Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

31 Dekabr 2010 - ¹ 51

 

Yeni il təbrikləri

Bookmark and Share

2010-cu il ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında çox mühüm hadisələrlə əlamətdar olmuşdur. Ölkə həyatının bütün sahələrində böyük nailiyyətlər qazanılmış, dövlətçiliyimizin möhkəmlənməsinə, tərəqqiyə və hərtərəfli inkişafa yönəlmiş Heydər Əliyev kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Yola salmaqda olduğumuz il ərzində cənab İlham Əliyevin rəhbərliyi altında siyasi, sosial, iqtisadi sahələrdə islahatlar böyük uğurla davam etdirilmiş, ölkəmizin regionda və dünya arenasındakı mövqeyi qorunub saxlanılmışdır.

2010-cu il, şübhəsiz, ölkəmizin təhsil quruculuğu salnaməsinə ən uğurlu illərdən biri kimi düşəcək. Bu il ərzində təhsil sistemimizdə aparılan islahatlar daha da sürətlənmiş və dərinləşmiş, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun icrası istiqamətində Təhsil Nazirliyində 40-a yaxın normativ sənəd hazırlanmış və Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. "Təhsil haqqında" Qanun, ilk növbədə, Azərbaycan təhsilinin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına və dünya təhsil məkanına inteqrasiya prosesinin daha da sürətlənməsinə zəmin yaratmışdır.

Məktəb infrastrukturunun inkişafı sahəsində tədbirlər ardıcıl olaraq davam etdirilmiş, ilin əvvəlindən bəri 18852 yerlik 59 yeni məktəb binası və əlavə korpus inşa edilmiş, 8 məktəbdə əsaslı təmir, 356 məktəbdə təmir işləri aparılmışdır, 6980 yerlik 25 yeni məktəb binasının tikintisinə başlanmışdır. Beləliklə, son illərdə yeni tikilmiş və əsaslı təmir olunmuş məktəblərin sayı 2 mini ötmüşdür. 266 məktəb müasir avadanlıqlarla, 115 məktəb kimya və fizika laboratoriyaları ilə  təchiz olunmuşdur.

Ölkə Prezidentinin tapşırığına əsasən ölkənin bütün məktəblərinin maddi-texniki bazasının müasir standartlar səviyyəsinə çatdırılması ilə əlaqədar proqram hazırlanmışdır. Proqram çərçivəsində 551 yeni məktəb binasının, 309 məktəb üçün əlavə korpusun inşası, 859 məktəbdə əsaslı təmir və bərpa işlərinin aparılması ölkədə ümumi təhsil müəssisələrinin maddi-texniki bazası sahəsində problemin tam həllini və məktəblərin birnövbəli fəaliyyətini təmin edəcəkdir.

Yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla, laboratoriyalarla təminatı, istilik sisteminin bərpası nəticəsində ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin, yəni bütün şagirdlərin 80 faizinin təlim şəraiti yaxşılaşmışdır. Məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar nəticəsində ikinövbəli məktəblər 73 faizdən 44-ə, ikinci növbədə təhsil alan şagirdlər 34,5 faizdən 21-ə enmişdir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə cari ildə 2 yeni məktəb binası inşa edilmişdir. Gürcüstanda azərbaycanlı soydaşlarımızın yaşadığı bölgələrdəki 3 məktəb-Tbilisi şəhər 73, Qardabani şəhər 3 və Dmanisi şəhər 2 nömrəli məktəblər əsaslı təmir və bərpa edilmiş, müasir avadanlıqlarla təchiz olunmuşdur.

Təhsil sistemində müasir informasiya texnologiyalarının tətbiqi istiqamətində görülmüş işlər sayəsində tədris ocaqları 2031 ədəd kompüter, 602 ədəd noutbuk, 2077 ədəd netbuk, 603 ədəd proyektor, 30 ədəd çap qurğusu, 612 ADSL modem, 563 switch, 112 IP telefonla təchiz edilmişdir. O cümlədən, "Elektron məktəb" layihəsində iştirak edən 20 ümumtəhsil məktəbinə 300 yeni personal kompüter və 336 netbuk verilmişdir. İKT üzrə savadlılığın artırılmasına yönəlmiş kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə 23 min nəfər pedaqoji və inzibati heyət treninqlərdən keçirilmişdir. Təhsil sisteminin informasiyalaşdırılması üzrə 2008-2012-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində 1000 məktəb genişzolaqlı sürətli İnternetlə təmin olunmuş, İnternetə qoşulmuş məktəblər 22 faizə yüksəlmişdir. 2009-cu ildən başlanmış "Xalq kompüteri" layihəsi çərçivəsində 10 min müəllim sadələşdirilmiş şərtlərlə kompüter əldə etmiş, "Şagird və tələbələr üçün xalq kompüteri" layihəsinə başlanmışdır.

Dərsliklərlə təminat sahəsində görülən işlər cari ildə də davam etdirilmiş, 2010-2011-ci tədris ili üçün 127 adda  4,6  milyon nüsxə dərslik və  müəllim  üçün  metodik  vəsait  çap olunmuş və  məktəblərə verilmişdir. O cümlədən, yeni kurikulum tətbiq edilən III siniflər üçün 40 adda  dərslik  və  müəllim üçün metodik vəsait çap edilmişdir. Gürcüstanın təlim Azərbaycan dilində olan məktəblərinə, MDB-də və digər xarici ölkələrdəki "Bazargünü" məktəblərinə dərsliklər,  coğrafi  xəritələr və digər tədris vəsaitləri göndərilmişdir. Hazırda ümumi təhsil sistemində istifadə edilən 400 adda dərslik, yəni  bütün  dərsliklər,  milli mənəvi  dəyərlər  baxımından məzmunca yeniləşdirilmişdir.

