Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

19 Mart 2010 - ¹11

 

Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri  üçün kimya fənni kurikulumu (VII-XI siniflər)

Bookmark and Share

GİRİŞ 

Kimya fənn kurikulumu və onun xarakterik cəhətləri. Son dövrlərdə respublikamızda reallaşdırılan pedaqoji innovasiyaları, dünyanın mütərəqqi ölkələrinin təhsil təcrübələrini ümumiləşdirən yeni kimya fənn kurikulumu bilavasitə şagirdlərin bir şəxsiyyət kimi formalaşmasına istiqamətlənməklə özünün humanist, demokratik və inteqrativ xarakterinə görə ənənəvi təhsil sənədlərindən əsaslı şəkildə fərqlənir. Məzmun standartları, təlim strategiyaları və qiymətləndirmə mexanizmlərini əhatə etməsi onun kompleks sənəd olduğunu göstərir. Bu sənəd müəllimlər, məktəb rəhbərləri, dərslik müəllifləri, valideynlər və ictimaiyyətin digər nümayəndələri üçün nəzərdə tutulur.

Kimya fənn kurikulumu müvafiq dərslik və dərs vəsaitlərinin, müəllim və şagirdlər üçün resursların hazırlanması, təlim prosesinin səmərəli təşkili üçün zəruri didaktik tələblərin əsasını təşkil edir. Ümumtəhsil məktəblərində şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə həyata keçirilən fəaliyyətlərin normativ-hüquqi bazası rolunu oynayır.

Kimya fənninin yeni məzmununun nəticələr (məzmun standartları) formasında verilməsi kurikulum sənədinin demokratik xarakterindən irəli gəlir. Bu isə müəllimlərə fəaliyyətlərində sərbəst olmağa, müvafiq təlim strategiyaları seçməyə, yaxud öz imkan və şəraitlərinə uyğun təlim strategiyaları hazırlamağa imkan yaradır, onları müasir dərsliklərin və digər resursların hazırlanmasına istiqamətləndirir. Kimya fənn kurikulumu şagirdlərin bir şəxsiyyət kimi formalaşdırılmasına istiqamətləndirildiyindən onların inkişafını ardıcıl olaraq izləməyə imkan verən məzmun və strategiyaları əhatə edir. Müxtəlif səviyyələrdə müəyyənləşdirilmiş məzmun standartları şagirdlərin əldə edəcəkləri dəyərlərin göstəricisi rolunu oynayır.

Kimya təbiət elmlərindən biri olub bizi əhatə edən aləmdə daim təmasda olduğumuz maddi varlıqları öyrənir. Dünyada mövcud olan cansız və canlı varlıqlar ayrı-ayrı maddələrdən və ya onların qarışıqlarından ibarətdir. Məsələn, havadakı oksigen, içməli su, xörək duzu və şəkər ayrı-ayrı maddələrdir. Hər gün gördüyümüz və duyduğumuz torpaq, daş, hava, ağac və s. müxtəlif maddələrin qarışığıdır. Şagirdlər kimya fənninin imkanlarından istifadə edərək onlarla və insan həyatı üçün əhəmiyyətli olan başqa maddələrlə yaxından tanış ola bilirlər.

Təbiətdə mövcud olan maddələrdən başqa, insanlar özləri bir çox yeni maddələr: gübrələr, plastik kütlələr, sintetik kauçuklar, liflər, dərman maddələri və sair də alırlar. Hazırda təbii və süni surətdə əldə olunan maddələrin milyonlarla növü məlumdur. Bir qayda olaraq, təbiətdəki maddələr dəyişməz qalmır, daim bir-birinə çevrilir. Məsələn, yaşıl bitkilər böyümə prosesində havadan karbon qazını, torpaqdan suyu və qida maddələrini mənimsəyərək özlərinə lazım olan üzvi maddələr hazırlayır, havanı oksigenlə zənginləşdirir. Bitki və heyvan qalıqlarının çürüməsi nəticəsində əmələ gələn mineral maddələr torpağı münbitləşdirir. Bütün bunların mənimsənilməsi şagirdlərin onları əhatə edən ətraf aləmlə daha fəal ünsiyyətdə olmasına imkan yaradır.

Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Məlumdur ki, məktəbi bitirdikdən sonra hamı özünə kimyaçı ixtisasını seçmir. Bəs hamının kimyanı öyrənməsi nəyə görə vacibdir? Orta məktəb səviyyəsində kimyəvi bilik və bacarıqlara yiyələnmək bizim hər birimizə nə verə bilər? Ümumiyyətlə, kimya fənninin əhəmiyyəti nədən ibarətdir?

 Müxtəlif sənaye sahələrinin və kənd təsərrüfatının inkişafında kimyanın rolu böyükdür. Müasir kimyanın nailiyyətlərindən istifadə etmədən yanacaq-energetika kompleksləri, metallurgiya, nəqliyyat, rabitə, tikinti, elektronika, məişət, xidmət sahələri və s. inkişaf edə bilməz. Kimya sənayesi xalq təsərrüfatını müxtəlif kimyəvi məhsullarla təmin edir. Bir çox sənaye sahələrində kimyəvi metodların tətbiqi əvəzedilməzdir. Məsələn, metalların korroziyadan (yeyilib dağılmadan) qorunması, istehsal proseslərinin sürətləndirilməsi üçün kimyəvi maddələrdən istifadə edilməsi, maddələrin kimyəvi emalı və s.

 Siz kənddə yaşayırsınızsa, mineral gübrələrlə, bitki və heyvanları xəstəliklərdən qoruyan və alaq otlarını məhv etmək üçün istifadə olunan maddələrlə davranmağı bacarmalısınız, onların xassələrini bilməlisiniz. Əgər şəhərdə yaşayırsınızsa, gələcəkdə şəhərdəki sənaye müəssisələrində, yanacaq-energetika komplekslərində, texniki qurğularda və başqa yerlərdə işləməli olacaqsınız. Bu isə həmin obyektlərdə istifadə olunan və alınan çoxlu kimyəvi maddələri tanımaq, onlarla davranmağı bacarmaq tələb edir. Bundan başqa, şəhər tikintilərində tətbiq olunan maddələrin, evdə gündəlik rastlaşdığınız məişət kimyası məhsullarının xassələrini bilməsəniz, onlardan istifadə etməkdə çətinlik çəkəcəksiniz.

Hazırda sənayenin sürətli inkişafı cəmiyyətin həyatında böyük dəyişiknliknlərlə yanaşı, yeni problemlər də meydana çıxarmışdır. Yaşadığımız təbii mühit müxtəlif sənaye müəssisələri tərəfindən ildən-ilə lazımsız və zərərli maddələrlə daha çox çirkləndirilməkdədir. Ətraf aləmi (torpağı, suyu, havanı) ən çox çirkləndirən sahələr yanacaq-energetika, metallurgiya, nəqliyyat və kimya sənayesidir. Bununla bərabər, təbii mühitin mühafizə edilməsi işlərində kimya əhəmiyyətli rol oynayır. Belə ki, ətraf aləmə atılan çirkləndiricilər, tullantı sular, əsasən, kimyəvi üsullarla və xüsusi kimyəvi maddələrin köməyi ilə zərərsizləşdirilir, onların havadakı və sudakı miqdarı təyin edilərək tənzimlənir və nəzərdə saxlanılır. Təbii mühitin qorunmasında texnoloji proseslərin təkmilləşməsi, müasir, aztullantılı istehsal texnologiyasının tətbiqi də böyük əhəmiyyət daşıyır.

Ətraf mühitin çirklənməsində kimyəvi proseslər deyil, daha çox həmin prosesləri tətbiq edən istehsalçılar təqsirkardırlar. Onlar bir çox hallarda istehsal proseslərinin aparılması qaydasını pozur və ona düzgün əməl etmirlər. Nəticədə isə ətraf aləm yaşayış üçün yararsız hala düşür. Buna qarşı isə cəmiyyətin hər bir üzvü mübarizə aparmalı olur.

Kimyadan minimum səviyyədə bilik və bacarıqları olmayan müasir insanın təhsilini daha yüksək pillədə inkişaf etdirib onu mühəndis, texnik, psixoloq, iqtisadçı, fizik, biznesmen, kimyaçı və s. ixtisas sahibi kimi formalaşdırmaq çətindir.

Kimya gündəlik həyatda, elmin digər sahələrinin inkişafında, texnika və texnologiyaların təkmilləşdirilməsi prosesində ortaya çıxan problemlərin həllində insanların yaxın köməkçisinə çevrilir. Şagirdlərin elmi bilik və bacarıqlarının daha da genişlənməsinə imkan yaranır. Onlar kənd təsərrüfatının və sənayenin inkişafında, ekoloji problemlərin həllində kimyanın rolunu təlim prosesində dərk edirlər.

Sivilizasiyalı cəmiyyətdə rasional davranmaq, özünün və ətraf mühitin (hava, su, torpaq) təhlükəsizliyini təmin etmək, yaşayış mühitinin təmizliyini qorumaq üçün hər bir insanın müəyyən kimyəvi bilik və bacarıqlara malik olması vacibdir. Bundan əlavə, xammal, energetika, ərzaq və tibb sahəsində problemləri həll  etmək üçün ümumi kimyəvi təhsilə ehtiyac vardır.

Ümumtəhsil məktəblərində kimya fənninin əsas məqsədi kimyəvi maddələrə, onların bir-birinə çevrilməsi proseslərinin başvermə səbəblərinə və idarəedilməsi qanunauyğunluqlarına, maddələrin və kimyəvi proseslərin həyatda roluna, daha çox istifadə olunan kimyəvi maddələrlə təhlükəsiz davranmaq qaydalarına dair bilik və bacarıqların mənimsənilməsindən, məntiqi və yaradıcı təfəkkürün, ekoloji mədəniyyətin inkişaf etdirilməsindən ibarətdir. Bu məqsədin reallaşdırılması üçün aşağıdakıların həyata keçirilməsi nəzərdə tutulur.

Ümumi orta təhsil səviyyəsində kimyadan əldə edilən müvafiq bilik və bacarıqlar şagirdlərə onları əhatə edən maddi aləmin və burada baş verən hadisələrin təhlilinə və bunun əsasında gündəlik həyati problemlərin həllinə imkan verir. Şagirdlərin intellektual inkişafına, uğurlu praktik fəaliyyətinə zəmin yaradan təfəkkür tərzi formalaşdırır. Başqa fənlərin öyrənilməsinə kömək edir və təhsilin davam etdirilməsi üçün imkan yaradır. Müxtəlif forma və məzmuna malik məlumatların məntiqi cəhətdən təhlil edilməsi təmin olunur.

