Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

19 Mart 2010 - ¹11

 

Nobel və onun vəsiyyəti ilə verilən mükafat

Bookmark and Share

Bəşəriyyət tarixində elə bir mükafat yoxdur ki, öz nüfuzuna və beynəlxalq əhəmiyyətinə görə Alfred Nobelin (1833-1896) adını daşıyan mükafatla müqayisə edilə bilsin. Elm aləmində ən çox dinamitin ixtiraçısı kimi tanınan Nobel ölümündən bir qədər əvvəl bu mükafatın təsis olunmasını vəsiyyət etmişdi. Onun ölümündən sonra açıqlanmış vəsiyyəti bütün dünyada heyranlıqla, doğma İsveçdə isə hiddətlə qarşılanmışdı. Dinamitin məşhur ixtiraçısının vəsiyyəti çoxsaylı qohumlarını isə lap əməlli-başlı sarsıtmışdı. Nobel öz xüsusi fondu üçün o dövrə görə fantastik kapital-33 milyon İsveç kronu saxlamışdı. Kapitalın gəliri (il ərzində toplanmış faizlər), Nobelin iradəsinə görə ötən il ərzində bəşəriyyətin tərəqqisinə böyük töhfə vermiş adamlara mükafat şəklində verilməli idi. İsveç kralı II Oskar vəsiyyətçinin ideyasını ağılsızlıq kimi qiymətləndirmişdi. Həmin məbləğə nisbətən çox az, cəmi 1,5 milyon kron miras alan qohumları və yaxınları isə elə o saat sənədi protest etmişdilər. Təhqiqat, demək olar ki, 4 il davam etdi. Və yalnız 1901-ci ilin 10 dekabrında - Alfred Bernhard Nobelin vəfatı günü - vəsiyyət təntənəli şəkildə yerinə yetirildi. Vilhelm Rentgen (fizika), Yakob Vant-Qoff (kimya), Emil fon Berinq (fiziologiya və təbabət), Rene Sülli-Prüdom (ədəbiyyat) və Anri  Dünan (Sülh mükafatı) ilk laureatlar oldular.

İxtiraçılar və sahibkarlar sülaləsi

Nobelin ideyası heç də kralın dediyi kimi ağılsızlıq, dəlilik deyildi. Onda elmə məhəbbət mühəndis, sənayeçi atasından irsi olaraq keçmişdi. O da atası kımı eksperimentlərsiz və təcrübələrsiz bir gün də yaşaya bilmirdi. Partlayıcı maddələrin kəşfinə olan ehtirası isə bütünlüklə ailəvi saymaq olar. Ata sualtı minaları fikirləşib tapmışdı. Oğul detenatoru (Nobel zapalı), dinamiti, ballisti (Nobel barıtı). Alfred Nobelin intellektual daxılı heyrətediləcək qədər çox - 350 patent idi. Onların arasında "partlayıcı" olmayanlar: suölçən, barometr, soyuducu aparat, qaz odluğu, kükürd turşusu alınmasının təkmilləşdirilmiş üsulu, döyüş raketlərinin konstruksiyası üçün patentlər də vardır. Sistematik təhsil almamasına  baxmayaraq, Alfred Nobel, şübhəsiz, dövrünün ən ağıllı adamı idi. Əvvəlcə evdə oxumuşdu. 1849-1851-ci illərdə tanışlıq məqsədi ilə Avropa və Amerikaya səyahət etmişdi. Sonra iki il Parisdə tanınmış alim T.Peluzu özünə müəllim seçərək kimyanı dərindən öyrənmişdi. Stokholma qayıtdıqdan sonra isə o nitroqliserinin  xassələrini öyrənməyə qapıldı.

Nobelin fantastik kapitalına da fitil elə bu maddədən uzandı. Axı o, təkcə dinamiti kəşf etməmişdi. Həm də onun bütün istehsal mexanizmini işləyib hazırlamışdı.