Son illərdə həyata keçirilmiş tədbirlər nəticəsində təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə yüksəlmiş, orta məktəb məzunlarının ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələr ilbəil yaxşılaşmışdır. 2010-cu ildə ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayanların sayı 2009-cu ilə nisbətən 300 nəfərdən çox artaraq 1365 nəfərə çatmış, 7 nəfər məzun 700 bal toplamışdır. 300-dən çox bal toplayanlar 2009-cu ildəki 20 faizdən 31 faizə, 500-700 bal toplayanlar 6 faizdən 8,5 faizə, orta bal göstəriciləri 211-dən 231-ə yüksəlmişdir.

İstedadlı şagirdlərin təhsilinin daha səmərəli təşkili məqsədilə Gəncə, Mingəçevir, Sumqayıt, Şirvan şəhərləri və Quba, Ağdaş, Şəki, Lənkəran rayonlarının seçilmiş 8 məktəbinin bazasında liseylər yaradılmış, müsabiqə yolu ilə şagird və müəllimlər seçilmiş, xüsusi tədris planı əsasında tədrisə başlanmışdır. 2010-cu il aprelin 27-dən mayın 3-dək Bakı şəhərində məktəblilərin kimya üzrə 44-cü Beynəlxalq Mendeleyev Olimpiadası keçirilmiş və bu bilik yarışında Azərbaycan komandası 1 qızıl, 3 bürünc medal qazanmışdır.

Kadr təminatı sahəsində Nazirlər Kabinetinin qərarına əsasən, 2010-2011-ci dərs ilinə ucqar kənd məktəblərindəki vakant yerlərə stimullaşdırıcı tədbirlər tətbiq edilməklə 800 nəfər gənc mütəxəssis göndərilmişdir. Respublikanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu sahəsində yeni mexanizmlərin tətbiqinə başlanmış, ilk dəfə olaraq ölkənin ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu elektron vasitələr əsasında, ikimərhələli müsabiqə mexanizmi tətbiq olunmaqla həyata keçirilmişdir.

2010-cu ildə ali məktəblərdə çalışan alimlər tərəfindən 391 monoqrafiya, 315 dərslik, 527 dərs vəsaiti, 1461 adda proqram və metodik ədəbiyyat nəşr edilmişdir. 2010-2011-ci tədris ilindən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına adambaşına maliyyələşdirmə mexanizminin tətbiqinə başlanılmışdır.

Azərbaycan gənclərinin xaricdə təhsili məsələsi 2010-cu ildə də diqqət mərkəzində saxlanılmışdır. Ümumilikdə 10 min nəfər azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin ali məktəblərində təhsillərini müvəffəqiyyətlə davam etdirirlər. Həmin gənclərdən 816 nəfəri dövlətlərarası müqavilələrə, 750 nəfəri isə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən dünyanın aparıcı universitetlərinə təhsil almağa göndərilmişdir. Onlardan 150 nəfəri artıq məzun olmuşdur. Ölkəmizdə təhsil alan əcnəbi tələbələrin sayı da ilbəil artır. Hazırda onların sayı 7 mini ötmüşdür.

BMT-nin 2010-cu il üzrə İnsan İnkişafı hesabatında göstərilir ki, 2005-2010-cu illər ərzində Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə nail olmuşdur. 2005-ci ildə 101-ci yerdə olan Azərbaycan 2010-cu ildə 169 ölkə arasında 34 pillə irəliləyərək 67-ci yerə yüksəlmiş, orta inkişaf səviyyəli ölkələr qrupundan yüksək inkişaf etmiş ölkələr qrupuna daxil olmuşdur. Aparılan təhlillər deməyə əsas verir ki, Azərbaycanda insan inkişafı indeksinin yüksəlməsinə təhsil göstəriciləri əhəmiyyətli təsir etmişdir. Belə ki, həmin hesabatda qeyd olunur ki, Azərbaycanda savadlılıq səviyyəsi 99,5 faiz, ibtidai təhsillə əhatə səviyyəsi 116,2 faiz, orta təhsillə əhatə səviyyəsi 95,6 faiz təşkil edir.

Təhsil işçilərinə davamlı dövlət qayğısının nəticəsidir ki, 2010-cu ildə təhsil sahəsində çalışanların əməyi qiymətləndirilmiş, 303 nəfər yüksək dövlət təltiflərinə layiq görülmüşdür. "Ən yaxşı müəllim" və "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqələri təhsil tariximizdə mühüm hadisə olmaqla məktəb və müəllimlər arasında sağlam rəqabəti, innovativ fəaliyyəti gücləndirmiş, təhsilin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərmiş, ölkə Prezidentinin 5 iyul 2010-cu il tarixli sərəncamına əsasən cari ildə müsabiqələrin qalibi olmuş ən yaxşı 100 müəllimə və 50 məktəbə yüksək mükafatlar verilmişdir.

Təhsil işçilərinin maddi rifah halının yüksəldilməsi hər il olduğu kimi, 2010-cu ildə də diqqət mərkəzində saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 2010-cu il tarixli "Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" sərəncamına əsasən 2010-cu il sentyabrın 1-dən təhsil işçilərinin əməkhaqqı orta hesabla 10 faiz artırılmışdır.

Sürətli, davamlı inkişaf üçün yaradılmış möhkəm təməl deməyə əsas verir ki, qarşıdan gələn 2011-ci il də ölkəmiz, təhsil ictimaiyyətimiz üçün uğurlu olacaq, Azərbaycanın təhsil sistemi daha möhtəşəm nailiyyətlər əldə edəcəkdir.

