Nəbib Məmməd oğlu Zərbəliyev 1953-cü ildə Salyan
rayonunda anadan olmuşdur.
1976-cı ildə Sankt-Peterburq Dövlət
Universitetinin Şərq fakültəsinə daxil olmuş,
1981-ci ildə isə oranı bitirib, İndoneziya dili
və ədəbiyyatı üzrə şərqşünas-filoloq ixtisasına
yiyələnmişdir.
1982-ci ildən 1991-ci ilin sonlarına qədər
Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına
Dilçilik İnstitutunda baş laborant, elmi işçi və
böyük elmi işçi vəzifələrində işləmişdir. Həmin
müddətdə Sankt-Peterburq (1982-1984, 1986-1988)
və Hollandiyanın Leyden universitetlərində
(1988-1991) elmi tədqiqatlar aparmış və eyni
zamanda həmin universitetlərdə Azərbaycan və
İndoneziya dillərini tədris etmişdir.
2002-2003-cü illərdə Malayziyanın Dil və
Ədəbiyyat İnstitutunun dəvətilə orada
elmi-tədqiqat aparmış, elmi məruzələr etmişdir.
1991-ci ildən 1999-cu ilə qədər Bakı Sosial
İdarəetmə və Politologiya İnstitutunda
çalışmışdır.
1999-2000-ci illərdə Azərbaycan Respublikasının
Milli Məclisində baş məsləhətçi işləmişdir.
2000-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad
Universitetinin Azərbaycan dili kafedrasının
müdiri, 2007-ci ildən Azərbaycan Dillər
Universitetinin rrofessorudur.
2010-cu ilin fevralında Azərbaycan Resrublikası
Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin
müdiri vəzifəsinə təyin edilmişdir.
Rus, türk, İndoneziya, malay, ingilis, holland,
ərəb, fars və sanskrit (qədim hind) dillərini
bilir.
Bu günlərdə əməkdaşımız şöbənin müdiri,
professor Həbib Zərbəliyevlə görüşmüş və yeni
yaradılan şöbənin gələcək fəaliyyəti ilə bağlı
onunla söhbət etmişdir.
- Hörmətli professor, yeni yaradılan şöbə əsasən
hansı məsələlərlə məşğul olacaq?
- Öz fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, "Təhsil haqqında" Qanunu,
"Sahibkarlıq fəaliyyəti haqqında" Qanunu,
Azərbaycan dövləti və hökumətinin təhsil
sahəsinə dair müvafiq fərman, qərar və
sərəncamlarını, Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələri və öz
nizamnaməsini rəhbər tutan akkreditasiya şöbəsi
tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq, Azərbaycan
Respublikasının ərazisində fəaliyyət göstərən
təhsil müəssisələrinin, onların filial və
şöbələrinin, eləcə də təhsil proqramlarının
akkreditasiyasını həyata keçirəcək, Azərbaycan
Respublikasının hüquqi və fiziki şəxslərinin
təsis etdikləri bələdiyyə və özəl təhsil
müəssisələrinin, əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər və xarici hüquqi şəxslərin təsis
etdikləri təhsil müəssisələrinin fəaliyyətinə
xüsusi razılıq (lisenziya) verilməsi məsələləri
ilə məşğul olacaqdır.
Təhsil müəssisəsinin akkreditasiyası təhsil
prosesinin təşkilinin, müəssisənin maddi-texniki
bazasının, təhsil proqramlarının, kadr
potensialının, maliyyə resurslarının və təhsil
infrastrukturunun qəbul olunmuş dövlət
standartlarına uyğunluğunu müəyyən etmək
məqsədilə aparılır və təhsil müəssisəsinin
statusunun müəyyən edilməsi, onun növbəti illər
müddətinə uzadılması üçün hüquqi təminat
yaradır.
- Təhsil müəssisələrinin akkreditasiyası neçə
ildən bir keçiriləcəkdir?
- Təhsil müəssisələrinin akkreditasiyası hər beş
ildə bir dəfə Təhsil Nazirliyinin
müəyyənləşdirdiyi qrafik üzrə həyata
keçiriləcək. Yeni yaradılmış təhsil
müəssisəsinin, eləcə də fəaliyyətdə olan təhsil
müəssisələrində yeni təhsil proqramlarının (kadr
hazırlığı proqramlarının) akkreditasiyası ilk
buraxılış olduqdan sonra həyata keçiriləcək.
