Nəyatın mənası yaşanan illərin sayında deyil,
onun necə yaşanmasındadır. Bu mənada 2010-cu il
mayın 28-də ömrünün 60-cı baharına qədəm qoyan
redaqoyi elmlər doktoru, rrofessor, Pedaqoyi və
Sosial Elmlər Akademiyasının (Moskva) həqiqi
üzvü Akif Nurağa oğlu Abbasov xoşbəxt
ziyalılarımızdandır.
Yorulmaz
tədqiqatçı, xeyirxah insan, yenilikçi alim
resrublika redaqoyi ictimaiyyəti arasında dərin
hörmət qazanmış, mənalı ömrünü gənc nəslin
təlim-tərbiyəsinə həsr etməklə kifayətlənməmiş,
gərgin əməli və elmi fəaliyyəti ilə redaqogika
elminin inkişafına yeni töhfələr vermişdir. O,
resrublikamızda baş verən ictimai-siyasi
hadisələrə həmişə öz münasibətini bildirmiş,
Qarabağ hadisələrinin, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin, Sumqayıt
hadisələrinin əsl mahiyyətinin açılmasında fəal
vətəndaş mövqeyində durmuş, bu hadisələrin
mahiyyətinin dərslik və dərs vəsaitlərinə daxil
edilərək gənc nəslə çatdırılmasında səmərəli
fəaliyyət göstərmişdir.
Novator alim, rrofessor Akif Abbasov ailə,
irsiyyət, mühit, tərbiyə və kamil insan
arasındakı qarşılıqlı əlaqələrdə özünü göstərən
qanunauyğunluqları açmaqla tədris-təlim və
təhsil rroseslərinə, redaqoyi qanun və
qanunauyğunluqların daxili strukturuna tam
aydınlıq gətirməklə, təfəkkür və qabiliyyətlərin
inkişafını formalaşdıran amilləri
dəqiqləşdirməklə və bir sıra digər yeniliklərlə
pedaqoji elmin inkişafına maraqlı töhfələr verə
bilmişdir. O, öz zəhmətsevərliyi, işgüzarlığı,
obyektivliyi, təşəbbüskarlığı, səmimiliyi ilə
kollektivin dərin hörmətini qazanmışdır.
Akif Nurağa oğlu Abbasov 1950-ci il may ayının
28-də Əli Bayramlı (indiki Şirvan) şəhərində
anadan olmuş, burada N. Nərimanov adına 2
nömrəli orta məktəbi bitirdikdən sonra
1967-1968-ci illərdə "İşıq" şəhər qəzetində
müxbir vəzifəsində əmək fəaliyyətinə
başlamışdır. Ali təhsil almaq həvəsi onu M.F.
Axundov adına Azərbaycan Pedaqoji Dillər
İnstitutuna gətirmiş, 1968-ci ildə
müvəffəqiyyətlə qəbul imtahanlarını verərək
həmin institutun ingilis və Azərbaycan dilləri
ixtisası üzrə tələbəsi olmuş və 1973-cü ildə
təhsilini başa vuraraq təyinatla Sabirabad
rayonuna müəllim göndərilmişdir. 1973-1975-ci
illərdə Sabirabad rayonunun Şıxsalahlı və
Qaragünə kənd orta məktəblərində müəllimlik
fəaliyyətinə başlamış və ingilis dilini tədris
etmişdir.
1975-ci ildə müsabiqə yolu ilə Azərbaycan
Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun
(indiki Təhsil Problemləri İnstitutu) tərbiyənin
ümumi problemləri şöbəsinə kiçik elmi işçi
vəzifəsinə işə qəbul olunmuş, 1975-2001-ci
illərdə həmin institutda elmi işçi, baş elmi
işçi, şöbə müdiri vəzifələrində çalışmışdır.
Akif Abbasov 1987-ci ildə "VIII-X sinif
şagirdlərinin hüquq tərbiyəsində məktəb, ailə və
ictimaiyyətin əlbir işi" mövzusunda dissertasiya
müdafiə edərək pedaqoji elmlər namizədi, 1995-ci
ildə isə "Məktəbliləri ailə həyatına
hazırlamağın nəzəriyyəsi və təcrübəsi"
mövzusunda dissertasiya mudafiə edərək pedaqoji
elmlər doktoru alimlik dərəcəsi almışdır.
2004-cü ildə professor elmi adına layiq
görülmüşdür. 2000-ci ildən Azərbaycan
Jurnalistlər Birliyinin, 2002-ci ildən isə
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Professor Akif Abbasov 7 monoqrafiyanın, 100-dən
çox elmi məqalənin, orta peşə ixtisas məktəbləri
üçün "Milli əxlaq və ailə etikası" dərsliyinin
(2008), ali (2000) və orta peşə-ixtisas (2009)
məktəblərinin tələbələri üçün "Pedaqogika" dərs
vəsaitinin, zəif eşidən uşaqlar üçün 2, 3, 4,
5-ci sinif dərsliklərinin (2008-2009),
"İngiliscə-azərbaycanca pedaqoji-psixoloji
lüğət"in (1999), "Azərbaycanca-ingiliscə
pedaqoji-psixoloji terminlər lüğəti"nin (2006),
ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün
"İngilis dilindən imla və ifadə mətnləri
məcmuəsi"nin (2008), "Aldanma sözlərə" romanının
(2004), "Atatürk haqqında hekayələr"in (I və II
kitablar, 2007) , 12 hekayə və pyes kitabının
müəllifi, (1998-2007), ingilis dilindən tərcümə
etdiyi 11 hekayə və pyes kitablarının
tərcüməçisi (2000-2007), "Canavar balası"
(1997), "Qırmızı qar" (1998) televiziya
filmlərinin redaktoru olmuşdur.
Bütövlükdə onun əsərləri pedaqoji ictimaiyyət və
kütləvi oxucular tərəfindən sevilərək oxunur,
gənc nəslin tərbiyəsində xüsusi əhəmiyyət kəsb
edir. "Şagirdlərin hüquq tərbiyəsi" (1983),
"Ailə həyatının etika və psixologiyası" (1988),
"Ailə həyatının etika və psixologiyası üzrə
müntəxəbat" (1989), "Ailə" (1986, təkrar nəşr
1989), "Az söylə, söz söylə" (Şərqin şifahi və
yazılı sənət abidələrində tərbiyəvi fikirlər)
(1993) və başqa kitabları hazırda da öz
əhəmiyyətini itirməmişdir.
Professor Akif Abbasov Bakı Ali Pedaqoji Qızlar
Seminariyasında (indiki Bakı Qızlar
Universiteti) elmi işlər üzrə prorektor
vəzifəsində çalışmışdır (1992-1998). O, "Təhsil,
mədəniyyət, incəsənət" elmi-nəzəri və metodik
jurnalın redaktoru (2000-2006), Bakı Dövlət
Universiteti nəzdində psixologiya elmləri üzrə,
Təhsil Problemləri İnstitutunda pedaqoji elmlər
üzrə dissertasiya şuralarının elmi katibi
vəzifələrində (2003-2008) səmərəli fəaliyyət
göstərmişdir.
Alimin yaradıcılığı ilə şəxsiyyəti vəhdət təşkil
etdikdə, bütöv, özünəməxsus xarakterə malik
olduğu onun əməllərində göründükdə, o daha
əzəmətli olur. Akif Abbasov məhz belə bir
insandır, belə bir alimdir, belə bir
şəxsiyyətdir!. Onun elmi-pedaqoji fəaliyyəti
təkcə Azərbaycanda deyil, MDB-yə daxil olan
ölkələrdə də yüksək qiymətləndirilir və onun
əsərləri bu ölkələrdə sevilərək oxunur.
Professor Akif Abbasov geniş dünyagörüşə malik
insandır. İnsanın dünyaya baxışı, mədəniyyəti
zamanca yerdəyişmə yolu ilə deyil, dəyərləri
toplamaq yolu ilə inkişaf edir. Yeni dəyərlər
köhnələrini yox etmir, əgər onlar müasir dövrlə
səsləşirsə, əksinə, köhnə dəyərlərlə birləşərək
onların bu gün üçün əhəmiyyətini daha da
artırır, insanın irəliyə doğru addımlarını
nəinki ağırlaşdırır, əksinə, yüngülləşdirir.
Fikrimcə, professor Akif Abbasovun zəngin mədəni
aləmi məhz belə formalaşmışdır. Onun elmi
rəhbərliyi altında 16 nəfər tədqiqatçı
namizədlik dissertasiyası müdafiə edib, hazırda
5 nəfər dissertant və aspiranta elmi rəhbərlik
edir və 2 doktorluq dissertasiyasının elmi
məsləhətçisidir.
Professor Akif Abbasovun əməyi dövlətimiz
tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan
Maarif Nazirliyinin "Qabaqcıl maarif işçisi" döş
nişanına və Fəxri fərmanına, 26 dekabr 2006-ci
ildə respublika Prezidentinin sərəncamı ilə
"Tərəqqi" medalına, 2007-ci ildə isə "Qızıl
qələm" mükafatına layiq görülmüşdür.
Hazırda professor Akif Abbasov institutun elmi
katibi (2001-ci ildən) kimi elmi-pedaqoji
fəaliyyətini uğurla davam etdirir.
Öz həyat kredosunu insanlara yaxşılıq etməkdə
görən professor Akif Abbasov şüurlu həyatını
millətimizin gələcəyi olan gənclərə həsr edərək
Azərbaycan təhsilinin inkişafını ləyaqətlə
yüksəkliklərə qaldırmaq istiqamətində səmərəli
fəaliyyətini davam etdirir.
Şəxsiyyətinə dərin hörmət bəslədiyim, səmimi
insan, görkəmli alim Akif müəllimi anadan
olmasının 60, elmi-pedaqoji fəaliyyətinin 40
illiyi münasibəti ilə səmimi-qəlbdən təbrik
edir, ona bəşəri nemət olan cansağlığı, həyatda
uzun ömür, müdriklik arzu edirəm! 60 yaşın
mübarək, həmkarım və dostum Akif müəllim!
Abdulla MEHRABOV,
Azərbaycan Respublikası Təhsil
Problemləri İnstitutunun direktoru,
Rusiya Dövlət Təhsil Akademiyasının
həqiqi üzvü, professor |