcmuəsi çapdan çıxıb
 
"Bir şagird - bir kompüter" layihəsi üzrə İKT-nin imkanlarından tam istifadə olunur
 
"Bu kabineti kiçik bir tarix muzeyi də adlandırmaq olar"
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Qubadakı kütləvi məzarlıqda "Soyqırımı memorial kompleksi" ucaldılacaq
 
Azərbaycan ali məktəblərində təhsil alan ARDNŞ təqaüdçüləri magistraturada oxumaq üçün Fransaya göndəriləcəkdir
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri  üçün kimya fənni kurikulumu (VII-XI siniflər)
 
Məktəbin kitabxanasında işlər yaxşı təşkil olunub
 
Alimin yubileyi qeyd edilib
 
Sinif müəllimləri üçün əlavə vəsait
 
Şagirdlər İKT-dən istifadə bacarıqlarını artırırlar
 
Məktəbli rəssamın fərdi sərgisi
 
Dahilərin həyatından
 
Albert Eynşteynin sirri
 
Boks üzrə açıq respublika birinciliyi
 
İdman  məktəbinin  son  nailiyyətləri
 
Dünya universitetləri: Toronto Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov