"Təhsil haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq
QƏRARA ALIRAM:
1. "Xüsusi təyinatlı təhsil
müəssisələrinin təsis edilməsi Qaydaları"
təsdiq edilsin (əlavə olunur).
2. "Xüsusi təyinatlı təhsil
müəssisələrinin siyahısı" təsdiq
edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın ki, üç ay müddətində:
3.1. qüvvədə olan qanunvericilik aktlarının bu
Fərmana uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının bu
Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
3.3. bu Fərmandan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 may 2010-cu il |