Bakıdakı 164 nömrəli orta məktəbdə "Vətən
mənim, Vətən sənin, bizlər isə bu Vətənin" adlı
ədəbi-bədii musiqili tədbir keçirildi.
Giriş sözü ilə tədbiri açan ibtidai sinif
müəllimi Sevinc Məcidova qonaqları
salamladıqdan, Vətən anlayışı haqqında
uşaqlara geniş məlumat verdikdən sonra sözü
aparıcılara verdi. Tofiq Quliyevin "Vals"
rəqsinin sədaları altında səhnəyə daxil olan
aparıcılar məktəbin bir il ərzində qazandığı
uğurları sözdə yox,əyani göstərmək
istədiklərini bildirdilər.
Şagirdlərin nümayiş etdirdikləri rəngarəng
səhnəciklər, vətənpərvərlik mövzusunda
söylədikləri şeirlər, ifa etdikləri milli
rəqslər, oxuduqları "Kəndimiz", "Qurban olum,
Azərbaycan" mahnıları, "Qarabağ şikəstəsi"nin
xoş sədaları, dahi Üzeyirin "Uvertüra"sının
səslənməsi iştirakçılarda xoş ovqat yaratdı...
Sonda məktəbin direktoru Kəmalə Qədirova
çıxışında məşhur bir kəlamı xatırlatdı: "O
xalq xoşbəxtdir ki, onun yaxşı müəllimləri var".
O, yaradıcı, qabaqcıl müəllimlər Sevinc Məcidova
və Təranə Bağırovanın hazırladıqları tədbiri
yüksək qiymətləndirdi.Bakı Şəhəri üzrə Təhsil
İdarəsi Metodmərkəzinin direktor müavini
Sitarə Məmmədova isə belə tədbirlərin
şagirdlərin təlim-tərbiyəsinə müsbət təsir
göstərdiyini vurğuladı.
Sifai SƏFƏROVA |