Azərbaycan Respublikası Prezidentinin "Üzeyir
Hacıbəyovun 125 illik yubileyinin keçirilməsi
haqqında" 2010-cu il 23 fevral tarixli, 753
nömrəli Sərəncamının icrasını təmin etmək
məqsədilə
ƏMR EDİRƏM:
1. Azərbaycan mədəniyyətinin inkişafına misilsiz
töhfələr verərək müstəsna xidmətlər göstərmiş
dahi bəstəkar, müasir Azərbaycan musiqi
sənətinin banisi, görkəmli alim, publisist,
dramaturq, pedaqoq və ictimai xadim Üzeyir
Hacıbəyovun 125 illik yubileyinin keçirilməsinə
dair Təhsil Nazirliyinin tədbirlər planı təsdiq
edilsin (əlavə olunur).
2. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil
İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin
müdirləri, ali, orta ixtisas, ilkin peşə ixtisas
təhsili müəssisələrinin rəhbərləri tədbirlər
planının icrasını təmin etsinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil
xəbərləri" məcmuəsində dərc olunmasını təmin
etsin.
4. Ümumi şöbə (H.Məhərrəmova) əmr və tədbirlər
planının çoxaldılıb yerlərə çatdırılmasını
təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini
E.Qasımova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
9 mart 2010-cu il |