"Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının
strukturlarının təsdiq edilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il
14 iyul tarixli 1015 nömrəli Sərəncamının
icrasını təmin etmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. "Azərbaycan Respublikası Təhsil Nazirliyinin
strukturu" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
2.1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin
strukturuna daxil olmayan tabeliyindəki
qurumların siyahısını təsdiq etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.2. Bu Sərəncamdan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2010-cu il
Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 27 dekabr tarixli Sərəncamı ilə
təsdiq edilmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
strukturu
1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin
aparatı (şöbələr və sektorlar).
2. Bakı Şəhəri üzrə Təhsil İdarəsi.
3. Azərbaycan Respublikası Təhsil Nazirliyinin
yerli bölmələri (rayon və şəhər şöbələri). |