Bütün xalqımızı, çoxminli təhsil işçilərini qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edir, firavanlıq, daha böyük nailiyyətlər arzulayıram.

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
əməkdar elm xadimi, professor


Əziz müəllimlər, tələbələr, şagirdlər və valideynlər!

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə hər birinizi təbrik edir, ən xoş arzularımı yetirirəm.

Biz XXI əsrin ilk 10 ilini yola salırıq. 2010-cu ildə ölkəmiz bütün sahələrdə uğurlar əldə etmiş, dünyanın qabaqcıl dövlətinə çevrilmiş, çox ciddi siyasi və iqtisadi uğurlara imza atmışdır. Müstəqil dövlətimiz güclü inkişaf potensialı, səmərəli idarəetmə sistemi ilə nəzərdə tutulmuş bütün proqramları müvəffəqiyyətlə həyata keçirmişdir.

Yola saldığımız il ulu öndərimiz Heydər Əliyevin "Azərbaycan xalqının milli sərvəti" adlandırdığı Bakı Dövlət Universiteti üçün də bir neçə baxımdan əlamətdar olmuşdur. Hazırda respublikamızda sabit və sağlam ictimai-siyasi mühitin hökm sürməsi, bütün ali təhsil ocaqları kimi, Bakı Dövlət Universitetinin həyatına da müsbət təsirini göstərmişdir. Ötən ildə universitetdə yeni elmi strukturlar yaradılmış, tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir neçə qurum fəaliyyətə başlamış, beynəlxalq əlaqələrimizin daha da genişləndirilməsi sahəsində çox ciddi işlər görülmüşdür.

Ölkəmizin dünya dövlətləri arasında söz sahibinə çevrilməsi dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsinə, təşkilatlanmasına böyük təkan vermişdir. Bildiyiniz kimi, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildən qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəylik Günü hər bir azərbaycanlının milli bayramına çevrilmişdir. Soydaşlarımızın qarşısında duran vəzifələri dəqiq və aydın müəyyənləşdirən ulu öndərimiz demişdir: "Dünya Azərbaycanlılarının ancaq bir müstəqil dövləti var. Bu, Azərbaycan Respublikasıdır. Biz hamımız onun ətrafında birləşməliyik".

Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diaspor quruculuğu işinə böyük əhəmiyyət verməsi, bu prosesə hərtərəfli yardım göstərməsi nəticəsində xaricdəki həmvətənlərimizin birlik, həmrəylik telləri daha da güclənir, müstəqil dövlətimizin təbliği işinə öz layiqli töhfələrini verir.

Əziz müəllimlər, tələbələr və təhsil işçiləri!

Hörmətli valideynlər!

Sizi respublikamızın tarixində mühüm hadisə olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, cansağlığı və səadət arzulayıram.

Ulu öndərimiz Heydər Əliyevin azərbaycançılıq ideyalarının dünya azərbaycanlıları arasında geniş yayılması, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizin  daha  da  çiçəklənməsi naminə gördüyünüz  nəcib  işlərdə sizə  yeni-yeni  uğurlar arzulayıram.

Abel MƏHƏRRƏMOV,
BDU-nun rektoru, akademik, millət vəkili
 


Sevindirici haldır ki, yola saldığımız 2010-cu il bütövlükdə ölkəmiz, eləcə də Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti və tələbələri üçün ən uğurlu illərdən birinə çevrilmişdir. ATU-nun həyatında ilin ən əlamətdar hadisələrindən biri ölkə Prezidenti zati-aliləri, möhtərəm İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın cari ilin oktyabr ayının əvvəlində Azərbaycan Tibb Universitetinə gəlmələri və ali təhsil ocağının çoxprofilli Terapevtik Klinikasının açılışında iştirak etmələri olmuşdur. Onu da qeyd etmək lazımdır ki, cənab Prezident və onun xanımı 2007-ci il sentyabrın 18-də ATU-nun Terapevtik Klinikasının təməlqoyma mərasimində iştirak etmişdilər. Klinika ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində qısa müddətdə tikilib istifadəyə verildi.

2010-cu il həm də universitetimiz üçün yubiley ili olmuşdur. Kollektivimiz bu şərəfli yubileyə 2009-cu ildən hazırlaşmağa başlamışdı. Artıq vidalaşmağa hazırlaşdığımız ilin bizim üçün ən yaddaqalan və qürur doğuran günlərindən biri də 2010-cu ilin 28 aprel tarixi olmuşdur. Həmin gün ölkə Prezidenti Azərbaycan Tibb Universitetinin yaradılmasının 80 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncam imzalamışdı. Sərəncamdan sonra yubileyə hazırlıq işləri böyük ruh yüksəkliyi ilə davam etdirildi. 2010-cu ilin oktyabr ayında ölkəmizin səhiyyə və təhsil işçiləri tərəfindən tarixi yubiley təntənəli surətdə qeyd edildi. Yubiley ərəfəsində ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə universitetimizin 80 nəfər əməkdaşı Vətənimizin ən yüksək təltiflərinə, fəxri adlara, Prezident təqaüdünə layiq görüldü.

ATU-nun professor-müəllim heyəti və tələbələri ölkə başçısının bizə göstərdiyi diqqət və qayğıdan ruhlanaraq gələcəkdə də yüksək nailiyyətlər əldə etmək üçün əminliklə səy göstərirlər.

