Bakı
Dövlət Universitetində "Tədris elektron
mərkəzi"nin açılışı olub. Açılış mərasimində
çıxış edən rektor, akademik Abel Məhərrəmov
"Tədris elektron mərkəzi"nin yaranma
zərurətindən, fəaliyyət istiqamətindən bəhs
edib. Bildirilib ki, mərkəz BDU-nun 2006-cı
ildən etibarən Boloniya prosesinə qoşulması ilə
əlaqədar bu prosesin prinsiplərinin həyata
keçirilməsinə ciddi nəzarət edilməsi məqsədilə
yaradılıb.
Mərkəz, eyni zamanda, universitetdə bakalavriat
və magistratura pillələri üzrə tədris prosesinin
gedişinə, imtahan sessiyasının mütəşəkkil
keçirilməsinə, ayrı-ayrı fənlər üzrə
kreditlərin yerinə yetirilməsinə, distant
təhsilin tətbiqinin genişləndirilməsinə və
tədrisin keyfiyyətinin yüksəldilməsinə
nəzarətin daha da gücləndirilməsi işini yerinə
yetirir.
Açılış mərasimində çıxış edənlər "Tədris
elektron mərkəzi"nin əhəmiyyətini vurğulayıb, bu
sistemin tədrisin keyfiyyətinin yüksəldilməsinə
xidmət edəcəyinə əmin olduqlarını bildiriblər.
|