2010-cu
il mənim üçün çox uğurlu keçib. TQDK-nın
keçirdiyi qəbul imtahanında IV qrup üzrə 700 bal
toplayaraq Azərbaycan Tibb Universitetinin
müalicə işi fakültəsinə qəbul oldum. Bu, 11
illik zəhmətimin bəhrəsi idi. Buna görə də mənə
Bakıdakı 72 nömrəli məktəb-liseydə dərs demiş
bütün müəllimlərimə minnətdaram. Xoşbəxtəm ki,
müəllimlərimin ümidlərini doğrulda bildim.
İndi mən respublikamızın ən nüfuzlu təhsil
ocaqlarından birində - Azərbaycan Tibb
Universitetində oxuyuram. Burada oxumaq həm
şərəflidir, həm də çətin. Çətinlik ondan irəli
gəlir ki, savadlı həkim olmaq üçün çox oxumaq
lazımdır. Mən isə bu sənətə yiyələnmək üçün hər
bir çətinliyə hazıram. Bizim universitetdə
bilikli, savadlı müəllimlər dərs deyir,
mühazirələr çox maraqlı keçir. Mən bir tələbə
kimi istəyirəm ki, bütün sınaqlardan üzüağ
çıxım. Bu semestr ərzində nə öyrəndimsə, bunu
sessiya imtahanları göstərəcək. İstərdim ki,
qəbul imtahanında topladığım yüksək bala görə
layiq görüldüyüm "Prezident təqaüdçüsü" adını
qoruyub saxlayım. Bunun üçün sessiya
imtahanlarına səylə hazırlaşıram.
Yuxarıda qeyd etdiyim kimi, qəbul imtahanında
700 bal toplamagım mənim üçün bu ilin ən
yaddaqalan xos hadisəsi oldu. Qarsıdan gələn
2011-ci ildə də belə ugurlarımın çox olmasını
istəyirəm. Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə, ilk novbədə,
valideynlərimi, mənə bilik verən, bu
nailiyyətlərimdə böyuk rolu olan müəllimlərimi,
tələbə yoldaslarımı, universitetdə mənə dərs
deyən muəllimlərimi, bütün xalqımıziı təbrik
edirəm.
2011-ci il üçün çoxlu arzularım var. Bunlardan
ən əsası təhsilimi xaricdə - Almaniyada davam
etdirmək istəyimdir. Orada ən müasir mualicə
texnologiyalarını öyrənmək, savadli olmaq və
Vətənə qayıdib insanlara ən yüksək səviyyədə
xidmət etmək arzusundayam. İnanıram ki, bu arzum
elə 2011-ci ildə gerçəkləşəcək.
Esmira BAXŞƏLİYEVA,
Azərbaycan Tibb Universitetinin müalicə işi
fakültəsinin
I kurs tələbəsi |