Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

28 May 2010 - ¹20

 

"Uşaq hüquqları üzrə pilləli tədris" layihəsinə yekun vuruldu

Bookmark and Share

Mayın 21-də Təhsil Nazirliyində "Uşaq hüquqları üzrə pilləli tədris" layihəsinin yekunlarına həsr olunan mərasim keçirildi.

Qeyd edək ki, "Uşaq hüquqları üzrə pilləli tədris" layihəsi Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) və BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilib. Bu ilin əvvəlindən reallaşdırılan layihə Bakı şəhərində pilot olaraq seçilmiş 5, 31 və 207 nömrəli orta məktəbləri əhatə edib.

Layihə çərçivəsində şagirdlərə uşaq hüquqları tədris olunub. Məktəblilər özlərindən aşagı siniflərdə  təhsil alanlara mənimsədiklərini öyrədiblər.

Tədbiri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanova açaraq  ölkəmizdə uşaqların sağlam böyümələri, hüquqlarının qorunması və yüksək təhsil almaları ilə bağlı məsələlərin müvafiq nazirlik və dövlət qurumlarının daim diqqət mərkəzində olduğunu  qeyd etdi. Elmira Süleymanova ombudsmanın vəzifələri barədə iştirakçılara məlumat verərək, respublikamızda insan hüquqlarının qorunması istiqamətində görülən işlərdən danışdı. Paytaxtın 3 orta ümumtəhsil məktəbində reallaşdırılmış "Uşaq hüquqları üzrə pilləli tədris" layihəsi barədə ətraflı  danışan ombudsman bildirdi ki, tədris prosesində "Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular" və "Uşaq hüquqları hamı üçün" adlı dərs vəsaitlərindən istifadə olunub. E.Süleymanova layihənin həyata keçirilməsində onlara dəstək olan təhsil naziri Misir Mərdanova öz təşəkkürünü bildirdi.

Təhsil naziri Misir Mərdanov "Uşaq hüquqları üzrə pilləli tədris" layihəsinin əhəmiyyətindən söz açaraq  bunun Azərbaycan təhsilində, məktəbində ilk addım olduğunu bildirdi.Nazir  layihənin uğurla yekunlaşdırıldığını və şagirdlərin zəruri biliklər aldığını qeyd edərək, bu  işin davamlı olacağına ümidvar olduğunu söylədi. Ölkəmizdə  təhsil sahəsində mühüm işlərin görüldüyünü deyən nazir Misir Mərdanov əldə olunan nəticələrdən söz açdı.Qeyd olundu ki,ölkə başçısı cənab İlham Əliyev tərəfindən təhsilə xüsusi diqqət və qayğı göstərilir. Son illərdə 2000-dən çox yeni məktəb və tədris ocaqları üçün əlavə korpuslar inşa edilib, dərsliklər yeniləşib, təhsil müəssisələrinin İKT ilə təminat səviyyəsi yüksəlib. Nazir daha sonra  Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın yaxından dəstəyi ilə uşaqların sağlamlıqları, yüksək təhsil almaları üçün  yaradılan şəraitdən söz açdı, reallaşdırılan layihələrin uğurla həyata keçirildiyini qeyd etdi.

Nazir Misir Mərdanov çıxışının sonunda bütün şagirdləri, müəllimləri və məktəb rəhbərlərini təbrik edərək bildirdi ki, layihəni müvəffəqiyyətlə həyata keçirdiklərinə görə hər 3 məktəbə Təhsil Nazirliyi tərəfindən 10 kompüter hədiyyə verilməsi qərara alınıb. Layihə iştirakçılarına ən xoş istəklərini çatdıran nazir onlara nailiyyətlər arzuladı.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva uşaqların hüquq təhsilinə yönələn bu layihənin əhəmiyyətindən danışdı. Ölkəmizdə uşaq hüquqlarının qorunmasının, onların vətənpərvər ruhda tərbiyə olunmasının dövlət uşaq siyasətində başlıca məsələlərdən olduğunu bildirdi.

Bakıdakı 31 nömrəli məktəbin direktoru Şükufə Məmmədsalahova belə layihələrin təhsil müəssisələrimizin ictimailəşməsinə yardımçı olmaqla yanaşı, hüquqi biliklərin öyrənilməsi, bu sahədə  müəyyən təcrübə əldə edilməsi baxımından çox səmərəli olduğunu dedi.

Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin nəzdində fəaliyyət göstərən Liderlik məktəbinin üzvləri - Bakıdakı 291 nömrəli "Ekologiya" liseyinin IX sinif şagirdi Nicat Əkbərov, 207 nömrəli məktəbin IX sinif şagirdi Gülay Həsənova tədbir iştirakçılarına təmsil olunduqları təşkilatın gördüyü işlər barədə məlumat verdilər.

Mərasimin sonunda "Uşaq hüquqları üzrə pilləli tədris" layihəsində fərqlənən şagirdlərə sertifikatlar və hədiyyələr, dərsin keçilməsinə cəlb olunmuş müəllimlərə, eləcə də təşkilati məsələlərin həllində yardımçı olmuş məktəb direktorlarına təşəkkürnamələr təqdim olundu.

Samirə HÜSEYNQIZI 

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

28 May 2010 - ¹20

"Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları"nın və "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmişdir Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları
 
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanı ilə təsdiq edilmişdir Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı
 
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə xalq maarifi
 
"Uşaq hüquqları üzrə pilləli tədris" layihəsinə yekun vuruldu
 
Azərbaycan-Latviya Təhsil Forumu keçirildi
 
Xüsusi istedada malik şagirdlərin son seçim turu
 
M.V.Lomonosov adına Moskva Dövlət  Universitetinin Bakı filialında 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirilib
 
Azərbaycan Diplomatik Akademiyasının rektoru yeni magistrlərlə görüşüb
 
Təlim kursunu başa vuran müəllimlərə sertifikatlar təqdim olundu
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan Dövlət Aqrar Universitetinin 80 illiyi təntənə ilə qeyd edilib
 
Təhsil Şurası musiqi təhsilinə dair konfrans keçirdi
 
SİFE dünya çempionatında ölkəmizi NDU-nun komandası təmsil edəcək
 
Moskvada "Qlobal tədqiqatların aktual problemləri" mövzusunda beynəlxalq konfrans keçirilib
 
Bərdə və Füzuli rayonlarında treninqlər keçirilib
 
Tələbənin fərdi yaradıcılıq sərgisi
 
Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının yekun turu
 
Kimyaçı alim liseyin qonağı oldu
 
Bakıdakı 236 nömrəli orta məktəb əsaslı təmir olunur
 
"Təhsil" jurnalının növbəti nömrəsi işıq üzü görüb
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Goranboyda daha bir məktəb binası inşa olunur
 
"Ekoloji menecment: gələcəyin strategiyasını müəyyənləşdirərkən" mövzusunda simpozium
 
Mütəxəssislər dərslərdən razı qalıblar
 
Optimal idarəetmə elmi məktəbinin banisi
 
Azərbaycanın Milli Qəhrəmanları
 
Ən yaşlı müəllimlərimiz
 
Təbiəti qorumaq hamının borcudur
 
"Ətraf mühit və biz"
 
Siqaretin zərəri barədə nə bilirik. Səhiyyə Nazirliyi "Sağlam həyat tərzi" proqramının milli koordinatoru, tibb elmləri doktoru Azad Hacıyevlə söhbət
 
"Mən dərs deyəndə şagirdlər qarşısında imtahan verirəm"
 
Elm və təhsilə həsr edilmiş ömür
 
Qafqaz Universitetində "Əmək sərgisi"
 
Koreyalı gənclər heyranlıqlarını gizlətmədilər
 
Peşəsinin vurğunu
 
Böyük türkmən şairi Məxdumqulu Fəraqi yad edilib
 
Almaz İldırımın yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə
 
Xeyirxah insan, yenilikçi alim
 
Bağça uşaqlarının bayram sevinci hədsiz idi
 
Daha bir məktəbdə VMA yaradıldı
 
Tanınmış rejissorla görüş
 
Layiqli vətəndaş yetişdirmək şərəfli missiyadır
 
Zərdabi kənd orta məktəbi Qubanın nümunəvi təhsil ocaqlarındandır
 
Təhsilin əsasları: Təhsil fəlsəfəsi və təlim prosesi
 
Ziyəddin Sultanovun "Göylərdən gələn gəlin" sənədli povestinin təqdimatı
 
"Vazeh və Bodenştedt: Yozmalar və faktlar"
 
İntellektual əyləncəli idman yarışı
 
"Vətən  mənim, Vətən sənin, bizlər isə bu Vətənin"
 
"Durna" musiqili komediyası şagirdlərin ifasında
 
Ədəbi-bədii kompozisiya
 
Bir dərsin təəssüratları
 
Beynəlxalq Mendeleyev Olimpiadasının qızıl medalçısı
 

Dünya universitetləri: Melburn Universiteti

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov