Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

19 Mart 2010 - ¹11

 

"Təhsil sistemində psixoloji xidmətin təkmilləşdirilməsi" mövzusunda  elmi-praktik konfrans

Bookmark and Share

Martın 16-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "Təhsil sistemində psixoloji xidmətin təkmilləşdirilməsi" mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda ali təhsil müəssisələrinin mütəxəssisləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, məktəb direktorları, psixoloq-müəllim heyəti iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan  Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov "Təhsildə psixoloji xidmətin təşkili və idarəolunması" mövzusunda geniş məruzə ilə çıxış etdi.

Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının  "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir", irəli sürdüyü, elm və təhsillə bağlı qarşıya qoyduğu bu vəzifələr bir sıra dövlət sənədlərində öz əksini tapmışdır. "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli  Kurikulumu), "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" və digər sənədlərdə birmənalı şəkildə göstərilir ki, təhsil sistemi inzibati-amirlik sisteminə əsaslanan totalitarizmdən azad, açıq, demokratik və çoxşaxəli formada qurulmalıdır.

İntellektual kapitalın formalaşması məhz orta ümumtəhsil məktəblərindən başlayır. Bu işdə psixoloji xidmət əsas rol oynayır. Aydındır ki, məktəbdə psixoloji xidməti məktəb psixoloqu yerinə yetirir. Lakin bu əhəmiyyətli məsələnin bir mütəxəssis tərəfindən keyfiyyətlə həyata keçirilməsi mümkün deyil. Ona görə də bütün pedaqoji kollektiv, daha dəqiq desək, hər bir müəllim də məktəbdə psixoloji xidmət göstərmək səriştəsinə malik olmalıdır.

Qeyd olundu ki, təhsil islahatında prioritet istiqamətlər üzrə fəaliyyətləri günün tələbləri səviyyəsində qurmaq üçün onun pedaqoji və psixoloji əsaslarının işlənməsi müasir dövrdə vacib bir məsələ hesab edilir. Başqa sözlə, pedaqoji-psixoloji araşdırmalar təhsil islahatının gedişini diqqət mərkəzində saxlayaraq onun bütün parametrlərdə təhsilini aparmaqla müsbət və mənfi cəhətlərini meydana çıxarmağı, özünün elmi- nəzəri müddəaları ilə təcrübəyə töhfələr verməyi tələb edir.

A.Zamanov qeyd etdi ki, müasir idarəetmədə kadrlarla işin prioritet vəzifə olmasına görə təsadüfi deyil ki, adətən təşkilatın birinci rəhbəri kadrlarla aparılan işə və kadr siyasətinə şəxsən özü nəzarət edir. Kadrlarla işin yüksək səviyyədə aparılması və heyətin səmərəli idarə olunması üçün rəhbərlərin, kadrlar üzrə mütəxəssislərin psixoloji hazırlığının, kommunikativ keyfiyyətlərin, yüksək ünsiyyət mədəniyyətinin və psixoloji metodlardan istifadə etmək bacarığının olması tələb edir.

A.Zamanov vurğuladı ki, XXI əsrdə şəxsiyyət, cəmiyyət və idarəetmə münasibətlərinin qarşılıqlı əlaqəsinin daha da mürəkkəbləşdiyini söyləmək mümkündür. Bu mənada, XXI əsrin psixologiyası, bilavasitə şəxsiyyət-cəmiyyət münasibətlərinə və bu münasibətlər sisteminin sosial-psixoloji qanunauyğunluqlar baxımından daha da sağlamlaşdırılmasına, sosial münasibətlərin idarəedilməsi mexanizminin səmərələşdirilməsinə yönəlməlidir. Sonra Azərbaycan Respublikasi Prezidenti yaninda "Elmin inkişafi" fondunun icraçi direktoru Elçin Babayev çıxış edərək dedi ki, bizim fond, dünyada olan bütün fondların təcrübəsinə nəzər salsaq, yeganə fondlardan biridir ki, elm və təhsilin vəhdəti məsələsini önəmə gətirir. İxtiyari elm yaxşı təhsilə söykənməyibsə, sonradan çox problemlər yarana bilər. Əsas deviz kimi biz elmin inkişafına təhsilin inkişafından ayrı baxa bilmərik. Fondun özünün müəyyən proqramları var. İndi burada söhbət psixologiya sahəsindən gedirsə, psixoloqa müraciət etmək insanın mənəvi və fizioloji rahatlığının təminatı deməkdir. Ən vacib məsələ isə praktik psixologiyaya üstünlük verməkdir. Çalışmaq lazımdır ki, psixologiyanın praktik sahəsinə geniş yer verilsin.

Məktəbdə psixoloqun olması Tereza ananın funksiyalarının məhdud şəkildə yerinə yetirilməsinə bənzəyir.  

