Bakıdakı 5 nömrəli orta məktəb ölkəmizdə gedən
təhsil islahatının yeniləşmə prosesindən kənarda
qalmayıb. 700 şagird üçün nəzərdə tutulan
məktəbin əsası 1970 -ci ildə qoyulub.
Məktəbimiz ixtisaslı müəllimlərlə tam təmin
olunub. Onlardan 1 nəfər əməkdar müəllim, 2
nəfər 2008-2009-cu dərs ilində "Ən yaxşı
müəllim" adına layiq görülüb. 2009-2010-cu dərs
ilində rəhbərlik etdiyim təhsil ocağı "Ən yaxşı
ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub.
Bu
gün məktəbin fəaliyyət planı və idarə olunması
demokratik prinsiplər əsasında qurulur.
Məktəbin metodiki şurası ayrı-ayrılıqda təqvim
planlarının qurulmasında, Milli Kurikulumun,
İKT-nin dərslərdə tətbiqində, müəllimlərin
innovasiya fəaliyyətinin artırılmasında və
fənlər üzrə monitorinqlərin aparılmasında mühüm
rol oynayır. Məktəbimizdə bütün pedaqoji şura və
valideyn iclasları müasir texnologiyalar
vasitəsi ilə həyata keçirilir. Pedaqoji
şuralarda təhsillə bağlı bir sıra məsələlərin
müzakirəsi ilə yanaşı, qabaqcıl müəllimlərin iş
təcrübəsinin yayılması da ənənə halını alıb.
Hazırda 5 nömrəli orta məktəbdə şagirdlərin
vətənpərvərlik ruhunda tərbiyə olunması və
Azərbaycan dövləti üçün hərtərəfli inkişaf etmiş
şəxsiyyət kimi formalaşdırılması istiqamətində
ciddi addımlar atılır. Bu məqsədlə təhsil
ocağında özündə milli və vətənpərvərliyimizi
əks etdirən müxtəlif sərgilərin keçirilməsinə
geniş yer verilir. Məktəbin "Cəsurlar" və
"Şahin" hərbi idman komandası Bakı zona
turnirində müxtəlif nominasiyalar üzrə qalib
yerləri tutub.
Qəbul imtahanlarında 500-700 arasında bal
toplayan şagirdlərin göstəriciləri
ürəkaçandır.Məktəb rəhbərliyi şagirdlərin
buraxılış imtahanlarına hazırlıq mərhələsini də
diqqət mərkəzində saxlayır, fənlər üzrə
monitorinq və qiymətləndirmə aparır, nəticələr
təhlil edilərək nöqsanların aradan qaldırılması
sahəsində geniş işlər görülür.
Təhsil islahatının vacib tərkib hissələrindən
biri də valideynlərin məktəb həyatında rolunu
artırmaqdır. Bununla əlaqədar valideynlərin rəy
və təkliflərini qəbul edib operativ həll etmək
üçün elektron poçtumuz və İnternetdə veb-sayt
səhifəmiz fəaliyyət göstərir.
2010-cu ilin "Ekologiya ili" elan edilməsi ilə
əlaqədar cari dərs ilində pedaqoji kollektivimiz
valideynlər və ictimaiyyətin birgə nümayəndələri
ilə yaşıllaşdıma kampaniyası həyata keçirmiş və
məktəbyanı sahədə 300-ə yaxın şam ağacı
əkilmişdir.
Qarşıdan Yeni il gəlir, arzularımız
tükənməzdir. Mən rəhbərlik etdiyim pedaqoji
kollektiv adından bütün təhsil işçilərini Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il
münasibətilə təbrik edirəm. Arzu edirəm ki,
2011-ci il xalqımız üçün daha uğurlu il olsun!
Nərminə GÜNDÜZLÜ,
Bakıdakı 5 nömrəli orta məktəbin direktoru |