Bu günlərdə "Zəngi" liseyinin və 17 nömrəli
orta məktəbin ibtidai sinif müəllimləri Rəna
Quliyeva və Məhsəti Rəhimovanın birgə
hazırladıqları II sinif üçün Azərbaycan dilindən
testlər kitabçası (Məsləhətçi: Təranə Hacıyeva,
Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə
şöbəsinin müdiri, filologiya elmləri doktoru)
Təhsil Nazirliyinin müvafiq əmri ilə əlavə
vəsait kimi təsdiq edilərək "Didaktika"
nəşriyyatı tərəfindən çap edilib.
Kitabçada dərs ilinin ikinci yarısı üçün II
sinifdə Azərbaycan dilindən formativ (F) və
kiçik summativ (S) qiymətləndirmələrin
aparılması üçün test tapşırıqları verilib. Bu,
hər bir şagirdin inkişafını izləməkdə,
bölmələrin sonunda qazanılan bilik və
bacarıqların səviyyəsini müəyyən etməkdə
müəllimə kömək məqsədi daşıyır.
Hər bir şagirdin fərdi istifadəsi üçün olan bu
kitabçalar fənn müəlliminin nəzarəti altında
məktəbdə saxlanılır və yalnız dərs prosesində
müəyyən müddətə tapşırıqların yerinə yetirilməsi
üçün şagirdlərin istifadəsinə verilir. Formativ
qiymətləndirmə tapşırıqlarının yerinə
yetirilməsinə 12-15 dəqiqə, kiçik summativ
qiymətləndirmə tapşırıqlarının yerinə
yetirilməsinə isə 20-25 dəqiqə vaxtın ayrılması
nəzərdə tutulur. Kitabça şagird portfoliosunun
elementidir, valideynlər istədiyi vaxt bununla
tanış ola bilərlər.
Şakir CƏFƏROV |