"Dinamit kralı"nın var-dövləti çoxlarında paxıllıq doğururdu. Həmin illərin qəzetləri yazırdılar ki, mühəndis öz kəşfini təsadüfən etmişdir. Guya daşınma zamanı nitroqliserin butılkası sınmış, dağılan maye torpağa hopmuş və nəticədə dinamit alınmışdır. Nobel həmişə qəzetçilərin əsassız ehtimallarını rədd edir, sübut etməyə çalışırdı ki, nitroqliserinə qarışanda onun partlayışdan təhlükəsini azaldan maddəni şüurlu şəkildə axtarmışdır.

Alfred Nobelin maraq dairəsi son dərəcə geniş idi. O, elektrokimya və optika ilə, biologiya və təbabətlə məşğul olmuş, avtomatik tormozları və təhlükəsiz buxar qazanlarını konstruksiya etmiş, süni rezin və dəri düzəltməyə cəhd göstərmiş, nitrosellülozanı və süni ipəyi tədqiq etmiş, yüngül ərintilərin alınması üzərində işləmişdir. O, istər texnika və təbabətə, istərsə də tarix və fəlsəfəyə  aid olan kitabları çox və diqqətlə oxuyurmuş. Böyük dilöyrənmə qabiliyyəti olan Nobel ingilis və fransız, alman və italyan dillərində sərbəst danışmağı bacarmış, rus dili isə onun üçün ikinci ana dili olmuşdur.

Alfredin 9 yaşı olanda Nobellər ailəsi Peterburqa köçmüşdür. Atasının düzəltdiyi sualtı minaların partlayış gücünü Rusiya hökuməti 25 min rubl qızıl pul dəyərində qiymətləndirmiş, İsveç mühəndisini bu silahın istehsalını qaydaya salmaq üçün dəvət etmişdi. 1853-1856-cı illərin Krım müharibəsi dövründə məhz Nobelin emalatxanasında Rusiyanın hərbi donanması üçün silah buraxılmışdır. Nobel konstruksiyalı minalardan  Kronştadtın, Finlandiyadakı Sveaborq qalasının və Estoniyadakı Revel limanının müdafiəsində istifadə olunmuşdur. Emmanuel Nobel hətta "Rusiya sənayesinin inkişafındakı xidmətlərinə görə" qızıl medalla təltif olunmuşdur.

Bölünməz məhəbbət

Oğul Nobelin şöhrət və nüfuzu da az olmamışdır. O, İsveç Elmlər Akademiyasının, London Kral Cəmiyyətinin, Paris Mülki Mühəndislər Cəmiyyətinin üzvü olmuşdur. Upsal Universiteti ona fəxri fəlsəfə doktoru elmi dərəcəsi vermişdir. Təltifləri də az deyildir: "Qütb ulduzu" İsveç ordeni, "Fəxri legion" Fransa ordeni, "Qızıl gül" Braziliya ordeni və "Bolivar" Venesuela ordeni. O, Viktor Hüqonu tanıyırdı, krallarla, nazirlərlə, alimlərlə, rəssamlarla, sahibkarlarla tanış idi. Lakin aristokrat həyat və hər cür şan-şöhrət onda etinasızlıq əmələ gətirmişdi. Alfred Nobel müasirləri tərəfindən qaraqabaq, təkliyi sevən, şən kampaniyalardan qaçan və bütövlükdə işlə yüklənmiş adam kimi xatırlanır.

