Bakıdakı
27 nömrəli məktəbdə şagirdlərin təbiətə qayğı və
diqqət ruhunda tərbiyəsinə xüsusi əhəmiyyət
verilir. Təhsil ocağında ayrı-ayrı fənlərin
tədrisi imkanlarından istifadə etməklə
məktəblilərin ekoloji maariflənməsi, ekoloji
biliklərə yiyələnmələri reallaşdırılır.
"Ekologiya ili" kimi tariximizə həkk olunan
2010-cu ildə məktəbdə həm də bir sıra tədbirlər
təşkil olunmuşdur. Belə tədbirlərdən biri bu
günlərdə idman zalında keçirildi. "Ekologiya
ili"nə həsr olunmuş plakat, fotostendlərlə
bəzədilmiş zalda şagird müstəqil işlərinin
nəticələri olan referatlar da nümayiş etdirildi.
Tədbirin təşkilatçısı fiziki tərbiyə müəllimi
Emil Qaybalıyev çıxışında ekoloji problemin
qloballıq kəsb etdiyini vurğuladı, ekoloji
duruma mənfi və müsbət təsir edən amillərdən
danışdı.
Çıxış edən şagirdlər təbiətə qayğı, təbiət
gözəlliklərinə diqqət məsələlərinə öz
münasibətlərini bildirdilər.
Tədbiri məktəbin direktoru Cəmilə Ramazanova
yekunlaşdıraraq ekoloji mövzunun əbədi və mühüm
bir mövzu olduğunu qeyd etdi. Bizi əhatə edən
ekoloji mühiti çirklənmədən qorumağın
vətəndaşlıq borcu olduğunu söylədi. Sonra o,
tədbirin təşkilatçı və iştirakçılarına məktəb
rəhbərliyi adından təşəkkürünü bildirdi. |