Martın 18-də Azərbaycan Müəllimlər İnstitutunda
"Taksonomiyalardan standartlara" mövzusunda
tədbir keçirildi. Tədbir institutun Psixologiya
kafedrasının müdiri, psixologiya elmləri
namizədi Nurəngiz Rzayevanın təşəbbüsü və
təşkilatçılıgı ilə hazırlanmışdı.
Mərasimdə AMİ-nin rektoru, professor Aqiyə
Naxçıvanlı, Təhsil Nazirliyinin şöbə müdiri
Aydın Əhmədov,TPİ-nin direktoru Abdulla Mehrabov
və ümumtəhsil məktəblərinin rəhbərləri və başqa
qonaqlar iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan AMİ-nin rektoru,
professor A.Naxçıvanlı qonaqları
salamlayaraq,müasir təhsil konsepsiyasında
məqsədyönlü ideyaların həyata keçirilməsi
istiqamətində prioritet məsələlər haqqında
danışdı.
O, müasir təhsilimizin mərhələli şəkildə inkişaf
etdiyini bildirərək qeyd etdi ki,
şəxsiyyətyönümlü və nəticəyönümlü təlim
prosesində bu taksonomların əhəmiyyəti böyükdür.
Sonra taksonomiya haqqında ümumi məlumat
verilərək onun mahiyyəti və nədən ibarət olduğu
bir daha iştirakçıların nəzərinə çatdırıldı.
Tədbir Təhsil Nazirliyinin şöbə müdiri Aydın
Əhmədovun çıxışı ilə davam etdirildi. O,
taksonomiyanın yaranması və tarixi haqqında
müəyyən fikirlər söyləyərək, belə mövzuda
tədbirlərin tez-tez keçirilməsinin vacibliyini,
təhsilimizin inkişafına, onun dünya təhsil
sistemi ilə yaxınlaşmasına xidmət etdiyini
vurğuladı.
Digər çıxış edənlər də taksonomiya haqqında
fikirlərini söyləyərək, tədbirin
təşkilatçılarına minnətdarlıq etdilər.
Niyazi RƏHİMOV |