Qarşıdan gələn bayramları ruh yüksəkliyi ilə  qarşılamaq xoş əhvali-ruhiyyə yaradır. Belə bir əhvali-ruhiyyə ilə Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti və tələbələri adından, eləcə də öz adımdan Prezidentimiz başda olmaqla xalqımızı, ölkəmizin bütün tibb işçilərini, gənclərimizi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni - 2011-ci ilin gəlişi münasibətilə səmimi-qəlbdən təbrik edir, hamıya möhkəm cansağlığı, səadət diləyir, işlərində böyük uğurlar arzulayıram. 

Əhliman ƏMİRASLANOV,
ATU-nun rektoru, akademik,
SSRİ Dövlət mükafatı laureatı, millət vəkili


Ölkəmiz üçün əlamətdar hadisələrlə zəngin olan 2010-cu il  tarixin bir səhifəsinə çevrilir. Ömrümüzün daha bir ili geridə qalır, şirin xatirə olur. İlin bu son günlərində bir daha geriyə dönmək, keçdiyimiz yola nəzər salmaq yerinə düşərdi.

Əvvəla, onu qeyd edək ki, noyabrın 7-də IV çağırış Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş azad və şəffaf seçkilər ölkəmizin demokratik inkişaf tarixinə əlamətdar siyasi hadisə kimi yazıldı. Bu seçki həm də ölkəmizdə Prezident cənab İlham Əliyevin siyasətinə Azərbaycan xalqının inamını, hörmət və ehtiramını bir daha nümayiş etdirdi. Respublikamız sosial, iqtisadi və mədəni sahələrdə bir sıra nailiyyətlər qazandı. İldən-ilə geniş vüsət alan tikinti, quruculuq və abadlıq işləri, habelə infrastruktur layihələrin həyata keçirilməsi cari ildə də hər bir vətəndaşa layiqli həyat təmin etmək yolunda geniş imkan yaratdı.

2010-cu il Azərbaycanın təhsil sistemi üçün də uğurlu illərdən biri oldu. "Təhsil haqqında" yeni Qanun, şəhər, qəsəbə və kəndlərimizdə tikilib istifadəyə verilən yüzlərlə müasir məktəb və uşaq bağçası binaları, idman qurğuları ictimaiyyətimiz tərəfindən böyük razılıqla qarşılandı.

Yola salmağa hazırlaşdığımız il universitetimizin kollektivi üçün də uğurlu oldu. Tədrisin təkmilləşdirilməsində, universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsində, kadr hazırlığının məzmununun yeniləşməsində, maddi-texniki bazanın inkişafında, habelə informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsində yaxşı göstəricilərə nail olduq. 2010-cu ildə universitetimiz bir neçə respublika və beynəlxalq səviyyəli konfranslara, simpoziumlara ev sahibliyi etdi. Alimlərimiz tərəfindən memarlığa və tikintiyə aid onlarca dərslik və dərs vəsaiti, monoqrafiya yazılıb çap edildi. Avropa Memarlıq Məktəbləri Birliyinə daxil olan universitetimizin tələbə memarlarının layihələri beynəlxalq sərgilərdə nümayiş olundu və diplomlara layiq görüldü.

2010-cu il bir  mühüm hadisə ilə də bizim üçün əlamətdardır. Cari ilin iyununda Prezident cənab İlham Əliyev "Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında" Sərəncam imzaladı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı bu Sərəncam kollektivimiz tərəfindən minnətdarlıq hissilə qarşılandı. Bu, tələbə gənclərimizi yaxşı oxumağa, professor-müəllim heyətini isə daha yaxşı işləməyə, təhsildə daha sürətlə modernləşmə və islahatlar aparmağa ruhlandırdı.

Qarşıdan yeni il  - 2011-ci il gəlir. Qəzetin mənə verdiyi fürsətdən istifadə edərək bütün ictimaiyyətimizi, o cümlədən təhsil sahəsində çalışan alimlərimizi, müəllimlərimizi və ziyalıları səmimi-qəlbdən təbrik edirəm!  Hamıya cansağlığı, xoş günlər, səadət, işlərində yeni-yeni nailiyyətlər arzulayıram!  Qoy 2011-ci il də  uğurlu  illərimizdən biri olsun!  

Gülçöhrə MƏMMƏDOVA,
AMİU-nun rektoru, memarlıq doktoru,
professor, millət vəkili


Artıq il ayrıcındayıq: 2010-cu il sona yetir, 2011-ci il öz qədəmlərini qoymaqdadır. Bu il Azərbaycan xalqının taleyində dərin izlər, yaddaqalan və əlamətdar günlərlə tarixə qovuşur. 2010-cu il həyatımızın bütün sahələri kimi, elm və təhsil sahəsində də böyük uğur və nailiyyətlərin qazanılması ilə tarixə çevrilməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət respublikamızın bütün ali təhsil ocaqları kimi, AzTU-nun həyatına da müsbət təsir göstərmişdir. Belə ki, 2010-cu il universitetimizin kollektivinin yaddaşında istər təhsil və tədrisin yüksəldilməsi, istər maddi-texniki bazanın gücləndirilməsi, istər müasir təlim texnologiyalarının uğurlu tətbiqi, istərsə də beynəlxalq əlaqələrin genişləndirilməsi baxımından uğurlu və əlamətdar bir dövr kimi qalacaqdır. Uğurla başa vurduğumuz ilin sonunda, ümid və inamla gözlədiyimiz Yeni ilin ərəfəsindəyik. Yeni ildə bizi nələr gözləyir?...

