Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

19 Mart 2010 - ¹11

 

Qrant Sazişi imzalandı

Bookmark and Share

Məlum olduğu kimi, "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" çərçivəsində bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Onlardan biri də "Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması" layihəsidir.

Martın 16-da Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Hilfsverk Avstriya" beynəlxalq təşkilatı arasında həmin layihənin həyata keçirilməsi üzrə Qrant Sazişi imzalandı. Təhsil Nazirliyində təşkil edilən imzalanma mərasimində nazirliyin məsul şəxsləri, YUNİSEF, Avropa Birliyi, Ümumdünya Səhiyyə Təşkilatı, Sosial Xidmətlər Təşəbbüsü və QHT Alyansının nümayəndələri və KİV təmsilçiləri iştirak edirdilər.

Mərasimi açan təhsil naziri Misir Mərdanov iştirakçıları salamlayaraq onları Novruz bayramı münasibətilə təbrik etdi, hamıya cansağlığı və şəxsi həyatlarında xoşbəxtlik arzuladı.

Daha sonra bu gün imzalanacaq sənədlə bağlı məlumat verən nazir bildirdi ki, müvafiq Dövlət Proqramı çərçivəsində dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan valideyn himayəsindən məhrum olmuş uşaqların ailədə yaşamaq hüququnu təmin etmək məqsədilə onlar üçün alternativ xidmətlərin (övladlıq, qəyyumluq və himayədarlıq, ailə tipli kiçik qrup evlər) yaradılması nəzərdə tutulur. Bu məqsədlə Təhsil Nazirliyi ilə "Hilfsverk Avstriya" beynəlxalq təşkilatının birgə layihəsi hazırlanmış və Avropa Komissiyası tərəfindən qəbul edilmişdir. Pilot layihənin əsas məqsədi Azərbaycanda alternativ qayğı növü olan himayədar (foster) ailə sisteminin yaradılması mexanizmlərinin qurulmasıdır. Eyni zamanda layihə çərçivəsində himayədar ailələrin və uşaqların seçim meyarları, onların qiymətləndirilməsi, maliyyələşdirmə mexanizmləri də hazırlanacaq. Layihənin icra müddəti ərzində himayədar ailə olmaq istəyi ilə müraciət edən namizədlər içərisindən 50 ailənin seçilməsi və onlar üçün treninqlərin təşkil edilməsi nəzərdə tutulur. Bununla yanaşı, Əzizbəyov rayonu ərazisindəki internat məktəblərində yaşayan və övladlığa verilməsi mümkün olmayan 50 nəfər uşaq da seçiləcək. Layihə çərçivəsində övladlıq, qəyyumluq və ya himayədar ailələrə verilməsi mümkün olmayan 10 uşaq üçün ailə tipli kiçik qrup evi yaradılacaq. Eyni zamanda himayədar (foster) ailələrdə yerləşdiriləcək uşaqların oradakı vəziyyətinin dövri monitorinqini aparmaq üçün 25 nəfər sosial işçinin hazırlanması planlaşdırılır. Sosial işçilər, əsasən, Əzizbəyov rayonu ərazisində yerləşən dövlət uşaq müəssisələrində çalışan tərbiyəçi-müəllim kontingenti içərisindən seçiləcək. Bu iş Avropa Komissiyasının ayırdığı vəsait hesabına maliyyələşdiriləcək. Ümumi dəyəri 640770 avro olan layihənin 3 il müddətində reallaşdırılması nəzərdə tutulur.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi pilot layihənin icra edilməsinə texniki dəstək göstərərək birgə fəaliyyət planında nəzərdə tutulan müvafiq vəzifələri həyata keçirəcək. Pilot layihənin icrasının uğurla başa çatacağına inamını ifadə edən təhsil naziri çıxışının sonunda bu işin həyata keçirilməsində xidməti olan təşkilat və qurumlara təşəkkürünü bildirdi.

"Hilfsverk Avstriya" beynəlxalq təşkilatının prezidenti Franz Çeska, YUNİSEF-in ölkəmizdəki nümayəndəsi Mark Herevard, Avropa Birliyinin Bakıda xüsusi nümayəndəsi və Avropa Komissiyası ofisi rəhbərinin müavini Jan Lui Lavrov və "Hilfsverk Avstriya" beynəlxalq təşkilatının Mərkəzi Asiya və Qafqaz üzrə əlaqələndiricisi Brigitte Ştoepler mərasimdəki çıxışlarında bu layihənin Azərbaycanda uşaqların hüquqlarının qorunması, onların müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edəcəyinə inandıqlarını qeyd etdilər.

Sonra "Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması" layihəsinin həyata keçirilməsi ilə bağlı Qrant Sazişi imzalandı. Sənədləri Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov və "Hilfsverk Avstriya" beynəlxalq təşkilatının prezidenti Franz Çeska imzaladılar.  Sonda  jurnalistləri  maraqlandıran  suallar  cavablandırıldı. 

Hicran ƏKBƏROVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
19 Mart 2010 - ¹11
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik 
 
Üzeyir Hacıbəyovun 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan nümayəndə heyəti Boloniya prosesinə qoşulmuş ölkələrin yubiley konfransında iştirak edib
 
Qrant Sazişi imzalandı
 
Azərbaycanın təhsil işçiləri Türkiyədə beynəlxalq seminarda təqdimatla çıxış ediblər
 
Fənn olimpiadalarının yekun turu keçirildi
 
Marneulidəki məktəb binası Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunub
 
Kaliforniya məktəblərində "Novruz" mövzusunda xüsusi dərslər keçilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Aybəniz Vəkilovanın Səməd Vurğunla bağlı xatirələri
 
Naxçıvan Özəl Universitetində Novruz şənliyi
 
Azərbaycan Dillər Universitetindən əsgərlərə Novruz sovqatı
 
"Novruz bayramında ikiqat sevinirəm” Əməkdar müəllimlə bayramqabağı söhbət
 
Məktəblilər Novruz bayramı haqqında nə bilirlər?
 
"Məktəb mənim işim, evim və istirahət yerimdir"
 
"Üzeyir bəy dərsdə tələbkar, həm də çox zarafatcıl idi"
 
177 nömrəli məktəbdə Novruz şənliyi
 
Taksonomiyalardan standartlara
 
Təhsil müəssisələrinin akkreditasiyası hər beş ildə bir dəfə həyata keçiriləcək
 
Novruzu anamla birgə keçirmək istəyirəm
 
"Təhsil sistemində psixoloji xidmətin təkmilləşdirilməsi" mövzusunda  elmi-praktik konfrans
 
Qələbənin 65 illiyinə həsr edilmiş tədbir
 
Kamallı kəndində 220 yerlik yeni məktəb binası tikilir
 
Yubilyar minnətdarlıq etdi
 
Nobel və onun vəsiyyəti ilə verilən mükafat
 
Mütəxəssislər yeni fənn kurikulumlarına əsasən keçilən dərsləri yüksək qiymətləndirdilər
 
"İntellekt marafonu - 2010"un seçim turu keçirildi
 
Tələbələr arasında informatika üzrə respublika olimpiadası keçirilir
 
"Ən yaxşı tələffüz edən tələbə" müsabiqəsi keçirildi
 
Narkomanlığa "yox" deyək
 
Nəriman Həsənzadənin Nizami poeması
 
İxtisasartırma kursunun növbəti buraxılışı
 
"Regionlarda informasiya mədəniyyətinin formalaşdırılması" mövzusunda "dəyirmi masa"
 
Sumqayıt məktəblilərinin növbəti  şeirlər məcmuəsi çapdan çıxıb
 
"Bir şagird - bir kompüter" layihəsi üzrə İKT-nin imkanlarından tam istifadə olunur
 
"Bu kabineti kiçik bir tarix muzeyi də adlandırmaq olar"
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Qubadakı kütləvi məzarlıqda "Soyqırımı memorial kompleksi" ucaldılacaq
 
Azərbaycan ali məktəblərində təhsil alan ARDNŞ təqaüdçüləri magistraturada oxumaq üçün Fransaya göndəriləcəkdir
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri  üçün kimya fənni kurikulumu (VII-XI siniflər)
 
Məktəbin kitabxanasında işlər yaxşı təşkil olunub
 
Alimin yubileyi qeyd edilib
 
Sinif müəllimləri üçün əlavə vəsait
 
Şagirdlər İKT-dən istifadə bacarıqlarını artırırlar
 
Məktəbli rəssamın fərdi sərgisi
 
Dahilərin həyatından
 
Albert Eynşteynin sirri
 
Boks üzrə açıq respublika birinciliyi
 
İdman  məktəbinin  son  nailiyyətləri
 
Dünya universitetləri: Toronto Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov