Bakıdakı
Bağça-məktəb-lisey kompleksində şair Almaz
İldırımın yaradıcılığına həsr olunmuş
ədəbi-bədii gecə keçirildi.
Tədbiri gecənin təşkilatçısı dil-ədəbiyyat
müəllimi Həbibə Sarıbəyli açdı. Unudulmaz şair
haqqında danışan dil-ədəbiyyat müəllimi Kəmalə
İsayeva qeyd etdi ki, Almaz İldırım cəmi 45
il ömür sürüb. O, sözün əsl mənasında,
Vətən həsrəti ilə yazıb yaradan şair
olmuşdur. İstiqlal şair Almaz İldırım
ömrünün sonuna kimi Əhməd Cavadı özünə
ustad bilmişdir.
Çıxışlarda bildirildi ki, sürgün həyatı yaşayan
Almaz İldırım həmişə öz vətəni Azərbaycanın
müstəqilliyinə inanmışdır.
Ədəbi-bədii gecədə V sinif şagirdləri Aydın
Cəfərli, Fidan Həsənzadə, Çingiz İsmayılov,
Günel Fərəczadə və başqalarının iştirakı ilə
Almaz İldırımın yaradıcılığına aid ədəbi-bədii
kompozisiya göstərildi və şairin şeirləri
söylənildi.
Şakir CƏFƏROV |