Azərbaycanın nüfuzlu ali təhsil ocaqlarından biri - milli kadr hazırlığına, cəmiyyətin elmi-intellektual ruhda inkişafına əvəzsiz töhfələr verən Azərbaycan Texniki Universitetinin 60 illik yubileyi yaxınlaşır. Qürur doğuran haldır ki, respublikada texniki elmlərin inkişafında mühüm xidmətləri olmuş görkəmli alim və ziyalıların, tanınmış mütəxəssislərin, dövlət xadimlərinin bütöv bir nəsli bu universitetin məzunlarıdır. Odur ki, on minlərlə insanın taleyində böyük rol oynamış, ayrı-ayrı dövlət qurumları, nəqliyyat, ağır sənaye, energetika müəssisələri üçün layiqli mütəxəssislər hazırlamış AzTU-nun 60 illik yubileyi cəmiyyətdə əlamətdar hadisələrdən biri kimi qarşılanır.

Universitetə göstərilən yüksək diqqət, ilk növbədə, onun milli təhsil sisteminə əvəzsiz töhfələri ilə şərtlənir. Ötən əsrin 50-ci illərinin əvvəllərindən respublikada elmi-texniki, mədəni, ictimai düşüncənin milli mənafe və məfkurəyə uyğun inkişafı prosesində mühüm rol oynamış Azərbaycan Texniki Universiteti elm və təhsil tariximizə sanballı töhfələr vermişdir.

Universitet iqtisadiyyatın müxtəlif sahələrində uğurla çalışan çoxsaylı məzunları - ixtisaslı kadrları ilə Azərbaycanın inkişafında böyük izlər qoymuş, özünəməxsus elm və təhsil ənənələri formalaşdırmışdır. Azərbaycan Texniki Universiteti müstəqil ali məktəb kimi fəaliyyət göstərməyə başladıqdan sonrakı dövr ərzində müxtəlif ixtisaslar üzrə 90000-ə qədər mühəndis, bakalavr və magistr hazırlamışdır. AzTU-nun auditoriyalarında yetişmiş intellektual səviyyəli, vətənpərvər ziyalılar onun layiqli ənənələrini, nüfuzunu daim qoruyub saxlamış və estafeti özlərindən sonrakı nəsillərə ötürmüşlər. Bugünkü kollektivimiz də bu ənənəni şərəflə davam etdirir, Yeni ilə yeni arzularla qədəm qoyur.

Ölkə Prezidenti möhtərəm İlham Əliyev cənabları başda olmaqla bütün xalqımızı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə universitetimizin çoxminli professor-müəllim heyəti və tələbələri adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, bütün ailələrə sevinc, xoşbəxtlik, səadət, xalqımıza əmin-amanlıq, firavanlıq diləyirəm. Arzu edirəm ki, Yeni ildə həm təhsil işçilərinin, həm də bütün Azərbaycan xalqının ən ülvi, ən səmimi, ən böyük arzuları reallığa çevrilsin. 

Havar MƏMMƏDOV,
AzTU-nun rektoru, texnika elmləri doktoru, professor


2010-cu il bütün xalqımız, o cümlədən elm, təhsil, mədəniyyət işçiləri üçün əlamətdar bir dövr oldu. İqtisadiyyatımızın inkişafı, ölkəmizin beynəlxalq aləmdəki uğurları və artan nüfuzu, dövlətçiliyin sabit təkamülü humanitar sahədə də bir çox nailiyyətlərə imkan yaratdı. Boloniya prosesinə inteqrasiyanın dərinləşməsini, infrastrukturun yeniləşməsini, təhsilin tənzimlənməsi və idarəçiliyində müasir meyarların tətbiqini belə mühüm hadisələrdən hesab etmək olar. Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmasının 10 illiyini qeyd edən Bakı Slavyan Universiteti üçün də bu il yeni uğurlarla yadda qalacaq. Cənab Prezident İlham Əliyevin təhsilimizə, o cümlədən universitetimizə qayğısı sayəsində bu ili bir sıra nailiyyətlərlə başa vururuq.

İlk növbədə, mədəniyyətlərarası dialoqa, xaricdə azərbaycanşünaslığın inkişafına xidmət edən bəzi vacib hadisələri qeyd etmək istərdim. Milli mədəniyyətimizin, dilimizin xaricdə təbliği və öyrənilməsi məqsədilə bu il Minsk şəhərində, Belarus Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi açılmışdır. Yaxın müddətdə burada azərbaycanşünaslığın tədrisinə başlanacaq. Qeyd edim ki, BSU tərəfindən yaradılmış belə bir mərkəz artıq Moskva Dövlət Linqvistik Universitetində fəaliyyət göstərir və burada da dilimiz, ədəbiyyat və mədəniyyətimiz BSU-nun mütəxəssisləri tərəfindən tədris olunur. Yaxın müddətdə Ukraynada - Kiyev və Poltava universitetlərində də analoji mərkəzlər açılacaqdır. Eyni zamanda, bu il BSU-da Belarus Respublikasının Prezidenti A.A.Lukaşenkonun iştirakı ilə Belarus dili və mədəniyyəti mərkəzi açılmış, bundan bir qədər əvvəl isə Çex mərkəzi fəaliyyətə başlamışdır.    

Azərbaycanşünaslığın aktual problemləri mövzusunda Gəncə və Naxçıvan Dövlət universitetləri ilə birlikdə ilk beynəlxalq konfrans keçirdik. Konfransın 15-ə qədər ölkədən olan iştirakçıları Bakı, Naxçıvan və Gəncədə çıxışlar edib, ölkəmizin mədəniyyəti və müasir gerçəklikləri ilə tanış oldular.  Türkiyənin Qazi Universiteti ilə birgə keçirilən türk dilləri və ədəbiyyatlarının tədrisinə həsr edilmiş konfrans da böyük maraq doğurdu. Ənənəmizin davamı olaraq bu il Minsk Dövlət Pedaqoji Universiteti ilə "Elmi əsərlər"imizin müştərək nəşri dərc edildi. MDB ölkələrindən əlliyə qədər mütəxəssisin iştirakı ilə BSU-da "Mədəniyyətlərin və dillərin dialoqu" mövzusunda VI beynəlxalq forum, xaricdən və ölkəmizdən yüzə yaxın mütəxəssisin ixtisasartırma kursları keçirildi...