Tam orta təhsil səviyyəsində fəaliyyətlərin genişləndirilməsi və inkişaf etdirilməsi yolu ilə yeni anlayış və mahiyyətlər, daha sistemli və tətbiqyönümlü praktik vərdişlər və bacarıqlar aşılanır. Gələcək təhsil və peşə fəaliyyətinin davam etdirilməsinə zəmin yaradan kimyəvi biliklərin mənimsənilməsi və geniş dünyagörüşünün formalaşdırılması təmin olunur. 

1. Kimya təliminin məzmunu

1.1. Ümumi təlim nəticələri

Ümumi orta təhsil səviyyəsi (VII-IX siniflər) üzrə şagird:

·          maddələrin quruluşunu, xassələrini, onların çevrilmələrinin səbəbini izah edir;

·          kimyəvi hadisələrin mahiyyətini dərk etmək üçün müşahidələr və təcrübələr aparır, alınmış nəticələr əsasında onlara münasibət bildirir;

·          maddələri, onların bir-birinə çevrilməsi reaksiyalarını tətbiq və idarə edir;

·          ətraf aləmin sadə kimyəvi mühafizə qaydalarını mənimsədiyini nümayiş etdirir, müşahidə etdiyi hadisələri ümumiləşdirib təqdim edir;

·          kimya sahəsində görkəmli alimlər və onların xüsusi əhəmiyyətə malik elmi kəşfləri, nailiyyətləri haqqında məlumatların ötürülməsi və yayılmasında iştirak edir. 

Tam orta təhsil səviyyəsi (X-Xl siniflər) üzrə şagird:

·          qeyri-üzvi və üzvi maddələri fərqləndirir, onların xarakterik cəhətlərini izah edir;

·          kimyəvi maddələri və hadisələri məişətdə tətbiq edir;

·          kimyəvi qanun və qanunauyğunluqların mahiyyətini dərk etmək üçün eksperimentlər və müşahidələr aparır, nəticələrini ümumiləşdirir, bu barədə şifahi və yazılı təqdimatlar hazırlayır;

·          ekoloji problemlərin həlli ilə bağlı kiçik layihələr hazırlayır və təqdim edir. 

1.2. Məzmun xətləri

Kimya fənni üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün müəyyən olunan məzmun xətləri məzmunun zəruri istiqamətləridir. Məzmun xətləri şagirdlərin öyrənəcəyi məzmunu daha aydın təsvir etmək üçün müəyyən olunur və onu sistemləşdirmək məqsədi daşıyır.

Kimya fənni üzrə aşağıdakı məzmun xətləri müəyyən edilmişdir:

·          Maddə və maddi aləm

·          Kimyəvi hadisələr

·          Eksperiment və modelləşdirmə

·          Kimya və həyat  

Maddə və maddi aləm

Bu məzmun xətti maddələrin tərkibinin, quruluşunun, kimyəvi rabitələrin tiplərinin, xassələrinin, atom və molekullarının, maddi aləmin düzgün dərk olunmasına, onlar haqqında mülahizələrin irəli sürülməsinə, şagirdlərdə tədqiqatçılıq meyilinin inkişafına imkan yaradır. Yuxarı siniflərdə maddələrin onların quruluşundan asılılığının səbəblərini aydınlaşdırmaq, quruluşuna görə maddələrin xassələrini proqnozlaşdırmaq, həyatda rast gəlinən saf maddələri və qarışıqları bir-birindən fərqləndirmək, müxtəlif üsullardan istifadə etməklə qarışıqları ayırmaq bacarıqlarının formalaşması imkanlarını genişləndirir. Maddə və maddi aləm məzmun xəttinə aid materialın öyrənilməsi şagirdlərin zəhərli maddələrlə davranmaq, maddələri tətbiqinə görə müəyyənləşdirmək sahəsində qabiliyyətlərinin inkişaf etməsinə təsir göstərir.  

Kimyəvi hadisələr

Kimyəvi hadisələr məzmun xəttinə aid materialın mənimsənilməsi,  maddələrin bir-birinə çevrilməsi, bu çevrilmələrin qanunauyğunluqlarının və şəraitinin, maddələrin alınmasının dərk olunması, kimyəvi reaksiyalar  əsasında hesablamalar aparılması üçün imkan yaradır. Şagirdlər ətraf aləmdə baş verən çevrilmələrdən həyati məqsədlər üçün istifadə bacarıqları qazanırlar. Bu məzmun xətti şagirdlərin tədqiqatçılıq qabiliyyətinin güclənməsində, kimyəvi çevrilmələr nəticəsində baş verə biləcək fəsadların aradan qaldırılmasında lazım olan bacarıqları əhatə etməklə, həm də onların fəaliyyətlərini stimullaşdırır.  

Eksperiment və modelləşdirmə

Bu məzmun xətti maddələrin quruluşunun və xassələrinin öyrənilməsindən əldə olunan bilik və bacarıqların eksperiment yolu ilə modelləşdirilməsi, kimyəvi reaksiyaların təcrübədə göstərilməsi, molekulların, kristal qəfəslərin üçölçülü modellərinin hazırlanması, nəzəri məlumatların praktikada tətbiq olunması bacarıqlarının formalaşmasını, şagirdlərdə praktik vərdişlərin yaranmasını təmin edir. Şagirdlərdə fəza təsəvvürlərinin inkişafına səbəb olur. Əldə olunmuş bilik və bacarıqların daha dolğun nümayiş etdirilməsinə imkan yaradır. Maddələrin keyfiyyət və kəmiyyət tərkibinin öyrənilməsi və elmi-tədqiqat işlərinin aparılması üçün zəmin yaradır.

