Cəmiyyət üçün sağlam düşüncəli, savadlı, elmli
nəsil yetişdirmək şərəfli işdir. Bu işin
ağırlığını, məsuliyyətini hər zaman çiyinlərində
daşıyan müəllimlərdir.
Son illər Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin diqqət və qayğısı
nəticəsində ölkənin təhsil sistemi sürətlə
inkişaf edir. Bu diqqət və qayğının uğurlu
nəticələri respublikamızın çoxsaylı təhsil
ocaqlarında, o cümlədən Bakı məktəblərində də
aydın hiss olunur. Müstəqillik yolu ilə inamla
irəliləyən ölkəmizdə gənc nəslin elmi biliklərə
dərindən yiyələnməsi, onların cəmiyyət üçün
layiqli vətəndaş kimi formalaşması təhsil
işçilərinin qarşısında mühüm vəzifələr qoyur.
Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu
fundamental təhsil islahatları ölkə Prezidenti
İlham Əliyevin rəhbərliyi altında uğurla davam
etdirilir. Son illər təhsil quruculuğu sahəsində
qazanılan nailiyyətlər göstərir ki, ölkəmizdə
milli təhsil siyasəti düzgün yoldadır.
Rəhbərlik etdiyim Bakıdakı Zaur Məmmədov adına
171 nömrəli orta məktəbin pedaqoji kollektivi öz
işinə məsuliyyəti ilə seçilir. Təhsilə aid yeni
layihələr məktəbimizdə uğurla tətbiq olunur.
Hazırda məktəbimizdə 1300 nəfər şagird təhsil
alır. Məktəbimizin binası əsaslı təmir olunub.
300 nəfər şagirdimizə pulsuz məktəbli forması
hədiyyə etmişik. Təhsil ocağının özünün geyim
forması var.
Məktəbimizin idman meydançası süni örtüklə
örtülüb. Çalışırıq ki, şagirdlərimizin uğurları
artsın, Vətənimiz, xalqımız üçün layiqli
vətəndaşlar yetişdirək. Məktəbin ciddi intizam
qaydaları var: şagirdlər dərsə vaxtında
gəlirlər. İntizam qaydalarını pozan şagird
barədə tədbirlər görülür. Təhsil müəssisəsi
müasir standartlara cavab verən avadanlıqlarla
təchiz olunub. Hər bir müəllim şagirdini öz
övladı qədər sevməli, onların hər bir problemini
öz problemi kimi qəbul edib, qayğı
göstərməlidir. Pedaqoji kollektivimiz
fəaliyyətini məhz bu prinsiplər əsasında qurmağa
çalışır.
İradə MURQUZOVA,
Bakıdakı Z.Məmmədov adına 171 nömrəli
məktəbin direktoru |