Ümumiyyətlə, beynəlxalq əməkdaşlığımız sürətlə inkişaf etməkdədir, yalnız bu il ərzində müxtəlif ölkələrin universitetləri ilə 11 müqavilə imzalamışıq və bu sahədə real fəaliyyət göstəririk. TEMPUS proqramı, BBC xətti ilə jurnalist hazırlığı üzrə layihəni xüsusi qeyd etmək istərdim. BSU-nun təşəbbüsü ilə Almaniyanın Yohannes Qutenberg-Mains Universiteti və "Oswasld von Wolkenstein-Gesselschaft" cəmiyyəti ilə birlikdə həyata keçirilən "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar nəğməsi" - Orta çağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb" adlı onillik müştərək tədqiqat layihəsi çərçivəsində ilk simpozium keçirilmişdir.  

Universitetimizdə bu ildən fəaliyyətə başlayan maraqlı qurumlardan müvafiq elm sahələri üzrə koordinasiyanı həyata keçirən virtual İctimai-siyasi elmlər institutunu, tələbə idarəçiliyinin orijinal forması olan "Kölgə kabineti"ni, "BSU-nun dostları" klubunu göstərmək istərdim. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə həyata keçirilən ümummilli əhəmiyyətli layihə, "Dünya ədəbiyyatı kitabxanası" silsiləsi üzrə universitetimizdə yaradılmış redaksiya heyəti tərəfindən tərtib, redaktə, tərcümə prosesi davam etmiş və artıq 50 kitab nəşr edilmişdir.

Bu il kadr hazırlığı sahəsində də yeniliklərlə yadda qalıb, mütəxəssis hazırlığı sırasına turizm və otelçilik, ingilis, alman, fransız filologiyası kimi ixtasaslar əlavə olunub. Təhsil sistemimiz üçün unikal olan, ədəbi istedada malik gənclərin təhsil aldığı Yaradıcılıq fakültəsinin növbəti buraxılışı oldu, tələbələrimiz qaçqın və köçkün məktəblərində həm pedaqoji təcrübələrini, həm də maarifçilik və xeyriyyəçilik işlərini davam etdirdilər. Ali təhsil sistemimizdə ilk dəfə universitetimizin nəzdində Məktəb-lisey kompleksi yaradıldı.

Bütün bunlar Prezidentimizin, dövlətimizin təhsilə olan qayğısı sayəsindədir və kollektivimiz bizə bəslənən ümidləri doğrultmaq, qarşımıza qoyulan vəzifələri yerinə yetirmək üçün bundan sonra da ləyaqətlə çalışacaq.

Həmkarlarımıza, Azərbaycanın fədakar təhsil işçilərinə yeni ildə daha böyük uğurlar arzulayır, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirəm.  

Kamal ABDULLAYEV,
BSU-nun rektoru, AMEA-nın müxbir üzvü,
əməkdar elm xadimi, professor
 


2010-cu il ölkəmiz üçün çox uğurlu keçdi. Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə illərə sığına bilən böyük inkişafın şahidi olduq. Əslində geniş mənada yeni Azərbaycanın inkişafında xüsusi mərhələ  formalaşdi. Azərbaycan hərtərəfli, dinamik inkişafın və modernləşmənin İlham Əliyev dövrünü yaşamaqdadır.

Azərbaycanın ayrılmaz üzvi tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası üçün 2010-cu il intibah hadisəsi səviyyəsində ümumiləşdi.

Azərbaycan təhsil sistemi il ərzində bir çox böyük uğurlara imza ata bilmişdir. Milli təhsilin bütün sahələrinin harmonik şəkildə inkisafının təmin edilməsi cəmiyyətin həyatında mühüm hadisədir.

Naxçıvan Dövlət Universiteti üçün də 2010-cu il çox əlamətdar olmuşdur. Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində 2 ayrı-ayrı layihədə təmsil olunmağımız beynəlxalq əlaqalərimizin inkisaf etdirilməsində uğurlu addımdır. Naxçıvan Dövlət Universitetinin tələbələri üçün tikilib istifadəyə verilmiş müasir tipli yataqxana Azərbaycan təhsili sahəsində müstəqillik dövründə meydana çıxmış birinci yataqxana kimi mühüm əhəmiyyətə malikdir. MDB məkanında ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində vay-fay  İnternet sisteminin tətbiq olunmasI böyük texnoloji yenilikdir. Tələbə Sosial Mərkəzi də ölkədə ilkdir.

Bütün təhsil isçilərinin Yeni ilini təbrik edirəm və daha böyük  uğurlar arzulayıram.

İsa HƏBİBBƏYLİ,
NDU-nun rektoru, AMEA-nın həqiqi üzvü, professor


Hörmətli həmvətənlər!

Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, hər bir vətəndaşımıza xoşbəxtlik, uğurlar arzu edirəm. Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsi, respublikamızın adının daha da yüksək tribunalarda səslənməsi üçün hər bir vətəndaşımıza səmərəli fəaliyyət göstərməyi diləyirəm.

