Saatlı rayonunun Kamallı kəndində dövlət vəsaiti
hesabına inşa olunan 220 yerlik yeni məktəb
binasının tikintisi davam etdirilir. İndiyədək
obyektdə nəzərdə tutulan işlərin təqribən yarısı
icra edilmişdir. Əsas korpusun daş-hörgü işləri
yekunlaşdırılmışdır.
Təhsil ocağı 11 sinif otağı, idman zalı,
kompüter kabineti və kitabxanadan ibarət
olacaqdır. Məktəbin yeni dərs ilinin əvvəlindən
istifadəyə verilməsi planlaşdırılır. Kamallı
kəndində inşa edilən bu tədris müəssisəsi son 4
ildə rayonda tikilib istifadəyə verilən 6-cı
məktəb binası olacaqdır.
AzərTAc |