Kimya və həyat

Bu məzmun xətti təbiətə və bütünlükdə bəşəriyyətə böyük zərər vura biləcək maddələrin müəyyənləşdirilməsini və onların həyatın istənilən sahəsində zərər vurmadan tətbiq olunmasını təmin edir. Müxtəlif sənaye sahələri tullantılarının, kənd təsərrüfatında işlədilən gübrələrin və dərman maddələrinin, nəqliyyatda tullantı qazlarının, məişət tullantılarının ətraf mühitə nə dərəcədə ziyan vura biləcəyini müəyyənləşdirməyə və ekoloji problemlərin həllində şagirdlərin fəal iştirak etməsinə imkan verir. 

1.3. Məzmun xətləri üzrə təlim nəticələri 

Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri

1. Maddə və maddi aləm

Şagird:

·          maddələrin tərkibini, quruluşunu, fiziki xassələrini izah edir;

·          maddələr arasındakı qarşılıqlı əlaqələri şərh edir;

·          maddələrin, qarışıqların tərkibinə, kimyəvi qanunlara aid sadə hesablamalar aparır.

 

2. Kimyəvi hadisələr

Şagird:

·          kimyəvi hadisələri və onların başvermə səbəblərini izah edir;

·          sadə kimyəvi reaksiyaların tənliklərini tərtib edir;

·          reaksiya tənlikləri əsasında sadə hesablamalar aparır.

3. Eksperiment və modelləşdirmə

Şagird:

·          kimyəvi hadisələrə aid müşahidə və təcrübələr aparır, nəticələrinə münasibət bildirir;

·          sadə molekulları və reaksiyaları modelləşdirir.

4. Kimya və həyat

Şagird:

·          maddələrin və kimyəvi reaksiyaların tətbiq sahələrini şərh edir, referatlar hazırlayır;

·          ətraf mühitə həssas və qayğıkeş münasibət nümayiş etdirir, müşahidə etdiyi dəyişiklikləri ümumiləşdirib təqdim edir;

·          kimya sahəsində görkəmli alimlərin kəşfləri barədə məlumatlara malik olduğunu nümayiş etdirir. 

Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri

1. Maddə və maddi aləm

Şagird:

·          qeyri-üzvi və üzvi maddələrin xüsusiyyətlərini izah edir;

·          maddi aləmdəki qanunauyğunluqları şərh edir;

·          maddələrin, qarışıqların tərkibinə, kimyəvi qanunlara aid mürəkkəb hesablamalar aparır.

2. Kimyəvi hadisələr

Şagird:

·          kimyəvi reaksiyaların qanunauyğunluqlarını və mexanizmini izah edir;

·          kimyəvi reaksiyaların gedişini proqnozlaşdırır, tənliklərini tərtib edir;

·          reaksiya tənlikləri əsasında mürəkkəb hesablamalar aparır.

3. Eksperiment və modelləşdirmə

Şagird:

·          kimyəvi qanun və qanunauyğunluqları dərk etmək üçün eksperiment və müşahidələr aparır, nəticələri barədə təqdimat hazırlayır;

·          mürəkkəb quruluşlu molekulları, kimyəvi prosesləri modelləşdirir.

4. Kimya və həyat

Şagird:

·          maddələrin və kimyəvi reaksiyaların tətbiqinə dair məlumatları toplayır və təqdim edir;

·          ətraf mühitin kimyəvi maddələrlə çirklənməsi və onun aradan qaldırılmasına dair layihələr hazırlayır və təqdim edir;

·          kimya sahəsində görkəmli alimlər və onların nailiyyətləri barədə təqdimatlar edir. 

1.4. Fəaliyyət xətləri

Fəaliyyət xətti məzmun xətlərində əks olunan biliklərin əldə edilməsində şagirdə praktik imkan yaradır. Fənnin məzmun standartları bu fəaliyyət xətləri ilə əlaqəlilik əsasında tətbiq olunur.

Kimya fənninin tədrisində 6 fəaliyyət xətti əsas götürülür:

1. Maddələrin adlandırılması

2. Problemlərin həlli

3. Kimyəvi təcrübələrin yerinə yetirilməsi

4. Məsələ və çalışma həlli, kimyəvi hesablamalar

5. Ünsiyyətqurma və əlaqələndirmə

6. Təqdimetmə

 Fəaliyyət xətləri məzmun xətlərindən fərqlənməklə yanaşı, onların hər biri ilə əlaqəlidir. Bu xətlər məzmun üzrə biliklərin əldə edilməsi və istifadəsi yollarını müəyyənləşdirmək, onları təsvir etmək məqsədi daşıyır və şagirdlər tərəfindən kimya fənninin əhəmiyyətinin dərk edilməsinə, ona kompleks bacarıqların toplusu kimi baxılmasına xidmət edir. Şagird kimyadan mənimsəyəcəyi məzmuna müxtəlif fəaliyyətlər vasitəsilə nail ola bilər. O, fəaliyyəti zamanı problemləri həll etmək üçün mühakimələr yürüdür, onları sübut edir. Fəaliyyət xətləri kurikulumun həyata keçirilməsi üçün məzmun standartlarının mənimsənilməsini təmin edir.

