Heydər Əliyev Fondu, Rabitə və İnformasiya
Texnologiyaları və Təhsil nazirlikləri, həmçinin
AMEA-nın İnformasiya Texnologiyaları
İnstitutunun birgə təşkilatçılığı ilə ali məktəb
tələbələri arasında informatika üzrə respublika
olimpiadasına başlanmışdır. Tədbir Dünya
Telekommunikasiya və İnformasiya Cəmiyyəti
gününə həsr olunmuşdur.
Olimpiadanın keçirilməsi barədə şərtlər,
tapşırıqlar, həllər və digər məlumat
www.aztelekom.org/olimpiada
linkində yerləşdirilmişdir. İştirak etmək
istəyən komandalar aprelin 3-dək qeydiyyatdan
keçməlidirlər.
Olimpiadanın birinci mərhələsi aprelin 10-da,
ikinci mərhələsi isə mayın 8-də keçiriləcəkdir.
Tədbirdə informatika üzrə beynəlxalq komanda
yarışlarının yarımfinalında iştirak etmək üçün
Azərbaycanı təmsil edəcək komanda müəyyən
olunacaqdır.
AzərTAc |