Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik
Mərkəzində dekabrın 21-də "Ekologiya ilinə
töhfəmiz" mövzusunda məktəblilərin Respublika
Ekoloji Forumu keçirilmişdir.
Forumda respublikanın rayon (şəhər) ETTM-nin,
ümumtəhsil məktəblərinin 77 nəfər dərnək
üzvü, V-XI sinif şagirdləri iştirak etmişdir.
Respublika Forumuna 70 məktəblinin 4 bölmə üzrə
yaradıcılıq işi təqdim olunmuşdur.
Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik
Mərkəzinin "Ekoloji patrul" dəstəsinin üzvləri,
58 nömrəli məktəbin 8-ci sinif şagirdləri forum
iştirakçılarını salamladıqdan sonra söz
qonaqlara verildi. Təhsil Nazirliyi Tərbiyə və
məktəbdənkənar müəssisələr şöbəsinin müdiri
Ağababa İbrahimov çıxış edərək, "Ekologiya
ili"ndə məktəblilərin ekoloji təhsili və
tərbiyəsi sahəsində uğurlu işlər göruldüyünü
qeyd etdi. Məktəblilərin "Ekologiya ilinə
töhfəmiz" mövzusundakı çıxışlarını alqışladı.
Forumda iştirak edənlər dərnək üzvlərinin
nümayiş olunan əl işləri ilə tanış olaraq,
ekoloji biliklərin artırılmasında onlara ugur
dilədilər.
Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
əməkdaşı Nazim Mahmudov, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin Məktəbdənkənar təhsil sektorunun
aparıcı məsləhətçisi Rövşən Əliyev və digər
qonaqlar çıxış edərək "Bioloji müxtəlifliyin
qorunması", "Ətraf mühitin təmizliyi-bizim
sağlamlığımızdır", "Təbii sərvətlərin davamlı
istifadəsi", "Su-həyatdır" mövzularına həsr
olunmuş referatların təqdirəlayiq olduğunu,
məktəblilərin dərin ekoloji biliklərə
yiyələndiyini, "Ekologiya ili"ndə məktəblilərin
ətraf mühitin yaxşılaşdırılması üçün gördükləri
işləri qeyd etdilər.
Tədbirdə münsiflər heyətinin qərarı ilə referat
işləri 10 bal sistemində qiymətləndirilərək
qaliblər müəyyən edildi. 9 məktəblinin referat
işi I, II, III dərəcəli diploma, xüsusilə
fərqlənmiş 4 məktəblinin referatı diplomlara,
forumun digər iştirakçıları isə sertifikatlara
layiq görüldü. Fərqlənənlər sırasında Bakı,
Sumqayıt, Şirvan şəhər, Masallı, Tərtər, Qəbələ,
Biləsuvar, Göygöl, Cəlilabad, Hacıqabul, Quba
rayon məktəbliləri xüsusilə fərqləndilər.
Qaliblərə Təhsil Nazirliyinin diplomları,
hədiyyələr və forumun digər iştirakçılarına
sertifikatlar təqdim olundu. |