Bu günlərdə Bakıdakı 124 nömrəli orta məktəbin
VII "C" sinif şagirdləri C.Cabbarlının anadan
olmasının 111 illiyi münasibətilə ədəbi-bədii
kompozisiya keçirdilər.
Tədbirdə böyük sənətkarın həyat və
yaradıcılığına bir daha nəzər salındı.
Şagirdlərdən Aygünün söylədiyi "Ana", Nərgizin
ifa etdiyi "Mən bir susmaz duyğuyam" və başqa
şeirlər maraqla qarşılandı. "Tellər oynadı",
"Ölkəm" mahnılarını Sona, Nərgiz və Nəzrin
məharətlə ifa etdilər.
Tədbirdə habelə C.Cabbarlının "Sevil" pyesindən
və bir neçə dram əsərindən fraqmentlər təqdim
olundu. Şagirdlərdən Xəyal, Arzu, Tural, Elmin,
Kamran, Seyran və başqaları da maraqlı
çıxışları ilə yadda qaldılar.
Sonda tədbiri hazırlayan VII "C" sinfinin
rəhbəri Ofelya Baxşəliyeva, məktəbin tərbiyə
işləri üzrə direktor müavini Sevinc Atayeva və
başqaları C.Cabbarlı yaradıcılığından söz
açdılar.
Zülfiyyə NİFTALIYEVA,
Bakıdakı 124 nömrəli orta
məktəbin tarix müəllimi |