Bakıdakı 45 nömrəli orta məktəbdə dərsin
təkmilləşdirilməsi hazırda kompleks şəkildə
aparılır. Məktəbin direktoru Nazilə Məmmədova
bildirdi ki, rəhbərlik etdiyi təhsil ocağında
sinif müəllimləri arasında qarşılıqlı dərs
dinləmə artıq bir ənənə halını alıb. Bu da
ibtidai siniflərdə təlimin keyfiyyətinin
yüksəlməsində mühüm əhəmiyyət kəsb edir.
Məktəbin sinif müəllimləri yeni təlim
metodlarından istifadə edərək dərslərdə
əyaniliyə, texniki vasitələrə, xüsusən didaktiv
oyunlara geniş yer verirlər.
Keçilən hər bir "açıq dərs" məktəbin pedaqoji
şura iclaslarında geniş müzakirə olunur və
yaradıcı müəllimin yaxşı işi digər məktəblər
arasında geniş yayılır. |