1.5. Siniflər üzrə məzmun standartları 

VII SİNİF

VII sinfin sonunda şagird:

·          maddələri (bəsit, mürəkkəb, saf), qarışıqları fərqləndirir, onların formullarına əsasən sadə hesablamalar aparır;

·          sadə kimyəvi reaksiyaların əsas tiplərini, onların başvermə şərtlərini izah edir, reaksiya tənliklərinə əsasən hesablamalar aparır;

·          sadə kimyəvi təcrübələr və müşahidələr aparır, molekulların modellərini hazırlayır;

·          kimyəvi maddələrlə davranma qaydalarını, ekoloji təmiz mühitin saxlanmasının əhəmiyyətini izah edir;

·          əsas kimyəvi anlayışlar və qanunların kəşfi sahəsində görkəmli alimlər haqqında topladığı məlumatları təqdim edir. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

1. Maddə və maddi aləm

Şagird:

1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlar  nümayiş etdirir.

1.1.1. Maddələri (bəsit, mürəkkəb, saf), qarışıqları tərkibinə görə fərqləndirir.

1.2. Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.2.1. Atomun tərkibini, atom-molekul təlimini izah edir.

1.3. Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır.

1.3.1. Maddələrin formuluna əsasən sadə hesablamalar aparır.

2. Kimyəvi hadisələr

Şagird:

2.1. Kimyəvi hadisələrin başvermə səbəblərini, qanunauyğunluqlarını mənimsədiyini nümayiş etdirir.

2.1.1. Kimyəvi reaksiyalarin əlamətlərini, əsas tiplərini, başvermə şərtlərini izah edir.

2.2. Kimyəvi reaksiyaların tənliklərini tərtib edir və hesablamalar aparır.

2.2.1. Sadə reaksiyaların tənliklərini tərtib edir.

2.2.2. Sadə reaksiyaların tənliklərinə əsasən hesablamalar aparır.

3. Eksperiment və modelləşdirmə

Şagird:

3.1. Kimyəvi hadisələrə və onların qanunauyğunluqlarına aid eksperimentlər aparır.

3.1.1. Sadə kimyəvi təcrübələr, müşahidələr aparır.

3.2. Molekulların quruluşunu, kimyəvi prosesləri modelləşdirir.

3.2.1. Sadə molekulların modellərini hazırlayır.

4. Kimya və həyat

Şagird:

4.1. Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklər nümayiş etdirir.

4.1.1. Məişətdə istifadə olunan kimyəvi maddələrlə davranma qaydalarını izah edir.

4.2. Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan qaldırılmasına dair məlumatlara malik olduğunu nümayiş etdirir.

4.2.1. Ekoloji təmiz mühitin saxlanmasının əhəmiyyətini şərh edir.

4.3. Kimya sahəsində görkəmli alimlərin nailiyyətləri barədə məlumatlara malik olduğunu nümayiş etdirir.

4.3.1.Əsas kimyəvi anlayışlar və qanunların  kəşfi sahəsində görkəmli alimlər haqqında məlumatlar toplayır, təqdim edir. 

VIII SİNİF

VIII sinfin sonunda şagird:

·          maddələrin quruluşunu, elektrolit məhlullarında baş verən prosesləri şərh edir, onlara aid məsələlər həll edir;

·          mühüm qeyri-üzvi birləşmələrə aid reaksiyaların qanunauyğunluqlarını izah edir, hesablamalar aparır;

·          mühüm qeyri-üzvi birləşmələrə aid müşahidə və təcrübələr aparır, onların molekullarının modellərini hazırlayır;

·          həllolmada və elektrolit məhlullarında gedən proseslərin həyatda rolunu şərh edir, ətraf mühiti çirkləndirən mənbələr haqqında topladığı məlumatları təqdim edir;

·          kimyanın əsas qanunauyğunluqları və atomun quruluşu sahəsində görkəmli alimlər barədə referatlar hazırlayır. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

1. Maddə və maddi aləm

Şagird:

1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlar  nümayiş etdirir.

1.1.1. Maddələri (oksidlər, əsaslar, turşular, duzlar) tərkibinə görə təsnif edir.

1.2. Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.2.1. Atomun quruluşunu, kimyəvi rabitələri, elektrolit məhlulunda baş verən prosesləri şərh edir.

1.3. Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır.

1.3.1. Atomun quruluşuna, kimyəvi rabitələrə, elektrolit məhlulunda baş verən proseslərə aid məsələlər qurur və həll edir.

2. Kimyəvi hadisələr

Şagird:

2.1. Kimyəvi hadisələrin başvermə səbəblərini, qanunauyğunluqlarını mənimsədiyini nümayiş etdirir.

2.1.1. Kimyəvi reaksiyaları təsnif edir, qanunauyğunluqlarını izah edir.

2.2. Kimyəvi reaksiyaların tənliklərini tərtib edir və hesablamalar aparır.

2.2.1. Mühüm qeyri-üzvi birləşmələrə aid reaksiya tənliklərini tərtib edir.

2.2.2. Mühüm qeyri-üzvi birləşmələrə aid reaksiya tənliklərinə əsasən hesablamalar aparır.

3. Eksperiment və modelləşdirmə

Şagird:

3.1. Kimyəvi hadisələrə və onların qanunauyğunluqlarına aid eksperimentlər aparır.

3.1.1. Mühüm qeyri-üzvi birləşmələrə aid müşahidə və təcrübələr aparır, nəticələrinə münasibət bildirir.

3.2. Molekulların quruluşunu, kimyəvi prosesləri modelləşdirir.

3.2.1. Mühüm qeyri-üzvi birləşmələrin molekullarının modellərini hazırlayır.

4. Kimya və həyat

Şagird:

4.1. Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklər nümayiş etdirir.