Vahid vətənimiz olan Azərbaycanın uğurları üçün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən uğurlu daxili və xarici siyasət öz bəhrəsini ölkə vətəndaşlarının xoş güzəranında, yaşayış tərzində göstərməkdədir. Azərbaycanın adı artıq bir çox dünya ölkələrində hörmət və ehtiramla çəkilir, bayrağımız dünya təşkilatlarının binaları qarşısında dalğalanır. Azərbaycanın haqlı mövqeyi, demək olar, bütün dünya tərəfindən dəstəklənir.

Azərbaycan Respublikası Prezidentinin səmərəli fəaliyyəti bütün sahələrdə, o cümlədən təhsildə də aşkar şəkildə görünməkdədir. Ölkəmizin təhsil müəssisələrinin sərhədləri aşaraq beynəlxalq aləmə qədəm qoyması, dünyanın bir çox nüfuzlu ali təhsil ocaqları ilə əlaqələr yaratması fikirlərimizin bariz nümunəsidir. Təhsil sistemində qazanılan uğurlara diqqət yetirdikdə əmin olmağa əsas var ki, təhsilimiz daha da inkişaf edəcəkdir və xalqımızın övladları Azərbaycanımız üçün layiqli vətəndaş kimi yetişəcəklər.  

Hörmətli həmvətənlər!

Sizi bir daha təbrik edir, üzümüzə gələn yeni - 2011-ci ilin sizin üçün düşərli, bərəkətli və uğurlu olmasını arzulayıram. 

Səməd SEYİDOV,
ADU-nun rektoru, professor, millət vəkili


Artıq XXI yüzilliyin ilk 10 ili ilə vidalaşırıq. Təbii ki, belə tarixi məqamlarda hər bir ölkədə ötən ilin yekunlarına qiymət verilir və növbəti il üçün fəaliyyət proqramı müəyyənləşdirilir. Bu baxımdan 2010-cu il bütün xalqımız kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kollektivi üçün də diqqətçəkən  və uğurlu bir dövr olmuşdur.

2010-cu il elm və təhsil sahəsində böyük uğur və nailiyyətlərin qazanılması ilə səciyyələnmişdir. Bu mənada cari tədris ilindən respublikamızın ali məktəblərinin yeni maliyyələşmə mexanizminə keçməsini və yeni "Təhsil haqqında" Qanuna uyğun olaraq ölkəmizin tarixində ilk dəfə ali təhsil müəssisələrində və elmi təşkilatlarda doktoranturaların yaradılmasını xüsusi qeyd edə bilərəm. Həmçinin vurğulamaq istəyirəm ki, dövlət başçımız cənab İlham Əliyevin elm və təhsili ölkənin davamlı inkişafının həlledici amili hesab etməsi, bu istiqamətdə aparılan dövlət siyasəti respublikamızın bütün ali təhsil müəssisələri kimi, ADPU-nun professor-müəllim heyətinin və tələbə kollektivinin fəaliyyətinə də ciddi müsbət təsir göstərmişdir. 2010-cu il universitetimizin kollektivinin yaddaşında istər təhsil və tədrisin keyfiyyətinin yüksəldilməsi, istər maddi-texniki bazanın gücləndirilməsi, istər Boloniya prosesinə keçidin tam başa çatdırılması,  istərsə də beynəlxalq əlaqələrin genişləndirilməsi baxımından uğurlu və əlamətdar bir dövr kimi qalacaqdır. Yeri gəlmişkən, gələn il rəhbərlik etdiyim ADPU-nun 90 illik yubileyidir. İnanıram ki, zəngin elm və təhsil ənənələrinə malik olan universitetimiz bu yubileyini böyük uğur və nailiyyətlərlə qeyd edəcəkdir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev başda olmaqla xalqımızı qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni - 2011-ci ilin gəlişi münasibətilə universitetimizin kollektivi adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, xalqımıza əmin-amanlıq, firavanlıq və müstəqil dövlətimizə daha da güclənməyi, qüdrətlənməyi arzulayıram.  

Yusif MƏMMƏDOV,
ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor


Azərbaycan tarixində əldə edilən uğurları, qazanılan nailiyyətləri, həyata keçirilən mühüm əhəmiyyətli tədbirləri ilə yadda qalan 2010-cu ilə yekun vurulur. İl ölkəmizin hərtərəfli inkişafı - demokratikləşmə, sosial-iqtisadi inkişaf, xalqımızın maddi rifah halının yaxşılaşması, bir çox sahələrdə mühüm layihələrin icrası istiqamətində xüsusi əhəmiyyətə malik olub.

Başa çatmaqda olan il həm də təhsil sisteminin inkişafı, dünya təhsil sisteminə inteqrasiya yönündə həyata keçirilən uğurlu islahatların davamı kimi də tarixə qovuşur. Azərbaycanda təhsilin inkişafına ulu öndərimiz Heydər Əliyev öz əbədi töhfəsini verib, onun rəhbərliyi ilə hazırlanaraq həyata keçirilən təhsil islahatı bir çox problemlərin həllinə, təhsilimizin məzmunca yeniləşməsinə, milli koloriti saxlamaqla dünya təhsil sisteminə inteqrasiyaya gətirib çıxarıb. Bu siyasəti uğurla davam etdirən cənab Prezident İlham Əliyevin imzaladığı 16 proqram təhsilin keyfiyyət və kəmiyyət baxımından dəyişilməsinə səbəb olub.

Həmişə olduğu kimi, ötən il də dövlətin gənc nəslə diqqət və qayğısı konkret rəqəmlərdə, maddi və mənəvi dəstək formasında əksini tapdı. Nəticədə uşaqlar üçün daha yaxşı təhsil, səhiyyə şəraitinin yaradılması, təhsil müəssisələrinin tikintisi və təmiri, müasir avadanlıqlarla təchizat, dünya təhsil sisteminə inteqrasiya sahəsində önəmli layihələrə imza atıldı.