Böyük ixtiraçı heç vaxt evlənməmiş, uşaqları olmamışdır. Bununla belə, məhəbbət ondan yan keçməmişdir. O, 43 yaşında Vyanada Sofi Qess adlı 20 yaşlı gül mağazası satıcısına vurulmuş və onu özü ilə o vaxtlar yaşadığı Parisə aparmışdır. Öz evinin yanında onun üçün mənzil tutmuş, ağlına gələn qədər xərcləməyə imkan vermişdir. Deyirlər ki, özünü fəxrlə "madam Nobel" adlandıran Sofi çox gözəl, lakin təəssüf ki, ağılsız, təhsilsiz və tənbəl olmuşdur. O, məxsusi olaraq onun üçün tutulmuş müəllimlərlə məşğul olmaqdan qəti surətdə imtina etmişdir. Nobel öz sevgilisindən  on beş ildən - Sofi macar zabitindən qız doğduqdan sonra ayrılmışdır. O, qalmaqala qədər alçalmamış, hətta sevgilisinə olduqca yaxşı maaş təyin etmişdir. Lakin pullar Sofinin başını çoxdan gicəlləndirmişdi. Və o daim əlavə məbləğ tələb edirdi. Hətta ixtiraçının ölümü belə ölçüsüz dərəcədə xərcləməyə vərdiş etmiş Sofini dayandırmır. O, vəsaitin artırılmasını tələb edir, əks halda, ixtiraçı ilə intim yazışmalarını dərc etdirəcəyi ilə qorxudur. Qess öz məqsədinə nail olur. Qəyyumlar onlara etibar etmiş adamın dalınca qəzetlərdə danışılmasını arzu etmirdilər. Onlar Nobelin Sofiyə məktublarını və teleqramlarını satın alaraq onun rentasını artırırlar.

Şayiələrə görə, Nobelin həyatında başqa bir cavabsız məhəbbəti də olmuşdur. O və İsveç riyaziyyatçısı Mittaq Leffler eyni bir qızı sevmiş, qız isə guya daha cavan olan riyaziyyatçını üstün tutmuşdur. Buna görə də "dinamit kralı"nın dünyanın bütün riyaziyyatçılarına acığı tutmuşdur.

Riyaziyyatçılar haqqında bir kəlmə də...

Nobelin vəsiyyətində həqiqətən də riyaziyyat üzrə mükafat yoxdur. Gələcək fondun faiz gəlirini o, beş hissəyə-mükafata ayırıb: fizika, kimya, fiziologiya, təbabət və ədəbiyyat üzrə. Mükafat həm də "Xalqların birliyinə, daimi ordunun sayının azaldılması və ya ləğvinə, sülh təşəbbüslərinin inkişafına böyük töhfə verənlərə" də çatır (Sonralar bu hissə Nobel sülh mükafatı adlandırılmışdır). Əgər riyaziyyatın nəzərə alınmamasına göz yumsaq, Nobelin vəsiyyətini ideal ədalətlilik saymaq olar. "Mənim iradəm belədir ki, - deyə böyük ixtiraçı yazırdı, - mükafat verilərkən ona namizədlərin milliyyəti heç bir əhəmiyyət kəsb etməsin, onu ən layiqlilər alsınlar".

Seçim incə məsələdir

Bununla belə, adamlar yenə də ədalətin olmamasından tez-tez və heç də nahaq yerə şikayətlənmirlər. Bəzi hallarda həqiqətən onun mövcud olmasına şübhə ilə yanaşmaq lazım gəlir. Əgər belə deyilsə, məsələn, nəyə görə Rusiya özünün nəhəng elmi potensialı ilə Nobel mükafatlarının adlı siyahısında olduqca aşağı yerlərdən birini tutur.  Və ya islam dünyasından bu mükafatı alanlar azdır. Təəssüf ki, Nobel Komitəsinə elmi siyasətdən və ideologiyadan ayırmaq heç də həmişə müyəssər olmamışdır. Xüsusən də SSRİ-nin mövcud olduğu illərdə. Gələcək akademik Yevgeni Zavoyski tərəfindən 1944-cü ildə kəşf edilmiş elektron paramaqnit rezonansı Stokholmda diqqəti cəlb etmədi. Baxmayaraq ki, öz əhəmiyyətinə görə Nobel  mükafatına layiq görülmüş işığın kombinasion yayılması və nüvə maqnit rezonansının kəşfindən heç də geri qalmırdı. Elə hallar da olmuşdur ki, bu ən nüfuzlu beynəlxalq mükafata namizədlərin bəxti  gətirməmişdir. Məsələn, radionun ixtirasına görə Nobel mükafatını İngiltərədə işləyən italyan  ixtiraçısı Qulelma Markoni almış, Markonidən bir qədər əvvəl simsiz teleqraflaşdırma effektini (XIX-XX əsrlərin sərhədində radioverilişləri belə adlanırdı) aşkara çıxarmış Aleksandr Popov isə onu ala bilməmişdir. İş ondadır ki, əsasnamə tələblərinə uyğun olaraq, Nobel mükafatı ancaq sağ adamlara verilə bilər. Markoni ona 1909-cu ildə, Popovun vaxtsız vəfatından demək olar ki, dörd il sonra layiq görülmüşdür.