4.1.1. Həllolmanın və elektrolit məhlullarında gedən proseslərin həyatda rolunu şərh edir.

4.2. Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan qaldırılmasına dair məlumatlara malik olduğunu nümayiş etdirir.

4.2.1. Ətraf mühiti çirkləndirən mənbələr haqqında məlumatlar toplayır, təqdim edir.

4.3. Kimya sahəsində görkəmli alimlərin nailiyyətləri barədə məlumatlara malik olduğunu nümayiş etdirir.

4.3.1. Kimyanın əsas qanunauyğunluqları və atomun quruluşu sahəsində görkəmli alimlər haqqında məlumatlar toplayır, referatlar hazırlayır. 

IX SİNİF

IX sinfin sonunda şagird:

·          maddələrin (metallar, qeyri-metallar və onların birləşmələri, sadə üzvi birləşmələr)  quruluşu və xassələrini şərh edir, onlara aid hesablamalar aparır;

·          metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid reaksiyaların qanunauyğunluqlarını şərh edir, hesablamalar aparır;

·          metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid müşahidə və təcrübələr aparır, kimyəvi prosesləri modelləşdirir;

·          metallar, qeyri-metallar və onların birləşmələrinin, sadə üzvi birləşmələrin tətbiqinə aid referatlar hazırlayır;

·          metallar, qeyri-metallar və onların birləşmələrinin, sadə üzvi birləşmələrin ətraf mühiti çirkləndirməsinin aradan qaldırılmasına aid referatlar hazırlayır;

·          qeyri-üzvi kimya sahəsində görkəmli alimlər haqqında topladığı məlumatları təqdim edir. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

1. Maddə və maddi aləm

Şagird:

1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1. Maddələrin (metallar, qeyri-metallar və onların birləşmələri, sadə üzvi birləşmələr) quruluşunu , fiziki xassələrini şərh edir.

1.2. Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.2.1. Maddələrin (metallar, qeyri-metallar və onların birləşmələri, sadə üzvi birləşmələr) quruluşunun xassələrinə təsirini şərh edir.

1.3. Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır.

1.3.1. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid məsələlər qurur və həll edir.

2. Kimyəvi hadisələr

Şagird:

2.1. Kimyəvi hadisələrin başvermə səbəblərini, qanunauyğunluqlarını mənimsədiyini nümayiş etdirir.

2.1.1. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid reaksiyaların qanunauyğunluqlarını izah edir.

2.2. Kimyəvi reaksiyaların tənliklərini tərtib edir və hesablamalar aparır.

2.2.1. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid reaksiya tənliklərini tərtib edir.

2.2.2. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid reaksiya tənliklərinə əsasən hesablamalar aparır.

3. Eksperiment və modelləşdirmə

Şagird:

3.1. Kimyəvi hadisələrə və onların qanunauyğunluqlarına aid eksperimentlər aparır.

3.1.1. Metallar və qeyri-metallara, onların mühüm birləşmələrinə, sadə üzvi birləşmələrə aid müşahidə və təcrübələr aparır, nəticələrinə münasibət bildirir.

3.2. Molekulların quruluşunu, kimyəvi prosesləri modelləşdirir.

3.2.1. Metallar və qeyri-metallara, onların birləşmələrinə, sadə üzvi birləşmələrə aid kimyəvi prosesləri modelləşdirir.

4. Kimya və həyat

Şagird:

4.1. Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklər nümayiş etdirir.

4.1.1. Metallar və qeyri-metalların, onların birləşmələrinin, sadə üzvi birləşmələrin tətbiqinə və həyatda roluna dair referatlar hazırlayır.

4.2. Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan qaldırılmasına dair məlumatlara malik olduğunu nümayiş etdirir.

4.2.1. Metallar və qeyri-metalların, onların birləşmələrinin və sadə üzvi birləşmələrin ətraf mühiti çirkləndirməsini, onun aradan qaldırılması yollarını izah edir, referatlar hazırlayır.

4.3. Kimya sahəsində görkəmli alimlərin nailiyyətləri barədə məlumatlara malik olduğunu nümayiş etdirir.

4.3.1. Qeyri-üzvi kimya sahəsində görkəmli alimlər haqqında məlumatlar toplayır, təqdimatlar edir. 

X SİNİF

X sinfin sonunda şagird:

·          maddələrin (qeyri-üzvi, üzvi) tərkibini, quruluşunu və xassələrini şərh edir, onlara aid hesablamalar aparır;

·          qeyri-üzvi birləşmələr və üzvi birləşmələrə (karbohidrogenlərə) aid reaksiyaların qanunauyğunluqlarını izah edir, hesablamalar aparır;

·          qeyri-üzvi birləşmələr və üzvi birləşmələrə (karbohidrogenlərə) aid müşahidə və eksperimentlər aparır, kimyəvi prosesləri modelləşdirir;

·          qeyri-üzvi birləşmələr və üzvi birləşmələrin (karbohidrogenlərin) tətbiqinə dair layihələr hazırlayır;

·          qeyri-üzvi birləşmələr və üzvi birləşmələrin (karbohidrogenlərin) ətraf mühiti çirkləndirməsinin aradan qaldırılmasına dair layihələr hazırlayır;

·          neft kimyası sahəsində görkəmli alimlər haqqında topladığı məlumatlar əsasında referatlar hazırlayır, təqdimatlar edir. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

1. Maddə və maddi aləm

Şagird:

1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlarını  nümayiş etdirir.