İnnovasiyaların həyatımıza daxil olduğu bir dövrdə, institutunuzun  məramını nəzərə alaraq müəllimlərin praktik təcrübəsini təkmilləşdirmək məqsədilə 400 il bundan əvvəl Qalileo Qaliley tərəfindən icad edilmiş və müasirləşmiş bu maraqlı hədiyyəni (teleskopu) sizə təqdim edirəm.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Psixologiya kafedrasinin müdiri, professor Əbdül Əlizadə "Psixoloji xidmət məsələləri və müasir məktəb" mövzusunda məruzə ilə çıxış etdi. Dedi ki, bu gün biz psixoloji xidmətdən danışırıq. Psixoloqun əsas vəzifəsi şagirdlərin psixoloji konsepsiyasını qorumaqdır. Avropada eksperimental psixologiyanın yaranması tarixi 1876-cı ilə təsadüf edir. Bu sahənin əsası Vilhelm Vundt tərəfindən qoyulmuşdur. Vundt ixtisasca fizioloq idi. Bununla yanaşı, Berlin Universitetində psixologiya üzrə təhsil almış, hətta bir müddət ədəbi sahədə də fəaliyyət göstərmişdir.

Eksperimentologiyanın inkişaf tarixinin tədqiqi göstərir ki, dünyada ilk eksperimental psixologiya sahəsində çalışan tədqiqatçılar ixtisasca fizik, fizioloq, genetiklər olmuşlar. Eyni zamanda bizə adları yaxşı məlum olan Vundt, Bine, Pavlov - fizioloq, Fexner, Helmhols və b. fiziklər idilər. Bu, şübhəsiz ki, təbiət və psixologiya elmləri arasındakı bağlılıqla, insan psixikasının fiziki və fizioloji əsasları ilə izah olunur.

Professor Ə.Əlizadə qeyd etdi ki, XXI yüzillikdə Azərbaycan məktəbinin uğurları bütün başqa şərtlərlə yanaşı, həm də məhz psixoloji biliklərin məktəb təcrübəsində nə dərəcədə səriştə ilə gerçəkləşməsindən asılı olacaqdır. Bu gün isə... Bu sahədə də artıq əməli addımlar atılmağa başlanıb.

Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının dosenti Rəşid Cabbarov "Ali təhsil müəssisələrində psixoloq kadrların hazırlanmasının metodiki və təşkilatı problemləri" məruzəsində qeyd etdi ki, 2000-ci ildə BDU-da AMEA-nın müxbir üzvü, professor B.H.Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə "Eksperimental Psixologiya" Elmi-Tədqiqat Laboratoriyası yaradılmış və bu gün də praktik psixoloji biliklərə malik kadrlar hazırlanır, onlara müəyyən məsləhətlər verilir. Eləcə də ayrı-ayrı müəssisələrdə də psixoloji kadrların hazırlanması istiqamətləri genişlənmiş və əvvəlki illərə nisbətən artmışdır. Psixologiya elmi sahəsində çap olunmuş kitab və dərsliklərdə psixoloji kadrların hazırlanmasında mühüm əhəmiyyət kəsb edir. Magistrantların hazırlanması və onların müstəqil tədqiqatçı kimi işlərə cəlb olunması da nail oduğumuz uğurlardandır. Lakin uğurlarımız nə qədər çox olsa da, psixoloji kadrların hazırlanmasında bir o qədər də çatışmazlıqlar vardır.

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun Psixologiya kafedrasının müdiri, psixologiya elmləri namizədi Hökümə Əliyeva vurğuladı ki, fərdi  pedaqoji sahədən fərqli olaraq, təhsilin təşkili sahəsində praktik psixologiyadan istifadə daha çox mühümdür. Gələcəkdə hər bir müəllim öz işini psixoloqun dəstəyilə qurmalıdır.

Məktəb psixoloqunun işinin əsas qayəsi fərdi yanaşma əsasında problemin həllinə nail olmaq üçün yaxşı tədqiqatçi  olmaq, psixoloji üsul və vasitələri sərbəst həyata keçirməyi bacarmaqdır. Əlbəttə, bu sahədə şablon psixodiaqnostik vasitələrdən və testlərdən istifadə olunması problemlərin yüksək səviyyədə həll olunmasına maneçilik törədə bilər, belə olan təqdirdə psixoloq öz peşəsinə həm peşəkar - müşahidəçi , həm də ixtiraçı - tədqiqatçı kimi yanaşmalı, bu istiqamətdə qanunauyğunluqları bilməklə yanaşı, lazım gələrsə, həllində çətinlik törədən məsələlərdə yeni olanı görə bilmək qabiliyyətini peşəkarcasına nümayiş etdirməkdən çəkinməməlidir.

