Martın 12-də "İntel" korporasiyası və Təhsil
Nazirliyi nəzdində Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsinin birgə
təşkilatçılığı ilə "Bir şagird - bir kompüter"
layihəsi çərçivəsində seminar keçirilmişdir.
Seminarda "İntel World Ahead" layihəsinin təhsil
üzrə rəhbəri Robert Fogel (ABŞ) çıxış etmişdir.
R.Fogel layihənin beynəlxalq təcrübə və
imkanları haqqında məlumat vermiş, Azərbaycanda
icra perspektivlərindən söhbət açmışdır.
Bildirmişdir ki, məhz "Bir şagird - bir
kompüter" konsepsiyası çərçivəsində təhsildə
informasiya-kommunikasiya texnologiyalarının
(İKT) imkanlarından tam istifadə olunur. Bu isə,
öz növbəsində, yeni biliklərin yaradılmasına
real imkan verir.
Seminarda XXI əsr təhsilinin əsas məqsədləri,
elektron tədrisin əsas ünsürləri və həlli
yolları barədə danışılmışdır.
AzərTAc |