Təntənəli təqdimat mərasimi

Bəs Nobel üçün seçilmişlər öz mükafatlarını necə alırlar? Nobel fondunun nizamnaməsini işləyib hazırlayanlar təntənəli mərasimi 10 dekabra - onun təsisçisinin vəfat etdiyi günə salmağı qərara almışlar. İndi bu hadisə İsveç paytaxtının yeniilqabağı həftələrinin ayrılmaz tərkib hissəsidir. Küçələr dünyanın hər yerindən gələn laureatları müxtəlif rəngli lampa zəncirləri ilə qarşılayırlar. Planetin seçilmiş ağıllarının düşdüyü şəhərin ən qəşəng, dəbdəbəli mehmanxanası olan "Qrand otel"də onların ölkələrinin dövlət bayraqları qaldırılır. Mərasim dəqiqəsinə və ən kiçik qaydalarına qədər yazılmışdır. Geyim üçün də istisna edilməyib: kişilər ağ-qara frençdə, köynəkdə və kəpənək-qalstukda olmalıdır. Qadınlar tünd axşam donunda. Konsert-qalada qoşalaşmış şeypurun sədaları altında laureatlara diplomlar və qızıl medallar təqdim olunur. Sonra isə qonaqları Ratuşa (bələdiyyə binasına) Nobel banketinə aparırlar. Amma nəhəng zalda ekzotik xörəkləri dadmazdan əvvəl iki tost deyilir. Zal ayaq üstə şampan qədəhlərini kralın sağlığına qaldırır, kral isə Alfred Nobelin xatirəsinə tost  söyləyir. Əlbəttə, başqa tostlar da deyilir. Lakin bir şey haqqında qonaqlar nəzakətlə susurlar. Öz var-dövlətini elmə vəsiyyət etmiş adam tam tənhalıqda beyninə qan sızmasından ölmüşdür. Onun San-Remodakı villasında bu zaman qulluqçudan başqa heç kim olmamışdır.

Əsasnamədən istisna halları

Belə bir qayda var: ancaq bir dəfə Nobel mükafatı laureatı olmaq olar. Bununla belə, həmin qaydadan istisnalar da olmuşdur. İki  Nobel mükafatını M.Sklodovskaya-Küri (1903-fizika, 1911-kimya), C.Bardin (1956, 1972-hər ikisi fizika üzrə), F.Senger (1958, 1980-hər ikisi kimya üzrə) və L.Polinq (1954-kimya, 1962-sülh mükafatı) almışlar. Üçqat Nobel mükafatı laureatı da vardır. Bu Beynəlxalq Qırmızı Xaç Komitəsidir (1917, 1944, 1963).

Nobel mükafatının müxtəlif illərdəki laureatları sırasında Rusiya vətəndaşlarının da adları vardır. Fiziologiya və təbabət üzrə mükafat P.P.Pavlova (1904) və İ.İ.Meçnikova (1908), kimya üzrə N.N.Semyonova (1956) verilmişdir. Laureatlar arasında fiziklər daha çoxdur: P.A.Çerenkov, İ.M.Frank və İ.E.Tamm (1958), L.D.Landau  (1962), N.Q.Basov və A.M.Proxorov (1964), P.L.Kapitsa (1978) J.İ.Alferov (2000).

Ədəbiyyat üzrə mükafata İ.A.Bunin (1933), B.L.Pasternak (1958), M.A.Şoloxov (1965), A.İ.Soljenitsın (1970), İ.A.Brodski (1982) layiq görülmüşlər.

1968-ci ildə Nobel Komitəsi altıncı mükafatı - iqtisadiyyat üzrə mükafatı da bu sıraya daxil etmişdir. Bu mükafata Rusiyadan L.V.Kantoroviç (1975) layiq görülmüşdür.  

Hazırladı:
Yusif ƏLİYEV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
19 Mart 2010 - ¹11
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik 
 
Üzeyir Hacıbəyovun 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan nümayəndə heyəti Boloniya prosesinə qoşulmuş ölkələrin yubiley konfransında iştirak edib
 
Qrant Sazişi imzalandı
 
Azərbaycanın təhsil işçiləri Türkiyədə beynəlxalq seminarda təqdimatla çıxış ediblər
 
Fənn olimpiadalarının yekun turu keçirildi
 
Marneulidəki məktəb binası Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunub
 
Kaliforniya məktəblərində "Novruz" mövzusunda xüsusi dərslər keçilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Aybəniz Vəkilovanın Səməd Vurğunla bağlı xatirələri
 
Naxçıvan Özəl Universitetində Novruz şənliyi
 
Azərbaycan Dillər Universitetindən əsgərlərə Novruz sovqatı
 
"Novruz bayramında ikiqat sevinirəm” Əməkdar müəllimlə bayramqabağı söhbət
 
Məktəblilər Novruz bayramı haqqında nə bilirlər?
 
"Məktəb mənim işim, evim və istirahət yerimdir"
 
"Üzeyir bəy dərsdə tələbkar, həm də çox zarafatcıl idi"
 
177 nömrəli məktəbdə Novruz şənliyi
 
Taksonomiyalardan standartlara
 
Təhsil müəssisələrinin akkreditasiyası hər beş ildə bir dəfə həyata keçiriləcək
 
Novruzu anamla birgə keçirmək istəyirəm
 
"Təhsil sistemində psixoloji xidmətin təkmilləşdirilməsi" mövzusunda  elmi-praktik konfrans
 
Qələbənin 65 illiyinə həsr edilmiş tədbir
 
Kamallı kəndində 220 yerlik yeni məktəb binası tikilir
 
Yubilyar minnətdarlıq etdi
 
Nobel və onun vəsiyyəti ilə verilən mükafat
 
Mütəxəssislər yeni fənn kurikulumlarına əsasən keçilən dərsləri yüksək qiymətləndirdilər
 
"İntellekt marafonu - 2010"un seçim turu keçirildi
 
Tələbələr arasında informatika üzrə respublika olimpiadası keçirilir
 
"Ən yaxşı tələffüz edən tələbə" müsabiqəsi keçirildi
 
Narkomanlığa "yox" deyək
 
Nəriman Həsənzadənin Nizami poeması
 
İxtisasartırma kursunun növbəti buraxılışı
 
"Regionlarda informasiya mədəniyyətinin formalaşdırılması" mövzusunda "dəyirmi masa"
 
Sumqayıt məktəblilərinin növbəti  şeirlər məcmuəsi çapdan çıxıb
 
"Bir şagird - bir kompüter" layihəsi üzrə İKT-nin imkanlarından tam istifadə olunur
 
"Bu kabineti kiçik bir tarix muzeyi də adlandırmaq olar"
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Qubadakı kütləvi məzarlıqda "Soyqırımı memorial kompleksi" ucaldılacaq
 
Azərbaycan ali məktəblərində təhsil alan ARDNŞ təqaüdçüləri magistraturada oxumaq üçün Fransaya göndəriləcəkdir
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri  üçün kimya fənni kurikulumu (VII-XI siniflər)
 
Məktəbin kitabxanasında işlər yaxşı təşkil olunub
 
Alimin yubileyi qeyd edilib
 
Sinif müəllimləri üçün əlavə vəsait
 
Şagirdlər İKT-dən istifadə bacarıqlarını artırırlar
 
Məktəbli rəssamın fərdi sərgisi
 
Dahilərin həyatından
 
Albert Eynşteynin sirri
 
Boks üzrə açıq respublika birinciliyi
 
İdman  məktəbinin  son  nailiyyətləri
 
Dünya universitetləri: Toronto Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov