Azərbaycan
Milli Konservatoriyası tərkibində İncəsənət
Gimnaziyasının növbəti xeyriyyə tədbiri
Mərdəkanda yerləşən valideyn himayəsindən məhrum
olmuş uşaqlar üçün 1 nömrəli yardımçı
internat-məktəbdə baş tutdu.
Xeyriyyəçilik missiyasına sadiq qalan
gimnaziyanın müəllim və şagirdləri bu dəfə
75-dən çox uşağı qış geyimləri ilə təmin etdi.
Xeyriyyə tədbirində İncəsənət Gimnaziyasının
xalq çalğı alətləri, teatr və xoreoqrafiya
şöbələrinin şagirdləri yüksək peşəkarlıq nümayiş
etdirdilər. VI sinif şagirdləri Elmirlə Orxan öz
aktyorluq bacarıqları ilə dahi bəstəkar
Ü.Hacıbəyov yaradıcılığına müraciət edərək,
uşaqlara sevinc, təbəssüm bəxş etdilər. Qədim
rəqs sənətinin gözəlliyini IX sinif şagirdləri
Təhminə, Nigar, Ülviyyə və Rəna sərgilədi.
Əsrarəngiz Azərbaycan musiqisi gimnaziyanın
müəllimləri Böyükağa və Ələkbərin ifaları ilə
qəlblərə axdı. Bu xeyriyyə aksiyasının həyata
keçirilməsində gimnaziyanın direktoru Mahizər
Şabanbəyovanın, təlim-tərbiyə işləri üzrə
direktor müavini Əlvan Səfərovun, həmkarlar
təşkilatının sədri Umnisə Nəcəfbəyovanın və
Aytəkin Məmmədovanın, Teatr şöbəsinin müdiri
Hicran Sadıqzadənin xidmətlərini xüsusilə
vurğulamaq lazımdır.
Rəşad ZİYADOV |