Tədbirdə Milli VMA-nın eksperti Şahin Rəcəb "Müasir təhsil sistemində valideyn-müəllim əməkdaşlığının rolu", 20 nömrəli məktəb-liseyin psixoloqu, VMA-nın  prezidenti  Tünzalə Verdiyeva "Müasir psixoloji xidmətin təşkilində ailənin rolu", 158 nömrəli məktəbin direktoru Zemfira Səmədova "İnsani münasibətlər", 115 nömrəli məktəbin psixoloqu  Şövkət Dadaşova "Metodiki müşahidə kontekstində praktik psixoloqların şəxsiyyət və peşəkarlığının inkişaf problemi" və 21 nömrəli məktəbin psixoloqu Həqiqət  Həmidova "Təhsil sistemində praktik psixoloqun peşəkarlığı: məzmun, forma, meyar" mövzularında çıxışlar etdilər. 

Şakir CƏFƏROV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
19 Mart 2010 - ¹11
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik 
 
Üzeyir Hacıbəyovun 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan nümayəndə heyəti Boloniya prosesinə qoşulmuş ölkələrin yubiley konfransında iştirak edib
 
Qrant Sazişi imzalandı
 
Azərbaycanın təhsil işçiləri Türkiyədə beynəlxalq seminarda təqdimatla çıxış ediblər
 
Fənn olimpiadalarının yekun turu keçirildi
 
Marneulidəki məktəb binası Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunub
 
Kaliforniya məktəblərində "Novruz" mövzusunda xüsusi dərslər keçilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Aybəniz Vəkilovanın Səməd Vurğunla bağlı xatirələri
 
Naxçıvan Özəl Universitetində Novruz şənliyi
 
Azərbaycan Dillər Universitetindən əsgərlərə Novruz sovqatı
 
"Novruz bayramında ikiqat sevinirəm” Əməkdar müəllimlə bayramqabağı söhbət
 
Məktəblilər Novruz bayramı haqqında nə bilirlər?
 
"Məktəb mənim işim, evim və istirahət yerimdir"
 
"Üzeyir bəy dərsdə tələbkar, həm də çox zarafatcıl idi"
 
177 nömrəli məktəbdə Novruz şənliyi
 
Taksonomiyalardan standartlara
 
Təhsil müəssisələrinin akkreditasiyası hər beş ildə bir dəfə həyata keçiriləcək
 
Novruzu anamla birgə keçirmək istəyirəm
 
"Təhsil sistemində psixoloji xidmətin təkmilləşdirilməsi" mövzusunda  elmi-praktik konfrans
 
Qələbənin 65 illiyinə həsr edilmiş tədbir
 
Kamallı kəndində 220 yerlik yeni məktəb binası tikilir
 
Yubilyar minnətdarlıq etdi
 
Nobel və onun vəsiyyəti ilə verilən mükafat
 
Mütəxəssislər yeni fənn kurikulumlarına əsasən keçilən dərsləri yüksək qiymətləndirdilər
 
"İntellekt marafonu - 2010"un seçim turu keçirildi
 
Tələbələr arasında informatika üzrə respublika olimpiadası keçirilir
 
"Ən yaxşı tələffüz edən tələbə" müsabiqəsi keçirildi
 
Narkomanlığa "yox" deyək
 
Nəriman Həsənzadənin Nizami poeması
 
İxtisasartırma kursunun növbəti buraxılışı
 
"Regionlarda informasiya mədəniyyətinin formalaşdırılması" mövzusunda "dəyirmi masa"
 
Sumqayıt məktəblilərinin növbəti  şeirlər məcmuəsi çapdan çıxıb
 
"Bir şagird - bir kompüter" layihəsi üzrə İKT-nin imkanlarından tam istifadə olunur
 
"Bu kabineti kiçik bir tarix muzeyi də adlandırmaq olar"
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Qubadakı kütləvi məzarlıqda "Soyqırımı memorial kompleksi" ucaldılacaq
 
Azərbaycan ali məktəblərində təhsil alan ARDNŞ təqaüdçüləri magistraturada oxumaq üçün Fransaya göndəriləcəkdir
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri  üçün kimya fənni kurikulumu (VII-XI siniflər)
 
Məktəbin kitabxanasında işlər yaxşı təşkil olunub
 
Alimin yubileyi qeyd edilib
 
Sinif müəllimləri üçün əlavə vəsait
 
Şagirdlər İKT-dən istifadə bacarıqlarını artırırlar
 
Məktəbli rəssamın fərdi sərgisi
 
Dahilərin həyatından
 
Albert Eynşteynin sirri
 
Boks üzrə açıq respublika birinciliyi
 
İdman  məktəbinin  son  nailiyyətləri
 
Dünya universitetləri: Toronto Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov