Martın 15-də Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində 1941-1945-ci illər
Böyük Vətən müharibəsində qələbənin 65 illik
yubileyinə həsr edilmiş elmi-praktik konfrans
keçirilib.
Universitetin Kulturologiya fakültəsinin təşkil
etdiyi tədbiri giriş sözü ilə açan ADMİU-nun
prorektoru, professor Maral Manafova müharibə
veteranlarını, qonaqları və tədbirin digər
iştirakçılarını salamlayıb, ölkə Prezidenti
İlham Əliyevin Sərəncamına əsasən Qələbənin 65
illiyi ilə əlaqədar respublikanın hər yerində
qeyd olunacaq belə tədbirlərin əhəmiyyətindən
danışıb və veteranları qələbə münasibətilə
təbrik edib. Ehtiyatda olan general-mayor
Bahadur Hüseynovun müharibə xatirələri,
Respublika Veteranlar Şurasının sədri Çingiz
Hüseynovun yaddaqalan çıxışı toplantı
iştirakçıları tərəfindən maraqla dinlənilib.
Konfrans ADMİU-nun müəllim və tələbələrinin
ifasında konsert proqramı ilə başa çatıb.Kamallı
kəndində 220 yerlik yeni məktəb binası tikilir
Nizami MİRZƏ |