Aprel ayında təhsil naziri Misir Mərdanovun əmri
ilə "Azərbaycan müəllimi" qəzetinin şöbə
redaktoru Malik Novruzov "Təhsil" jurnalının baş
redaktoru təyin edilib.
"Azərbaycan
müəllimi" qəzetində 35 il fasiləsiz fəaliyyət
göstərən Malik Novruzov işlədiyi müddətdə "Qızıl
qələm" və "Kamil sənətkar" media mükafatlarına,
"Qabaqcıl təhsil işçisi" döş nişanına layiq
görülüb. Təhsil işçilərinin həyatından bəhs edən
8 publisist kitabın müəllifidir.
Malik Novruzovu bu münasibətlə "Azərbaycan
müəllimi" qəzetinin əməkdaşları təbrik edir və
onun təcrübəli jurnalist kimi bu etimadı
doğruldacağına inanır, "Təhsil" jurnalının
oxunaqlı və nəfis şəkildə dərc ediləcəyinə ümid
bəsləyirlər.
Bu günlərdə "Təhsil" jurnalının növbəti nömrəsi
işıq üzü görüb. Jurnalın bu nömrəsində "Heydər
Əliyev milli varlığımızı qoruyub saxladı",
"Təhsil Nazirliyində yeni şöbə yaradılıb",
"Şərqdə opera sənətinin banisi", "Qələbə-65",
"Şərqdə ilk demokratik respublika", "Akademik
Zərifə Əliyevanın adını daşıyan məktəbdə", "Ən
yüksək reytinqə malik özəl universitet"
başlıqları altında məqalələr və digər maraqlı
yazılar dərc edilib.
Hörmətli oxucular, təhsillə bağlı sizi
maraqlandıran bu və ya digər məsələ və
problemlərlə, şagirdin, məktəbin, müəllimin orta
və ali elm ocaqlarının fəaliyyəti haqqında
rəngarəng yazılarla tanış olmaq
istəyirsinizsə "Təhsil" jurnalına abunə olmağı
unutmayın.
"Azərbaycan müəllimi" |