1.1.1. Maddələrin (qeyri-üzvi və üzvi) tərkibini, quruluşunu, fiziki xassələrini şərh edir, təqdimatlar hazırlayır.

1.2. Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.2.1. Qeyri-üzvi və üzvi birləşmələrdə atomların qarşılıqlı təsirini izah edir.

1.3. Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır.

1.3.1. Qeyri-üzvi və üzvi birləşmələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır.

2. Kimyəvi hadisələr

Şagird:

2.1. Kimyəvi hadisələrin başvermə səbəblərini, qanunauyğunluqlarını mənimsədiyini nümayiş etdirir.

2.1.1. Qeyri-üzvi və üzvi birləşmələrə aid reaksiyaların qanunauyğunluqlarını izah edir.

2.2. Kimyəvi reaksiyaların tənliklərini tərtib edir və hesablamalar aparır.

2.2.1. Qeyri-üzvi birləşmələr və üzvi birləşmələrə (karbohidrogenlərə) aid reaksiyaların tənliklərini tərtib edir.

2.2.2. Qeyri-üzvi birləşmələr və üzvi birləşmələrə (karbohidrogenlərə) aid reaksiyaların tənliklərinə əsasən hesablamalar aparır.

3. Eksperiment və modelləşdirmə

Şagird:

3.1. Kimyəvi hadisələrə və onların qanunauyğunluqlarına aid eksperimentlər aparır, təqdimatlar hazırlayır.

3.1.1. Qeyri-üzvi və üzvi birləşmələrə (karbohidrogenlərə) aid eksperimentlər aparır, təqdimatlar hazırlayır.

3.2. Molekulların quruluşunu, kimyəvi prosesləri modelləşdirir.

3.2.1. Karbohidrogenlərin quruluşunu və onlara aid kimyəvi prosesləri modelləşdirir.

4. Kimya və həyat

Şagird:

4.1. Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklər nümayiş etdirir.

4.1.1. Qeyri-üzvi maddələr və üzvi maddələrin (karbohidrogenlərin) tətbiqinə dair layihələr hazırlayır, təqdimatlar edir.

4.2. Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan qaldırılmasına dair məlumatlara malik olduğunu nümayiş etdirir.

4.2.1. Qeyri-üzvi maddələr və üzvi maddələrin (karbohidrogenlərin) ətraf mühiti çirkləndirməsini və onun aradan qaldırılması yollarını izah edir, layihələr hazırlayır.

4.3. Kimya sahəsində görkəmli alimlərin nailiyyətləri barədə məlumatlara malik olduğunu nümayiş etdirir.

4.3.1. Neft kimyası sahəsində görkəmli alimlər barədə referatlar hazırlayır, təqdimatlar edir. 

XI SİNİF

XI sinfin sonunda şagird:

·          maddələrin (oksigenli, azotlu üzvi birləşmələr və polimerlərin) tərkibini, quruluşunu və xassələrini şərh edir, onlara aid hesablamalar aparır;

·          oksigenli, azotlu üzvi birləşmələrə, polimerlərə aid reaksiyaların qanunauyğunluqlarını izah edir, hesablamalar aparır;

·          oksigenli, azotlu üzvi birləşmələrə, polimerlərə aid müşahidə və eksperimentlər aparır, kimyəvi prosesləri modelləşdirir;

·          oksigenli, azotlu üzvi birləşmələrin və polimerlərin tətbiqinə dair layihələr hazırlayır;

·          oksigenli, azotlu üzvi birləşmələrin, polimerlərin ətraf mühitin çirkləndirilməsinin aradan qaldırılmasına dair layihələr hazırlayır;

·          oksigenli, azotlu üzvi birləşmələr və polimerlər sahəsində görkəmli alimlər haqqında referatlar hazırlayır, təqdimatlar edir. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

1. Maddə və maddi aləm

Şagird:

1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1. Maddələrin (oksigenli, azotlu üzvi birləşmələr və polimerlərin) tərkibini, quruluşunu, fiziki xassələrini şərh edir, təqdimatlar hazırlayır.

1.2. Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqlar nümayiş etdirir.

1.2.1. Oksigenli, azotlu üzvi birləşmələrdə  atomların qarşılıqlı təsirini izah edir.

1.3. Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır.

1.3.1. Oksigenli, azotlu üzvi birləşmələrin və polimerlərin tərkibinə , quruluşuna aid hesablamalar aparır, təqdimatlar edir.

2. Kimyəvi hadisələr

Şagird:

2.1. Kimyəvi hadisələrin başvermə səbəblərini, qanunauyğunluqlarını mənimsədiyini nümayiş etdirir.

2.1.1. Oksigenli, azotlu üzvi birləşmələrə və polimerlərə aid reaksiyaların qanunauyğunluqlarını izah edir.

2.2. Kimyəvi reaksiyaların tənliklərini tərtib edir və hesablamalar aparır.

2.2.1. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlərə aid reaksiyaların tənliklərini tərtib edir.

2.2.2. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlərə aid reaksiyaların tənliklərinə əsasən hesablamalar aparır.

3. Eksperiment və modelləşdirmə

Şagird:

3.1. Kimyəvi hadisələrə və onların qanunauyğunluqlarına aid eksperimentlər aparır.

3.1.1. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlərə aid eksperimentlər aparır, təqdimatlar hazırlayır.

3.2. Molekulların quruluşunu, kimyəvi prosesləri modelləşdirir.

3.2.1. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlərin quruluşunu, onlara aid kimyəvi prosesləri modelləşdirir.

4. Kimya və həyat

Şagird:

4.1. Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklər nümayiş etdirir.

4.1.1. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlərin tətbiqinə dair layihələr hazırlayır, təqdimatlar edir.

4.2. Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan qaldırılmasına dair məlumatlara malik olduğunu nümayiş etdirir.

4.2.1. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlərin ətraf mühiti çirkləndirməsini, onun aradan qaldırılması yollarını şərh edir, layihələr hazırlayır.

4.3. Kimya sahəsində görkəmli alimlərin nailiyyətləri barədə məlumatlara malik olduğunu nümayiş etdirir.

4.3.1. Oksigenli, azotlu üzvi birləşmələr və polimerlər sahəsində görkəmli alimlər barədə referatlar hazırlayır, təqdimatlar edir. 

(Ardı var)

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
19 Mart 2010 - ¹11
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik 
 
Üzeyir Hacıbəyovun 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan nümayəndə heyəti Boloniya prosesinə qoşulmuş ölkələrin yubiley konfransında iştirak edib
 
Qrant Sazişi imzalandı
 
Azərbaycanın təhsil işçiləri Türkiyədə beynəlxalq seminarda təqdimatla çıxış ediblər
 
Fənn olimpiadalarının yekun turu keçirildi
 
Marneulidəki məktəb binası Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunub
 
Kaliforniya məktəblərində "Novruz" mövzusunda xüsusi dərslər keçilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Aybəniz Vəkilovanın Səməd Vurğunla bağlı xatirələri
 
Naxçıvan Özəl Universitetində Novruz şənliyi
 
Azərbaycan Dillər Universitetindən əsgərlərə Novruz sovqatı
 
"Novruz bayramında ikiqat sevinirəm” Əməkdar müəllimlə bayramqabağı söhbət
 
Məktəblilər Novruz bayramı haqqında nə bilirlər?
 
"Məktəb mənim işim, evim və istirahət yerimdir"
 
"Üzeyir bəy dərsdə tələbkar, həm də çox zarafatcıl idi"
 
177 nömrəli məktəbdə Novruz şənliyi
 
Taksonomiyalardan standartlara
 
Təhsil müəssisələrinin akkreditasiyası hər beş ildə bir dəfə həyata keçiriləcək
 
Novruzu anamla birgə keçirmək istəyirəm
 
"Təhsil sistemində psixoloji xidmətin təkmilləşdirilməsi" mövzusunda  elmi-praktik konfrans
 
Qələbənin 65 illiyinə həsr edilmiş tədbir
 
Kamallı kəndində 220 yerlik yeni məktəb binası tikilir
 
Yubilyar minnətdarlıq etdi
 
Nobel və onun vəsiyyəti ilə verilən mükafat
 
Mütəxəssislər yeni fənn kurikulumlarına əsasən keçilən dərsləri yüksək qiymətləndirdilər
 
"İntellekt marafonu - 2010"un seçim turu keçirildi
 
Tələbələr arasında informatika üzrə respublika olimpiadası keçirilir
 
"Ən yaxşı tələffüz edən tələbə" müsabiqəsi keçirildi
 
Narkomanlığa "yox" deyək
 
Nəriman Həsənzadənin Nizami poeması
 
İxtisasartırma kursunun növbəti buraxılışı
 
"Regionlarda informasiya mədəniyyətinin formalaşdırılması" mövzusunda "dəyirmi masa"
 
Sumqayıt məktəblilərinin növbəti  şeirlər məcmuəsi çapdan çıxıb
 
"Bir şagird - bir kompüter" layihəsi üzrə İKT-nin imkanlarından tam istifadə olunur
 
"Bu kabineti kiçik bir tarix muzeyi də adlandırmaq olar"
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Qubadakı kütləvi məzarlıqda "Soyqırımı memorial kompleksi" ucaldılacaq
 
Azərbaycan ali məktəblərində təhsil alan ARDNŞ təqaüdçüləri magistraturada oxumaq üçün Fransaya göndəriləcəkdir
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri  üçün kimya fənni kurikulumu (VII-XI siniflər)
 
Məktəbin kitabxanasında işlər yaxşı təşkil olunub
 
Alimin yubileyi qeyd edilib
 
Sinif müəllimləri üçün əlavə vəsait
 
Şagirdlər İKT-dən istifadə bacarıqlarını artırırlar
 
Məktəbli rəssamın fərdi sərgisi
 
Dahilərin həyatından
 
Albert Eynşteynin sirri
 
Boks üzrə açıq respublika birinciliyi
 
İdman  məktəbinin  son  nailiyyətləri
 
Dünya universitetləri: Toronto Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov