Bakıdakı
69 nömrəli körpələr evi-uşaq bağçasında balaca
fidanların şaqraq gülüş sədaları ətrafa
yayılırdı. Balacalar deyib-gülür, şənlənirdilər.
Şənlik başlamazdan öncə uşaqlar Yeni illə bağlı
çəkdikləri "Şaxta baba", "Yeni il", "Qar qız",
"Yolka", "Qarlı meşə" rəsmləri və rəngli
kağızlardan hazırladıqları fiqurları nümayiş
etdirdilər. Şaxta Baba və Qar qızın gəlişi
tədbiri rövnəqləndirdi. Onlar Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il
bayramı münasibətilə balaca dostlarını təbrik
edib, hədiyyələri onlara payladılar.
Sonra balaca sakinlər al-əlvan bəzədilmiş
yolkanın ətrafında əl-ələ verib, dövrə vuraraq
"Şaxta baba", "Sən nə gözəlsən, yolka"
mahnısını ifa etdilər. Uşaqlar özlərini
sehrli nağıl qəhrəmanlarına bənzətdilər. Onlar
"Məlikməmməd" və "Tıq-tıq xanım" nağılı əsasında
hazırladıqları səhnəciyi nümayiş etdirdilər.
Milli və dünya rəqslərini məharətlə ifa edən
balacalar tədbir iştirakçılarında xoş ovqat
yaratdılar. Xədicə və Zəhra bacıları, Yeganə,
Məhəbbət, Raul, Tofiq, Qurban, Mehdi,
Mehriban, Oktay, Asya çoxlu şeirlər, nağıllar
və yanıltmaclar söyləyib mahnılar oxudular.
Balaca fidanlar Şaxta baba və Qar qızla xatirə
şəkli çəkdirdilər.
Şənliyin sonunda uşaqların sevincinə qatılan
bağçanın müdiri Solmaz Quliyeva 31 dekabr -
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və
Yeni il bayramı münasibətilə balacaları
səmimi-qəlbdən təbrik etdi. O, öz çıxışında
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun
və İSESKO-nun xoşməramlı səfiri, millət
vəkili Mehriban xanım Əliyevanın uşaqlara
diqqət və qayğısından bəhs etdi, ölkəmizin
birinci xanımına minnətdarlığını bildirdi.
Sifai SƏFƏROVA |