Bu mənada Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın  təhsil işçilərinə diqqət və qayğısı, mənəvi dəstəyi, məktəbin problem və qayğılarına həssas münasibəti bir çox məsələlərin həllində mühüm vasitə oldu.

5 Oktyabr Beynəlxalq Müəllim Günü ərəfəsində ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına və "Tərəqqi" medalına layiq görülən təhsil işçiləri arasında paytaxt məktəblərinin çox sayda müəlliminin də yer alması əməyimizə verilən qiymətin təzahürüdür.

2010-cu ildə ali məktəblərə tələbə qəbulunda Bakı məktəblərinin xüsusi çəkisi artıb və məzunlarımızın 44,83 faizi tələbə adını qazanıb.

2010-cu ildə bizim üçün ən əlamətdar hadisələrdən biri də  Bakı təhsilinin tarixində ilk dəfə təşkil edilən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 4 illik  fəaliyyətini əks etditən "Təhsil, zaman və biz" adlı baxış-sərginin keçirilməsi oldu. Uğurla  həyata keçirilən təhsil islahatlarının nəticələri və bu sahədə qazanılmış  nailiyyətləri cəmiyyətə təqdim etməklə sərgi iştirakçılarında Bakı təhsil mühitinin məzmunu və mahiyyəti haqqında fikir formalaşdırmaq niyyətimizi gerçəkləşdirə bildik və bu tipli tədbirlərimiz növbəti ildə də davam etdiriləcəkdir.

Bu nəticələr 2010-cu illə bərabər tarixin bir səhifəsinə çevrildi. İndi qarşıdan bizi məqsədlərimizə və amallarımıza qovuşduracaq daha bir il - 2011-ci il gəlir. İnanırıq ki, 2011-ci il Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, işğal edilmiş torpaqlarımızın azad edilməsi, həyatımızın ən müxtəlif sahələrində əldə edilən uğurlar ilə daha yaddaqalan olacaq.

Xalqımızı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə Bakı şəhərinin pedaqoji ictimaiyyəti adından təbrik edir, doğma Vətənimizin daha da inkişaf etməsi, çiçəklənməsi yolunda hər birimizə əzmkarlıq, hər bir ailəyə firavanlıq və xoş gələcək arzulayıram.

Nailə RZAQULİYEVA,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri,
əməkdar müəllim

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

31 Dekabr 2010 - ¹ 51

Dünya azərbaycanlılarına
 
Prezident İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatı təqdim olundu
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
N.M.Vəlixanlının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Heydər Əliyev Fondu "Buta" sarayında uşaqlar üçün bayram şənliyi təşkil edib
 
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Abşeron rayonunun Masazır qəsəbəsində  yeni məktəblə tanış olub, uşaq bağçasının açılışında iştirak edib
 
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində əsaslı təmir və  yenidənqurma işlərindən sonra istifadəyə verilən 7 nömrəli uşaq internat evi ilə tanış olub
 
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvada və ölkənin 13 regionunda xeyriyyə aksiyaları keçirib
 
"Azərbaycan haqqında nə bilirəm?" müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı bir yaşını qeyd edib
 
VIII Respublika müsabiqəsinə yekun vuruldu
 
Ali məktəb tələbələri arasında XV Respublika fənn olimpiadası qalibləri mükafatlandırıldı
 
Dekabrın 25-də Təhsil Nazirliyində  Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının İdarə Heyətinin üzvləri və bu təşkilatda fəallıq göstərən bir qrup təhsil işçiləri ilə görüş keçirildi
 
Yeni il təbrikləri
 
Dünya xalqları Yeni ili necə qarşılayırlar?
 
İki özəl ali məktəbin fəaliyyətinə verilmiş lisenziyanın müddəti uzadıldı
 
Müasir texnologiyaların təqdimatı
 
Məktəbin 30 illiyi qeyd edildi
 
Ümumtəhsil fənləri tədrisinin ekoloji aspektləri
 
Milli həmrəyliyimiz milli fəxarətimizdir
 
Yaponiyanın Doşişa Universitetinin professoru ADU-da olub
 
"Azərbaycan, doğma Vətənim mənim!"
 
Böyük həyatın səhifələri
 
2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında biologiya fənni üzrə nəticələr barədə
 
Qobustan rayonunun ümumtəhsil məktəblərində tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarının keyfiyyət göstəricilərinə görə təhlili
 
Elmi-praktik konfrans
 
Sağlam cəmiyyətdə sağlam həyat tərzi
 
"Ekologiya ilinə töhfəmiz"
 
Əhəmiyyətli tədris vəsaiti: "Ekoloji atlas"
 
Məktəbdə yazıçı ilə görüş
 
"Ekologiya məktəblilərin gözü ilə"
 
Qarşılıqlı dərs dinləmə ənənə halını alıb
 
Şagirdlər kompüter biliklərinə həvəslə yiyələnirlər
 
"Açıq dərs" maraqla qarşılandı
 
Təbiəti qoruyaq
 
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
 
2011-ci ildə təhsilimi Almaniyada davam etdirmək istəyirəm
 
Təhsil müəssisələrində bayram tədbirləri keçirildi
 
Yolka ağacı - Yeni ilin atributu
 
Elmini əməllərdə göstərən alim
 
Müsabiqənin qalibi olmaq böyük şərəfdir
 
Uğur və zirvə ili
 
Pedaqoji kollektivin sevinci
 
Balacaların bayram şənliyi
 
İxtiralar, ilk addımlar
 
İlin ən yaxşı şahmatçısı
 
Dünya universitetləri: Alberta Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov