Bakı şəhərindəki 189 nömrəli məktəbdə
"Narkomanlığa yox deyək" mövzusunda tədbir
keçirilib. Səbail Rayon İcra Hakimiyyəti
nəzdindəki Yetkinlik Yaşına Çatmayanların İşləri
və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın
təşkil etdiyi tədbirdə, eyni zamanda rayonun 7
və 190 nömrəli orta məktəblərinin şagirdləri də
iştirak ediblər.
Tədbirdə çıxış edən Səbail Rayon İcra
Hakimiyyəti başçısının müavini, komissiyanın
rəhbəri Xalidə Bayramova rayonda yeniyetmə və
gənclərin narkomanlıq və digər zərərli
vərdişlərdən qorunması, sağlam həyat tərzi
keçirməsinin təmin edilməsi ilə bağlı görülən
işlərdən və qarşıda duran vəzifələrdən bəhs
edib.
Çıxışlarda bu məsələ ilə bağlı müxtəlif
mövzulara toxunulub və şagirdləri maraqlandıran
çoxsaylı suallar cavablandırılıb. Sonda
məktəblilərə narkomanlığa və QİÇS-ə qarşı
mübarizəyə dair bukletlər paylanıb.
Hicran ƏKBƏROVA |