Bakıdakı 258 nömrəli orta məktəbdə şagirdlər İKT
biliklərinə yiyələnərək kompüterlə işləmək
bacarığını artırırlar.
Məktəbin direktoru Sədaqət Hüseynova bil
dirir ki, təhsil ocağında fəaliyyət göstərən iki
kompüter otağında dərs keçən I-XI sinif
şagirdləri üçün hər cür şərait yaradılıb.
Məktəb İnternetə qoşulub və özünün müstəqil
saytı açılıb. İnformatika müəllimləri Səmihə
Rüstəmova, Məhluqə Məmmədova və Arzu Vüsalova
dərslərdə yeni təlim metodlarını həyata keçirmək
üçün ingilis dilində olan disklərdən istifadə
etməklə şagirdlərdə bu fənnə qarşı böyük maraq
yaradırlar. Şagirdlər kompüterdə sadə
məsələlərin həlli üçün müxtəlif strukturlu
alqoritmlər tərtib edir, proqramlar hazırlayır
və onlardan səmərəli istifadə edirlər.
Fənn müəllimləri məktəbin İnternet saytından
istifadə edir və təlimdə daha böyük uğur əldə
etmək üçün müxtəlif metodlar haqqında düşünürlər.
Şakir CƏFƏROV |