Bakıdakı 31 nömrəli orta məktəbdə "Ekologiya
ili" çərçivəsində "Ətraf mühit və biz"
mövzusunda "açıq dərs" diskussiya şəklində
keçirildi. Dərsi VIII "V" sinfinin rəhbəri,
fizika-informatika müəllimi Naibə Rüstəmova
apardı. Öncə müəllim şagirdləri ölkə
başçısı İlham Əliyevin 2010-cu ili
"Ekologiya ili" elan etməsi barədə ətraflı
məlumatlandırdı.
Diskussiya, sual-cavab şəraitində keçən
dərsdə şagirdlərdən Aidə, Aytən, Nərgiz,
Nəzrin, Nərminə, Əminə, Leyla, Emil, Sona, Fərəh
və başqaları fəal iştirak etdilər. Onlar
torpağın, suyun, havanın ekologiyası, eləcə də
mövcud ekoloji problemlər və onların aradan
qaldırılması, təbiətin qorunması barədə fikir
mübadiləsi aparıb, bu mövzuda elmi biliklərini
nümayiş etdirdilər.
Sifai SƏFƏROVA |