Heydər Əliyev Fondunun təşəbbüsü ilə Goranboyda
daha bir məktəb binasının tikintisinə
başlanılmışdır.
Goranboy şəhər 3 nömrəli orta məktəbi üçün inşa
edilən binanın cari ilin sentyabrında istifadəyə
verilməsi nəzərdə tutulmuşdur.
Rayon təhsil şöbəsindən AzərTAc-a verilən
məlumata görə, bu, Azərbaycanda təhsilin
inkişafına daim diqqət və qayğı göstərən Heydər
Əliyev Fondunun təşəbbüsü ilə Goranboy rayonunda
inşa edilən altıncı məktəb binasıdır. 420 şagird
yerlik bu təhsil ocağı da əvvəlkilər kimi
yüksək keyfiyyətlə və sürətlə tikilir.
Hazırda Təhsil Nazirliyi tərəfindən Goranboy
rayonunun Rus Borisi kənd orta məktəbi, daxili
imkanlar hesabına isə Azad kənd ibtidai məktəbi
üçün yeni binalarda inşaat işləri uğurla
aparılır. Yaxın vaxtlarda isə Tatarlı kənd orta
məktəbi üçün yeni binanın tikintisinə
başlanacaqdır. |