Təhsil alanların və ya təhsil müəssisəsinin
müraciəti əsasında təhsilin keyfiyyətini
yoxlamaq məqsədilə növbədənkənar akkreditasiya
keçirilə bilər. Təhsil müəssisəsinin
akkreditasiyası onun keçirilməsinin təşkili,
təhsil müəssisəsinin özünütəhlili, akkreditasiya
komissiyasının araşdırma aparması, akkreditasiya
haqqında arayışın hazırlanması və təhsil
müəssisəsinin statusu müəyyən edildikdən sonra
müvafiq keyfiyyət sənədinin - sertifikatın
hazırlanması mərhələlərindən ibarətdir.
Təhsil proqramları üzrə hazırlığın keyfiyyəti
ayrı-ayrı proqramlar üzrə təhsil alanların
imtahanlarının, buraxılış işlərinin, dövlət
imtahanlarının, eləcə də özünütəhlil prosesində
onların attestasiyasının nəticələrinin təhlili
əsasında müəyyən edilir. Bu zaman təhsil
müəssisəsinin ayrı-ayrı təhsil proqramları (kadr
hazırlığı proqramları), kadr təminatı,
maddi-texniki bazası, beynəlxalq əməkdaşlığı,
sosial-məişət şəraiti də təhlil edilir.
Akkreditasiyadan keçmək üçün təhsil müəssisəsi 3
ay müddətində özünütəhlil aparır, başqa sözlə,
özünün daxili akkreditasiyasını keçirir. Sonra
təhsil müəssisəsi 20-yə yaxın formanın
tələblərini əhatə edən hesabat hazırlayır və
yekun olaraq son kurs tələbələrinin
attestasiyasını keçirir. Bundan sonra təhsil
müəssisəsinin ümumi hesabatı Təhsil Nazirliyinə
təqdim olunur.
Təhsil müəssisəsini akkreditasiyadan keçirmək
üçün Təhsil Nazirliyi mütəxəssislərdən ibarət
komissiya (hər təhsil müəssisəsi üçün ayrıca
komissiya) yaradır. Bu komissiya bir ay
müddətində təhsil müəssisəsinin hesabatını
yerində araşdırır və sonuncu kursda təhsil
alanların biliyinin attestasiyasını keçirir.
Komissiya təhsil müəssisəsinin hesabatı ilə öz
araşdırmalarının nəticələrini tutuşduraraq
təhsil müəssisəsinin fəaliyyəti barədə yekun
arayış hazırlayır. Yekun arayışa əvvəlki
akkreditasiya zamanı tərtib edilmiş arayışda
göstərilən nöqsanların aradan
qaldırılıb-qaldırılmaması barədə məlumatlar da
daxil edilir. Arayış tanış olmaq üçün təhsil
müəssisəsinin rəhbərinə verildikdən bir həftə
sonra Təhsil Nazirliyinin Akkreditasiya
şöbəsində aidiyyəti olan digər şöbələrin
rəhbərlərinin və akkreditasiya komissiyası
üzvlərinin iştirakı ilə onun ilkin müzakirəsi
keçirilir. Akkreditasiya şöbəsi müzakirə zamanı
irəli sürülən rəy və təklifləri də nəzərə alaraq
yekun arayışı təhsil müəssisələrinin
akkreditasiyasını keçirmək üçün təhsil nazirinin
əmri ilə yaradılmış və daimi fəaliyyət göstərən
Akkreditasiya Şurasının müzakirəsinə çıxarır.
- Akkreditasiya Şurasının tərkibi kimlərdən
təşkil olunur və onların hüquqları nədən
ibarətdir?
- Akkreditasiya Şurasının tərkibinə təhsil
naziri (sədr), Akkreditasiya şöbəsinin müdiri
(müavin), təhsil üzrə müstəqil ekspertlər,
qeyri-hökumət təşkilatlarının və tabeliyində
təhsil müəssisəsi olan nazirliklərin,
təşkilatların və idarələrin nümayəndələri daxil
edilir. Şura dövlət təhsil standartlarının
tələblərinə uyğun hazırlanmış və təhsil
nazirinin təsdiq etdiyi meyarlar əsasında təhsil
müəssisəsinin statusunu müəyyən edir, onun tam
şəkildə və ya ayrı-ayrı təhsil proqramları üzrə
akkreditasiyadan keçib-keçməməsi barədə qərar
qəbul edir.
Bu qərarın əsasında Azərbaycan Respublikası
təhsil naziri təhsil müəssisəsinin
akkreditasiyası barədə əmr verir. Həmin əmrlə
təhsil müəssisəsinin statusu (tipi, növü) və
həyata keçirilən təhsil proqramları təsdiq
olunur. Akkreditasiyadan keçmiş təhsil
müəssisəsinə müvafiq keyfiyyət sənədi -
sertifikat verilir. Təhsil müəssisəsinin
akkreditə olunması barədə məlumatlar mətbuatda
dərc edilir.
Təhsil müəssisəsinin mövcud statusu normalara
uyğun gəlmədikdə Şura onun akkreditasiyası
barədə mənfi qərar çıxarır.
Təhsil müəssisəsinin özünün akkreditasiyadan
keçməsi hələ bu təhsil müəssisəsinin bütün kadr
hazırlığı proqramlarının akkreditasiyadan
keçməsi demək deyildir, çünki onun tələblərə tam
cavab verməyən ayrı-ayrı proqramları
akkreditasiyadan keçməyə də bilər.
Akkreditasiyadan keçə bilməmiş təhsil
müəssisəsinə və ya onun akkreditasiyadan
keçməmiş proqramlar üzrə kadr hazırlığına
növbəti tədris ili üçün tələbə qəbulu
planlaşdırılmır. Akkreditasiyadan keçə bilməmiş
təhsil müəssisəsi və ya onun ayrı-ayrı kadr
hazırlığı proqramları mövcud çatışmazlıqlar
aradan qaldırıldıqdan sonra təkrar
akkreditasiyadan keçirilə bilər. Təkrar
akkreditasiyadan keçə bilmədikdə təhsil
müəssisəsinin ayrı-ayrı proqramlarının təhsil
fəaliyyəti dayandırılır. Bu halda təhsil
alanların təhsillərini davam etdirməsi üçün
müvafiq tədbirlər həyata keçirilir.
- Akkreditasiyadan keçə bilməyən təhsil
müəssisələrinin taleyi necə olacaq?
- Təhsil müəssisəsi onun akkreditasiyası barədə
çıxardığı mənfi qərarla bağlı qanunvericilikdə
nəzərdə tutulmuş qaydada məhkəmə qarşısında
iddia qaldıra bilər.
Akkreditasiyadan keçə bilməmiş təhsil
müəssisəsinə Təhsil Nazirliyi tərəfindən dövlət
nümunəli diplom blankları verilmir.
Bir çox ölkələrdə diplomlar təhsil
müəssisələrinin özü tərəfindən verilsə də,
akkreditasiyadan keçməmiş təhsil müəssisələrinin
verdiyi diplomlar başqa ölkələrdə tanınmır. Bəzi
ölkələrdə, məsələn, qonşu Gürcüstanda
akkreditasiyadan keçməmiş təhsil müəssisəsinin
diplomu həmin ölkənin özündə də dövlət
strukturları tərəfindən tanınmır, başqa sözlə,
təhsil müəssisəsinin fəaliyyətinə qadağan
qoyulmur, lakin onun diplomlarını almış məzunlar
dövlət strukturlarında işə qəbul edilmir.
Azərbaycanda isə diplom blankları təhsil
müəssisələrinə Təhsil Nazirliyi tərəfindən
verildiyindən akkreditasiyadan keçməmiş təhsil
müəssisəsi dövlət nümunəli diplom blankları ala
bilmir. Belə təhsil müəssisələrinin dövlət
imtahanlarının keçirilməsi və buraxılış
işlərinin müdafiəsi üzrə komissiyalarını Təhsil
Nazirliyi təsdiq etmir. Həmin təhsil
müəssisələrinin tələbələri ali məktəbi bitirib
dövlət nümunəli diplom almaq üçün Təhsil
Nazirliyinin razılığı ilə yekun attestasiyadan
akkreditə olunmuş ali məktəbdə keçə bilərlər.
Akkreditasiyadan keçmiş təhsil müəssisəsinin
rəhbərliyi müəssisəyə akkreditasiyanın nəticəsi
kimi təqdim olunmuş arayışda göstərilmiş
nöqsanları aradan qaldırmaq üçün fəaliyyət planı
müəyyənləşdirməli və həmin nöqsanları növbəti
akkreditasiyaya qədər aradan qaldırması ilə
bağlı hesabat hazırlamalıdir. Akkreditasiya
şöbəsi nöqsanların aradan qaldırılması üçün
təhsil müəssisəsinə metodik göstərişlər verə,
təhsil müəssisəsində nöqsanların aradan
qaldırılması işinin vaxtaşırı monitorinqini
keçirə bilər. Arayışda göstərilmiş nöqsanları
aradan qaldırmayan təhsil müəssisəsi növbəti
akkreditasiyada ciddi problemlərlə üzləşə bilər.
Ali və orta ixtisas təhsili müəssisələrinin
akkreditasiyası haqqında Əsasnamə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 15 aprel
2004-cü il tarixli, 49 nömrəli qərarı ilə təsdiq
edilmişdir. 2005-ci ildən isə qrafik üzrə təhsil
müəssisələrinin akkreditasiyası həyata
keçirilməyə başlamışdır.
Son beş il ərzində qeyri-dövlət təhsil
müəssisələrinin akkreditasiyası zamanı təhsil
müəssisələrinin özləri akkreditasiyadan keçsə
də, onların bir sıra ixtisasları
akkreditasiyadan keçə bilməmişdir. Məsələn,
tələblərə cavab vermədiyinə görə beynəlxalq
hüquq, beynəlxalq əlaqələr, müalicə işi,
pediatriya, əczaçılıq, stomatologiya və s.
ixtisaslar üzrə kadr hazırlığı bütün özəl təhsil
müəssisələrində dayandırılmışdır. Həmin
ixtisaslarla bağlı problemlər aradan
qaldırıldığı halda, onların təkrar
akkreditasiyası keçirilə bilər.
- Həbib müəllim, rəhbərlik etdiyiniz şöbə öz
fəaliyyətini təkcə təhsil müəssisələrinin
akkreditasiyasını keçirməklə məhdudlaşdırır?
- Akkreditasiya şöbəsi həmçinin təhsil müə
ssisələrinin lisenziyalaşdırılmasını da həyata
keçirir.
Təhsil müəssisəsinə xüsusi razılıq (lisenziya)
Azərbaycan Respublikası Prezidentinin "Bəzi
fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya)
verilməsi qaydalarının təkmilləşdirilməsi
haqqında" 2 sentyabr 2002-ci il tarixli Fərmanı,
Nazirlər Kabinetinin "Fəaliyyət növlərinin
xüsusiyyətindən asılı olaraq xüsusi razılıq
(lisenziya) verilməsi üçün tələb olunan əlavə
şərtlər barədə" qərarı və sonrakı illərdə onlara
edilmiş dəyişikliklər və əlavələr əsasında
verilir. Lisenziya Azərbaycan Respublikasının
hüquqi və fiziki şəxslərinin təsis etdiyi
bələdiyyə və özəl təhsil müəssisələrinə,
əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin,
xarici hüquqi şəxslərin təsis etdiyi təhsil
müəssisələrinin fəaliyyəti üçün nəzərdə
tutulmuşdur. Təhsil müəssisələrinin fəaliyyətinə
lisenziya 5 il müddətinə verilir.
Təhsil müəssisələrinin akkreditasiyası və
lisenziyalaşdırılmasını əvvəllər Təhsil
Nazirliyinin başqa strukturları həyata
keçirmişdir. Lakin "Təhsil haqqında" Qanunun
qəbul edilməsi, Azərbaycanın Boloniya
Bəyannaməsinə qoşulması, təhsil sahəsində
aparılan islahatlar təhsil müəssisələrinin
akkreditasiyası işində müvafiq dəyişikliklər
aparılmasını zəruri etmişdir. Bu məqsədlə də
Təhsil Nazirliyində Akkreditasiya şöbəsi
yaradılmış və təhsil müəssisələrinin
akkreditasiyası və lisenziyalaşdırılması işləri
bu şöbədə cəmləşdirilmişdir. Şöbə artıq özünün
"Təhsil haqqında" Qanunun tələblərinə
uyğunlaşdırılmış yeni əsasnaməsini və təhsil
müəssisələrinin akkreditasiyası haqqında
müvəqqəti əsasnaməni hazırlayıb müzakirəyə
təqdim etmişdir. Bu sənədlər təsdiq edildikdən
sonra şöbə təhsil müəssisələrinin
akkreditasiyası və lisenziyalaşdırılması işini
tam gücü ilə davam etdirəcəkdir.
Akkreditasiya şöbəsi dünyanın qabaqcıl ali
məktəblərində çalışmış, təhsil sahəsində böyük
təcrübəsi olan və təhsil prosesində yaxından
iştirak edən alimlər - ekspertlər barədə məlumat
bankı yaratmaq və öz fəaliyyətində həmin
alimlərin bilik və bacarığından, təcrübəsindən
istifadə etməyə, təhsil məsələləri ilə məşğul
olan qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa
xüsusi əhəmiyyət verir. Şöbə xarici ölkələrin
mütərəqqi təcrübəsini öyrənib öz işində tətbiq
etməyi də vacib hesab edir.
Müsahibəni apardı:
Malik NOVRUZOV |